İnsanları nə qədər tanıyırsınız?

İnsanları nə qədər tanıyırsınız?İnsan davranışlarını qiymətləndirmək təcrübəylə birlikdə hiss də tələb edir. Görəsən, siz bu hisslərə sahibsinizmi? Bir baxışda insanların xasiyyətini anlayırsınızmı? Gəlin, bunu anlaya bilmək üçün kiçik bir test edək.

Cavablarınızı bir yerə qeyd edin və test bitdikdə balları toplayıb nəticəyə baxın.

1. Təyyarədə bir kişi ilə qadının arasında oturursunuz. Kreslonuzun bir qolunu qadınla, digər qolunu da kişi ilə paylaşmaq məcburiyyətindəsiniz. Qolu hansı tamamilə özünə götürər?

a. Qadın

b. Kişi

c. Heç biri

2. Bir insanın danışarkən əllərindən çox istifadə etməsinin mənası nədir?

a. Durduğu yerdə dayana bilmir.

b. Özünü ifadə etməkdə çətinlik çəkir.

c. Olduqca romantik birinə bənzəyir.

3. Bir-birlərini tanımayan bir kişi ilə bir qadın aeroportda yan-yana oturur. Aralarında söhbət başladığını fərz edək. Bu söhbəti ilk olaraq kim başlaya bilər?

a. Qadın

b. Kişi

c. Heç biri

4. Qarşınızdakı adam sizinlə danışarkən davamlı dodaqlarını yalayır. Bunun mənası nə ola bilər?

a. İzah etdiklərini beynində təsvir edir.

b. Sizi başdan çıxarmağa çalışır.

c. Söylədikləriniz onu başqa dünyaya aparır.

5. Çiyinləri çökmüş, yüngülcə önə doğru əyilən bir kişi gördünüz. Bədən forması haqqında nə düşünərsiniz?

a. Özünə heç inamı yoxdur.

b. Dünyanın öz oxu ətrafında döndüyünü düşünür.

c. Üzərində çox böyük məsuliyyət var.

6. Bir tanışınız sizin çox sevimli olduğunuzu söyləyir. Sizcə, bunun mənası nədir?

a. Sizə qarşı simpatiyası var.

b. Sizə şirin görünmək üçün açıq-aşkar yalan danışır.

c. Sizin onun haqqında fikrinizi öyrənməyə çalışır.

7. Bir insanın qaşlarını qaldırıb alınını qırışdırması sizin üçün nə ifadə edir?

a. Üz əzələlərini işlədir.

b. Sizinlə lağ edir.

c. Problemlərin həllini axtarır.

8. Qarşınızdakı adam sizinlə danışarkən qollarını sinəsində qovuşdurub dimdik dayanır. Bu bədən forması hansı mənanı verir?

a. "Mən də səninlə eyni fikirdəyəm. Nə gözəl düşünmüsən".

b. "Səni həyəcanla dinləyirəm. Bir müddət düşünməliyəm".

c. "Sənin düşündüklərinə heç bir şəkildə qatılmıram. Mən tam tərsini düşünürəm".

9. Danışdığınız adam gözlərini tez-tez sizdən qaçırır, hərdən baxıb başını yuxarı qaldırır. Bunun mənası nədir?

a. Sizi diqqətlə dinləyir. Danışdığınız mövzuyla əlaqədar bütün detalları xatırlamağa çalışır.

b. Fikri qarşı mağazanın vitrinində gördüyü ayaqqabıdadır.

c. Danışdığınız mövzu onun üçün maraqsızdır.

10. Yeni köçən qonşunuzun qapısının önündəki qutular bir həftədir ordadır. Ancaq bir neçə gün sonra zibilə atılır. Bu hərəkəti necə dəyərləndirərdiniz?

a. Narahat olan biri qutuları zibilə atacağını düşünür.

b. Qutuların sizi narahat etdiyini düşünmür.

c. Yeni qonşunuz yəqin düşüncəsiz, eqoist biridir.

Qiymətləndirmə

*A *B *C

1. 5 0 1

2. 2 5 2

3. 5 2 0

4. 5 0 2

5. 2 2 5

6. 5 0 2

7. 0 5 3

8. 0 2 5

9. 5 0 3

10. 1 5 1

1-15 bal

İnsan sərrafı olmanız qeyri-mümkündür. Çünki insanların davranışlarının arxasındakı mesajları almaqda çətinlik çəkirsiniz. İnsanlar haqqında çox tez fikir sahibi olur, sonra da diqqətsizliyinizdən ümidsizliyə düşürsünüz. İnsanların mimikalarını oxumaq istəyirsinizsə, aynanın qarşısına keçib müxtəlif üz ifadələri ilə danışın və bunun müəyyən müddətdən sonra işə yaradığını görəcəksiniz.

16-30 bal

Bədən dili mövzusunda hissləriniz son dərəcə qüvvətlidir. Ancaq bəzən təxminlərinizin tutmadığını da etiraf edin. Əvvəlcə insanlar üzərindəki təsirinizdən əmin olmalısınız. Unutmayın ki, hər insan tapmacaya bənzəyər. Onu həll etmək üçün xeyli zaman və əmək sərf etməlisiniz.

31-50 bal

Təbriklər! Siz tam bir insan sərrafısınız. İnsanları çox yaxşı tanıyırsınız. Hissləriniz çox güclüdür, ya da qarşıdan gələn mesajı tez qəbul edirsiniz. Bu qədər geniş sosial ətrafınız olmasına təəccüblənmək lazım deyil. Ancaq bu qabiliyyətinizin təhlükəli hal almamasına diqqət yetirin.

Ailə və Uşaq     Baxılıb: 2515   Tarix: 22 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

turlar.az

gözəllik məhsulları qis geyimləri 2026 yay geyimləri 2026 kokteyl islamda qadın qadın sağlamlığı bizim məşhurlar kosmetika vətənə aid haqisda veten haqqinda atalar sozleri ariqla baldiza aid haxisda