İnsanın həyatını qaraldan MİQRENİN müalicəsi varmı?

İnsanın həyatını qaraldan MİQRENİN müalicəsi varmı?Miqrendən əziyyət çəkənlərin əksəriyyəti, Həkimə müraciət etməyərək, saatlarla ağrıya dözməyə üstünlük verirlər.
Bu böyük səhv hesab edilir. Çünki, nəbz vurğusu kimi pulsasiya edən baş ağrıları nəinki miqrenin, məsələn beyin şişinin də əlaməti ola bilər!
Bundan savayı müalicə olunmayan miqren çox ağır fəsadlara gətirib çıxara bilər. Onlardan biri - miqrenoz statusdur. Bu, bir-birinin ardınca davam edən bir sıra ağır miqren tutmaları və ya qeyri-adi dərəcədə güclü olan bir, lakin uzun sürən (72 saatdan artıq) miqren tutması şəklində baş verir.
Baş ağrısı - başın bir yarısından "şişib daşaraq" bütün başa yayılır. Miqrenoz status zamanı çoxsaylı qusma baş verdiyi üçün, hətda bu, bədənin susuzlaşmasına və qıcolmaların yaranmasına da səbəb ola bilər. Bu vəziyyətdə olan xəstəyə müvafiq tibbi xidmət göstərmək üçün, onu təcili şəkildə xəstəxanaya çatdırmaq lazımdır.
Miqrenin nadir şəkildə təsadüf edilən mümkün fəsadlarından bir də, miqrenoz insultdur - baş beyinin qan dövranının kəskin şəkildə pozulmasıdır. Miqrenoz insultun əlamətləri - qol və ayaqda zəiflik (bəzən isə iflicə qədər), yerişin və bədənin tarazlığının, nitqin (sözlərin deyilməsinin çətinləşməsi), görmənin (çəpgözlülük, görmədə ikiləşmə, görmənin zəifləməsi) pozulması, kəskin baş gicəllənməsi və s. bu kimi əlamətlər ola bilər. Bu halda tez bir zamanda "təcili yardım" çağırmaq lazımdır! Həkim xəstəyə müvafiq tibbi yardım göstərdikdən sonra, diaqnozu təstiqləmək və müalicə etmək üçün, tezliklə onu xəstəxanaya çatdırmalıdır!
Müasir müalicə üsullarının düzgün şəkildə tətbiq edilməsi miqren tutmalarının sayının azalmasına, müddətinin qısalmasına, ağrıların yüngülləşməsinə səbəb olur. Buna görə də miqrendən əziyyət çəkən xəstələr mütləq həkimə müraciət etməlidirlər və bu müraciət nə qədər tez olarsa, onlar üçün daha yaxşı olar. Hal hazırda, bu xəstəlik zamanı yaxşı təsirə malik olan müasir dərman preparatları hazırlanmışdır.
Miqren zamanı, xəstənin vəziyyətini yüngülləşdirmək üçün, tətbiq edilən dərman preparatlarından savayı aşağıdakı üsullardan da istifadə etmək olar:
- Miqrenin aurasını və ya onun başlanğıcını hiss edən kimi, gördüyünüz hər bir işi dayandıraraq özünüzə tam rahatlıq verin. Ən yaxşısı uzanaraq yatmağa çalışmaq lazımdır. Hətta siz sadəcə olaraq, tam sakit şəkildə kresloda otursanız, bu miqren tutmasını xeyli yüngülləşdirəcək.
- Əgər siz evdəsinizsə, sizi qıcıqlandırmamaq üçün otaqdakı pərdələri bağlayın və ya işığı söndürün.
- Otaqda sakitliyi təmin etmək də yaxşı olardı, çünki kəskin və yüksək səslər miqren tutmasının gedişini ağırlaşdıran faktorlarlardandır.
- Miqren tutması zamanı heç bir halda alkoqollu içki qəbul etməyin və siqaret də çəkməyin - onlar sizə ancaq ziyan vura bilər.
- Xalq təbabəti üsullarından miqren tutması zamanı bir neçə fincan tünd isti çay və ya kofe, ayaqlarını isti suya qoymaq, alın nahiyyəsinə soyuq kompress, limon dilimləri, kələm yarpağı, baldırlara xardal kağızı qoymaq, qicqahlara lavanda, evkalipt, rozmarin efir yağlarından bir neçə damcı yüngül sürtmək və s. kömək edə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1252   Tarix: 30 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

kosmetik vasiteler geyim və ayaqqabılar gözəllik məhsulları ilk öpüş qonag otagi dizayni displaziya veten haqqinda atalar sozleri kosmetika usaq geyimleri xanım az saglam qidalanma kahfe kali oğlaq