İnsanlarda normal seks

İnsanlarda normal seksİnsanda seksual təzahürlər dərhal üzə çıxmır, orqanizm bunun üçün yetişməlidir. Kişilərdə cinsi yetişmə adətən 14-16 yaşlarında başlayır və 18-20 yaşlarında tamama çatır..Qadınlarda bu göstəricilər müvafiq olaraq 12-13 və 16-18 yaşdır. Deməli 20 yaşlı kişi və 16-17 yaşlı qadın cin­si həyat üçün münasib dövrə qədəm qoymuş olurlar və bu yaşdan başlayaraq ailə qura bilərlər. Qadın və kişi orqanizmləri arasında keyfiyyət, miqdar fərqləri və digər fərqlər mövcuddur.
Başlıca keyfiyyət fərqlərinə insanın cinsiyyət sistemi­nin quruluşu, enerjinin bədəndə dövr etmə xüsusiyyətləri və orqanizmin funksiyaları aiddir. Kişi və qadın orqa­nizmlərinin cinsiyyət sistemləri arasındakı fərq digər keyfiyyət və miqdar fərqlərinə səbəb olur və qametaların cin­sini (xayalıq və yumurtalıqlar); hormonal cinsi (androgenlər və ya estrogenlər), morfoloji fərqləri (bədənin forma­ları və orqanizmin funksiyaları) müəyyən edir.
Yuxarıda göstərilmiş "daxili" fərqlər "xarici" fərqlərə - insanın şəxsi davranışına, digər adamlara qarşı münasibətinə və tələbatlarına, məişət və seksual tələbatlarına) təsir göstərir. Nəticədə insan özünü kişi və ya qadın cinsinə aid edir, müvafiq tərbiyə alır, özü üçün cinsi tərəf - müqabil seçir və müvafiq cinsi rolu oynayır.
İndi isə normal seksuallığın əsas təzahür formalarını sadalayaq.
Kişilərdə bu əlamətlər: cinsi meyli (libido), tənasül alətinin (penis) qanla dolması və dikəlməsi (ereksiya), sperma atması (eyakulyasiya), cinsi şəhvətin və həzzin zir­vəsi (orqazm).
Cinsi meyldə bir necə əsas ünsür seçilir: seçim (cinsi meylin obyektinin seçilməsi və onun təmin edilməsi uşulu), iradi komponent (kişi öz cinsi ehtirasını nə dərəcədə təmin etmək istəyir) və nəhayət bioritmoloji komponent (toxumun toplanması və boşaldılmasını ehtiva edir).
Tənasül alətinin qanla dolması, yəni ereksiya - elə bir energetik hadisədir ki, kişi orqanizmini enerjinin müəyyən növünü yaratmağa vadar edir, orqanizmdə enerjinin müəyyən dövranetmə trayektoriyasmı "cızır". Bu hadisənin zahiri ifadəsi - tənasül alətinin qanla dolması, dikəlməsidir. Bu energetik mexanizm nə qədər yaxşı işləsə, cinsiyyət üzvünün (penisin) toxumaları bir o qədər möhkəm olar.
Üçüncü əsas təzahür - eyakulyasiya, yəni, sperma püskürməsi, daha sadə desək, toxumun ifrazatıdır. O bir sı­ra fizioloji mexanizmlərin ardıcıl surətdə işə düşməsi sayəsində yaranır: ereksiya; tənasül aləti başcığını qıcıqlandıran sürtünmə hərəkətləri; tənasül aləti müəyyən qıcıqlanma həddinə çatdıqda müvafiq mexanizmin işə düşməsi nəticəsində yığılan əzələlərin spermanı toxum kisəsindən sidik kanalına və oradan xaricə itələyib atması.
Kişi orqazmı - mürəkkəb hadisədir. Tənasül alətinin başcığından gələn şəhvət impulslarının təsiri altında kişi­nin şüuru dəyişilməyə başlayır və müəyyən məkani qatlara (tibetcə - "bardo") "daxil olur". Bu sirli məkanda, doğulmaq istəyən insanlar (hələ ki, spermalarda olan insanlar) haqqında informasiya yaşayır. Şüur ora daxil olan kimi, "həmin" məkan qatı ilə bizim dördölçülü dünyamız arasında "kanal" yaranır. Bu kanalla, doğulmaq "istəyən" insan (ruh və ya şüur) haqqında informasiya göndərilir, həmin informasiya yalnız ona məlum üsulla yumurta hüceyrəsinə daxil olur və insan orqanizminin holoqrafık modelinin dolğun təsvirini ona ötürür.
Kişi şüurunun bu sirli məkan qatlarına sirayət etməsi güclü şəhvət dalğası şəklində üzə çıxır. Bunun ardınca ki­şidə yaranan güclü nəfəs (orqazm) gələcək insanın ruhunu məkani kanalla qadının uşaqlığına "itələyir". Bundan sonra hər şey bağlanır və əsrarəngiz duyğu yoxa çıxır.
Qadınlarda əsas seksual təzahürlər: cinsi meyl, oyanma (erogen zonaların, klitorun şövqləndirilməsi nəticəsin­də), cinsiyyət yollarının nəmlənməsi, regenerativ mayenin ifrazı və nəhayət orqazm.
Qadının cinsi şövqünün (meylinin) özündə də üç başlıca komponent seçilir: seçim, iradi komponent və bioritmoloji komponent.
Erogen zonaların cinsi oyanması xüsusi energetik hadisədir. Onun nəticəsində qadın orqanizmində dövr etməyə başlayan enerji cinsi aktın normal keçməsi, mayalanma və döl bağlama üçün son dərəcə zəruridir. Cinsi oyanma nəticəsində qadının cinsiyyət orqanlarına bol qan axını başlayır, uşaqlıq yolu vəzi hüceyrələrinin hazırladığı şirə - xüsusi "sürtkü yağı" ifraz olunur.
Cinsi oyanma və cinsiyyət orqanlarının nəmlənməsi onu göstərir ki, qadın cinsi akta başlamağa - kişinin tənasül alətini (penisini) öz uşaqlıq yoluna qəbul etməyə hazırdır.
Qadının cinsi akt prosesi uşaqlıq yolunun daxilində baş verən təkanvari və digər hərəkətlərdən doğan şəhvət və həzz hissinin getdikcə artması ilə xarakterizə edilir. Bu həzz duyğusu müəyyən həddə çatdıqdan sonra qadının şüur səviyyəsini keyfiyyətcə dəyişir ki, bu da orqazm forma­sında təzahür edir.
Kişi orqazmı kimi qadın orqazmı da mürəkkəb hadisədir. Onun da öz xarakterik xüsusiyyətləri var. Qadın şüurunun səviyyəsinin dəyişilməsi onu göstərir ki, orqazm za­manı o, dərin və qüdrətli məkani qatlara "dalıb".
Qadın bu məqamda elə bir özünəməxsus "kanala" çevrilir ki, onun vasitəsilə, bizə hələ də sirr qalan çoxölçülü məkanlardan bizim dördölçülü dünyamıza güclü enerji axır. Bu enerjinin qadın orqanizmindən keçməsi nəticəsində onun cinsiyyət orqanlarında xüsusi regenativ (bərpaedici) maye əmələ gəlir.
Qədim müşahidələrə görə, regenativ maye güclü müalicəvi xassələrə malikdir, qadınları, eləcə də kişiləri cavanlaşdırır, onların ömrünü uzadır.

Ailə və Uşaq     Baxılıb: 4123   Tarix: 15 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

turlar.az

yay geyimləri 2026 kosmetika mehsullari hamilelikde qidalanma salatlarin hazirlanmasi mastopatiya haqqinda xeyanet elm aid atalar sozleri kosmetika novruza aid hakisda novruz rus dili itburnu qurd ve quzu