İnsultun 15 əlaməti - Həyatınızı belə xilas edin

İnsultun 15 əlaməti - Həyatınızı belə xilas edinMüəyyən bir yaşdan sonra sağlamlığınız, hətta həyatınız üçün təhlükəli olan bəzi xəstəliklər barədə məlumatlı olmalısınız. Məsələn, insult.
İnsult hər zaman gözlənilməz hadisədir, odur ki, əvvəlcədən hazırlaşmaq mümkün olmayacaq. Ancaq məşhur inancın əksinə, bədən bu barədə əvvəlcədən xəbərdarlıq edir. Məsələ burasındadır ki, bu xəbərdarlıq əlamətləri o qədər geniş yayılıb ki, biz onları ümumi xəstəlik kimi qəbul edirik.
İnsult nədir?
İnsult - beyin qan dövranının kəskin pozulmasıdır və 2 yerə ayrılır: İşemik (80-85%) və hemorragik (15-20%). İşemik insult arteriyaların tıxanması nəticəsində meydana gəlir, bu da beyində qan dövranının azalmasına gətirib çıxarır. Bu, insultun ən məşhur tipidir. Digər tərəfdən hemorragik insult beyin qan dövranının kəskin pozulmasıdır.
Beyinin damar xəstəlikləri ölüm riskinə görə ürək xəstəliyindən sonra ikinci yer tutur.
İnsult zamanı beyinə gedən qan dövranı kəsilir və ya azalır, bu da oksigenin çatışmazlığına gətirir. Beyinə qidalı maddələrin daxil olması dayanması nəticəsində bu, beyin zədələnməsinə və beyin hüceyrələrinin ölməsinə gətirib çıxarır. Bir çox hallarda ölümə, uzun müddətli əlilliyə və ya iflicə səbəb olur.
Gələcək insultun ümumi simptomları
Bu əlamətlər insultdan bir ay əvvəlcədən də görünə bilər. Bu əlamətləri vaxtında müəyyənləşdirməklə həyatınızı xilas edə, xəstəliyin təsirini əhəmiyyətli dərəcədə azalda bilərsiniz.
Tibb mütəxəssislərin fikrincə, simptomlar insana görə dəyişir. Ancaq insultun ümumi əlamətləri aşağıdakılardır:
1. Davamlı hıçqırıq
2. Zəiflik və huşunu itirmək
3. Miqren və baş ağrıları
4. Təngənəfəslik
5. Ürək döyüntüsünün sürətli atması
6. Halüsinasiyalar
7. Qəfil epilepsiya tutmaları
8. Yorğunluq və zəiflik
9. Şəxsiyyət pozulması
10. Tez-tez xəstələnmək və səhhətin pisləşməsi
11. Bir və ya iki gözdə görmə qabiliyyətinin zəifləməsi
12. Yüksək təzyiq
13. Çiyinlərdə şiddətli ağrı
14. Keyləşmə və qısa paralic
15. Boyun əzələlərinin yumşalması
Sözügedən erkən insult əlamətlərinə diqqət yetirin. Bu simptomlar daimidirsə, dərhal həkimə müraciət edin. İnsultun qarşısını almaq üçün ən asan yol bədənin qan dövranını yaxşılaşdırmaqdır. Bu da o deməkdir ki, sağlam qidalanmalı və məşq etməlisiniz.
Xolesterinini artıran, emal olunmuş qidalar və fast-food kimi məhsullardan qaçın. Bunlar damarları tıxayan əsas maddələrdir. Siqareti tərgidin və həddindən artıq spirtli içkilərdən qaçın. Daha az qırmızı ət yeyin və bədəniniz üçün vitaminlər, antioksidantlar və minerallarla zəngin olan faydalı meyvə və tərəvəzlərə üstünlük verin.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2144   Tarix: 16 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

turlar.az

aksessuarlar yemek reseptleri hamiləlik makaron reseptləri pirojnalar əməliyyatlar blincik hazirlanma qaydasi kosmetika novruza aid hakistalar burcler muellim seiri bayatılar balıq