İnsult və infarkt halları nəyə görə artıb?

İnsult və infarkt halları nəyə görə artıb?Əhali arasında insult və infarkt hallarının artması nə ilə bağlıdır? Əhali arasında infarkt və insultdan ölüm halları nəyə görə çoxalıb? Bu problemlərin qəflətən meydana gəlməsi nədən xəbər verir?

İnsult və infarkta gətirib çıxaran əsas amillər hansılardır? Riskləri azaltmaq üçün nə etmək lazımdır?
Xanim.az bildirir ki, APA TV-nin "Öncə sağlıq" layihəsinin növbəti buraxılışında mütəxəssislər bu barədə sualları cavablandırıblar.

Terapevt, tibb üzrə fəlsəfə doktoru Kəmalə Ağayeva deyib ki, insult, infarkt kimi ağır ürək patologiyalarının əsasında əsasən arterial hipertenziya dayanır: "Yəni təzyiqin yüksəlməsi, beyin qan sızmalarına, miokard infarktlarına gətirib çıxarır".

Risk amillərindən danışan K.Ağayeva deyib ki, yaş, cins və irsiyyət dəyişilməz risk faktorlarıdır: "Yerdə qalan amilləri xəstə öz iradəsinə uyğun olaraq dəyişə bilər".

Həkim risk amillərindən danışarkən qanda xolesterinin, sidik turşusu səviyyəsinin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Digər risk amilləri arasında tütün məmulatları, bəzi qidaların qəbulu, oturaq həyat tərzini də qeyd edib.

Yüksək təzyiqdən danışan K.Ağayeva onu da deyib ki, bu xəstəlikdən əziyyət çəkənlərin çoxu müalicə qəbul etmirlər: "Bu insanların cəmi 60 faizi dərman müalicəsi qəbul edir, onların cəmi 18 faizi adekvat müalicə alır. Həm də xəstə bilməlidir ki, hipertoniya sağalan xəstəlik deyil, dərmanları ömürlük qəbul etmək lazımdır".

Kardiologiya uzmanı Elnur İsayev isə bildirib ki, ürək-damar xəstəliklərinin yaranması, daha da ağırlaşması insanların tibbi maariflənmə səviyyəsi, tibbi biliklərin azlığı ilə bağlıdır. Onun sözlərinə görə dünya üzrə hipertoniyadan əziyyət çəkənlərin yalnız 1/4-i hipertonik olduqlarını bilirlər, qalan insanlar onlarda problem olmasından xəbərsizdirlər: "Narahatlıqları düzgün qiymətləndirmirlər. Baş ağrıyanda, çoxları düşünür ki, hirsləndim deyə belə oldu. İnsanlar özlərinə diqqətlə yanaşsalar, ürək-damar xəstəliklərinin simptomlarını hiss edəcəklər".

E. İsayev vurğulayıb ki, ürəkdə yaranan problemlər, eyni zamanda infarkt öncəsi vəziyyətlər heç də hər zaman çoxlarının bildiyi ənənəvi əlamətlərlə özünü büruzə vermir. Bu əlamətlər barədə də danışan kardioloq onu da deyib ki, ürəkdə yaranan narahatlıqlarla bağlı ev şəraitində özfəaliyyət şəklində dərman qəbulu yolverilməzdir: "Bunlar elə hallardır ki, biz onları ev şəraitində müalicə edə bilmərik, mütləq xəstə xəstəxanaya çatdırılmalıdır".

Mütəxəssislər onu da bildiriblər ki, kəskin miokard infarktı zamanı ən əvəzolunmaz müalicə invaziv müdaxilədir: "Stentin gördüyü işi dərmanlar görə bilmir. Stent tətbiqi trombla tıxanmış damarın tez bir zamanda açılmasına şərait yaradır".

Xəbərlər     Baxılıb: 1805   Tarix: 20 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi

Nigeriyada ölümcül Lassa qızdırması epidemiyası səbəbindən həyatını itirənlərin sayı 190-a yüksəlib. xəbər verir ki, yerli səhiyyə qurumlarının məlumatına görə, xəstəlik ölkənin müxtəlif ştatlarında yayılmaqda davam edir

.

Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma

Havanın çirklənməsi qidalanma və fiziki aktivlik dəyişməsə belə, bədəndə piyin artmasına və əzələ kütləsinin azalmasına səbəb ola bilər. xəbər verir ki, Balear Adaları Sağlamlıq Araşdırmaları İnstitutunun alimləri İspaniyad

.

Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?

Gündəlik istifadə olunan ətir və dezodorant məhsullarının düzgün tətbiqi ilə bağlı mütəxəssislər vacib məqamlara diqqət çəkirlər. Onların sözlərinə görə, ətirin birbaşa dəriyə vurulması bəzi hallarda arzuolunmaz təsirlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

.

Bu vərdişlər infarkt riskini ARTIRIR

Rusiyalı kardioloq Filip Kuzmenko bildirib ki, mütəmadi tibbi yoxlamalar infarkt riskini azaltmağa kömək edə bilər. Həkimin sözlərinə görə, xüsusilə xolesterin göstəriciləri, qan şəkəri və arterial təzyiq daim nəzarətdə saxlanılmalıdır

.

İsti kran suyu ilə yemək hazırlamaq təhlükəsizdirmi?

Gündəlik mətbəxt işlərində vaxta qənaət etmək üçün isti kran suyundan istifadə etmək geniş yayılan bir vərdiş olsa da, mütəxəssislər bunun ciddi sağlamlıq riskləri daşıdığı barədə xəbərdarlıq edirlər.  xəbər verir ki, ist

.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə ÜSUL

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.  bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?

.

B12 çatışmazlığı üçün ideal 5 QİDA - gecə

Vitamin B12 çatışmazlığı yorğunluq, zəiflik və yaddaş problemlərinə səbəb ola bilər. Bu problemi təbii yolla aradan qaldırmaq üçün qidalanmaya diqqət etmək çox vacibdir. xəbər verir ki, aşağıdakı 5 qida B12 baxımından ə

turlar.az

makiyaj instagram adlarin menasi geyim və ayaqqabılar asan seksual hereketler faydalı məsləhətlər 2026 payiz qis debi kosmetika vətən qaynana hakista hakıştalar novruz bayramı səməd vurğun