İnsanın tüpürcəyində onun xəstəliklərini tapmaq olur – Evdə tüpürcək testi

İnsanın tüpürcəyində onun xəstəliklərini tapmaq olur – Evdə tüpürcək testiTüpürcək ağız suyu vəziləri tərəfindən hasil olunan və hər insanın özünə məxsus olan bir maddədir. O da qan kimi bəzi analizlərin aparılması üçün vacib informasiyanı verir.
Hindistanda aparılan elmi araşdırmaya görə, tüpürcəkdəki bəzi maddələrin az və çox olması bir çox xəstəliklərin diaqnozunu göstərir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, turkiyəli uzmanlar tüpürcək testi ilə necə analiz aparmağın mümkünlüyünü hurriyyet.com-a açıqlayıb.
İnsan bədəni sutkada 1-2 litr arası tüpürcək şirəsi hasil edir. Tüpürcəyin içində 700-dən çox mikorqanizm və maddə vardır.
Tüpürcəkdə olan ürik asit maddəsini mirdarı ilə şəkər, demensiya, xərçəng də daxil olmaqla 10-dan çox xəstəliyin əlaqəsi ortaya çıxıb.
Anormal dərəcədə çox olan ürik asit səviyyəsi yüksək təzyiq, ürək-damar, diabetdə aşkarlanıb. Aşağı səviyyədə az asit isə depressiya, Parkinson, zehni beyin problemlərinə işarədir
İstanbul Tibb fakultəsinin Daxili xəstəliklər üzrə uzmanı professor Osman Erk tüpürcək testindən bəzi diaqnozlarda uğurla istifadə edildiyini açıqlayıb və bu sahədə elmi araşdırmalar davam edir.
"Tüpürcək asan əldə edildiyi üçün müxtəlif xəstəliklərin təsbitində rahatlıqla istifadə olunur. Son illərdə elm dünyası bu məsələni inkişaf etdirir. Məsələn, böyrək funksiyalarının ən yaxşı göstəricisi olan ürə və ürik asit tüpürcəkdə saxlanır. Eləcə də tüpürcəklə ağız bə göz quruluğu, HİV, hepatit virusları da görülə bilər. Hətta tüpürcəkdə insulin səviyyəsi də görülür".
Əgər tüpürcəkdə ürik asit normadan dəfələrlə çoxdursa, sümük-əzələ sistemində xəstəliklərə, ürək damarlarında tıxanmalara və sonda erkən ölümlərə səbəb olur.
Kişilərdə tüpürcəkdə bu maddə daha çoxdur, ona görə onlarda yüksək təzyiq xəstəliyi də çoxdur.
Uzman doctor Emin Mindan isə tüpürcək içindəki mikroorqanizmlərin incələnib, bağırsaqlarda problem olub-olmadığını öyrənməyin mümkün olduğunu açıqlayıb.
Evdə tüpürcək testini necə aparmalı?
Diqqət, qaydalar:
Axşam yatmazdan öncə şüşə stəkanda təmiz çiy suyu baş ucumuza qoyuruq.
Səhər oyandıqda dişləri yumuruq, tüpürmürük, ağzımızı yaxalamırıq
Heç bir şey yeyib içmirik
Ağızda xeyli tüpürcək əmələ gətirib, su dolu bardağa 2 dəfə tüpürürük.
15 dəqiqə sonra stəkanda tüpürcəyin suda vəziyyətinə baxırıq.
Əgər 15 dəqiqə sonra tüpürcək suyun üzərində qalırsa bağırsaqlarda microflora sağlamdır deməkdir
Əgər su bulanıbsa, tüpürcək ağır halda aşağı enibsə, sap, saçaq kimi dibə doğru uzanıtrsa, bağırsaqlarda zərərli mikroorqanizmlər daha çoxdur. Göbələk və ya kandidoz.
Test edən insanda yuxu problem, hormonal pozuntu, qarında şişkinlik, qazlar, yorğunluq, bağırsaqda pozulmalar, çox kəskin qoxulu nəcis varsa, o insanın immunitet sistemi normal çalışmır.
Tüpürcək testi pis çıxan insan şirniyyatdan, un məmulatlarından uzaq durmalı, qatıq, kefir, təzə tərəvəz, göyərti yeməlidir.
Tibdə laboratoriyada tüpürcəklə hormon testləri aparılır. Xüsusilə cinsi istək problemi, sonsuzluqda və qadınlarda hamiləlik problemlərində DHEA hormonu və yuxu hormonu sayılan melotonin tüpürcəkdə ölçülür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1072   Tarix: 19 fevral 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

toy gecesi toy makiyajlari aksessuarlar xina ucun hakistalar hamileliyin elametleri sevinc tofiqqızı dondurmalar kosmetika kondom webnem tovuzlu novruza aid hakistalar eqreb sanama