İntim həyat sənin üçün nədir ?-TEST

İntim həyat sənin üçün nədir ?-TESTSeksin həyatında tutduğu yeri özün müəəyənləşdir!

1. Sizin seksual həyatınız:

a) yaxınlarınızdan daha zəif (-2);

b) hamıda olduğu kimi (3);

c) yaxınlarınızdan daha parlaq və zövqverici (0);

ç) hazırda həyatımda seks deyilən bir şey yoxdur (0).

2. İntim münasibət zamanı partnyorunuzla aranızda problem yaşanarsa:

a) partnyoruma birbaşa deyəcəyəm (3);

b) dolayı yolla başa salmağa çalışacağam (2);

c) hər şeyin düzəlməsi ümidi ilə bir neçə müddət gözləyəcəm (0);

ç) daha uyğun partnyor axtaracağam (-3).

3. Sizin partnyorunuz sizə qeyri-ənənəvi üsulla sekslə məşğul olmağı təklif edirsə və bu sizin üçün heç də normal hal deyilsə, reaksiyanız:

a) razılaşacaqsınız, çünki bu, onun üçün vacibdir (-1);

b) partnyorunuzun xoşuna gəldiyi halda, sizin niyə xoşunuza gəlmədiyini anlamağa çalışacaqsınız (3);

c) sizi qane etmədiyini qətiyyətlə bildirəcəksiniz (-1);

ç) onunla ayırılmaq barədə düşünəcəksiniz (-3).

4. Yaxşı seks - əsl sevgi deməkdir?

а) yaxşı seks heç də əsl sevgi demək deyil (3);

b) yaxşı seks - iki nəfər sadəcə birlikdə olmaq istəyir, amma bu mənə məni sevib-sevmədiyini anlamağa icazə vermir (0);

c) yaxşı seks - sevgiyə zəmanətdir (-3).

5. Uzun müddət münasibət qurmaq istədiyiniz biri ilə ilk görüşdən sonra intim münasibətdə olarsınızmı?

а) yox, seks gözləyə bilər, əsas onu tanımaqdır (3);

b) bir az naz elemək yaxşıdır, əgər özü dolayı yolla təklif etsə də bahənələrlə bu fikirdən yayındırmağa çalışacağam (1);

c) əgər insan mənim xoşuma gəlibsə, onunla tez bir zamanda bir yataqda olmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm (-3).

6. Televeziya ekranında filmin qəhrəmanlarının gözəl və ehtiraslı sekslə məşğul olduğunu izləyərkən:

а) ona paxıllıq edirsiniz, çünki, sizin həyatınızda belə seks olmayıb, olmayacaq da (0);

b) öz partnyorunuzla buna bənzər hissləri yaşadığınız anı xatırlayırsınız (1);

c) sadəcə gördüyünüzdən zövq alırsınız, çünki real həyatdakı sekslə, ekran arxasındakı seks çox fərqlidir.(3).

7. Siz öz seksual fantaziyalarınızı:

а) heç vaxt heç kimə deməzsiniz (-2);

b) müəyyən sərhədlərlə öz partnyorunuza danışarsınız (1);

c) yalnız partnyorunuzla bölüşərsiniz (3);

ç) mən sərbəstliklə öz seksual fantaziyalarımı dostlarımla bölüşürəm (2).

8. Keçmişdə partnyorumu aldatmaq həvəsi gələndə mən:

а) əziyyət çəkirdim, sevdiyin insanın xəyanəti çox əzab vericidir (3);

b) öz partnyorumun düşüncələri haqda düşünmürdüm (-3);

c) heç vaxt xəyanət etmərəm, çünki, bu günahdır (-1);

ç) partnyorum haqqında düşündüm, amma qərara gəldim ki, o bunu bilsə məni bağışlayar (-2).

9. Bilirsəniz ki, partnyorunuzu aldatsaz, o, bundan xəbər tutmayacaq. Nə edərsiz?

а) hökmən aldadaram (-2);

b) aldatmanın bizim münasibətə necə təsir edə biləcəyi haqda düşünərəm (3);

c) aldatmaq günahdır - bunu heç vaxt etmərəm (1).

10. Hansı şərtlər daxilində özünüzə internetdən seksual partnyor axtararsınız?

а) tənhayamsa (1);

b) yoldaşım mənimlə intim münasibət istəmirsə (-3);

c) mən yeni bir şey dadmaq istəyirəmsə (1).

11. Öz övladınızı zorakılıqdan yalnız bu yolla xilas edə bilərsiniz:

а) 16 yaşına kimi əks cinsin nümayəndəsi ilə görüşünə icazə verməmək (0);

b) yalnız böyük kompaniyalarda vaxt keçirməyinə icazə vermək (0);

c) "qorxulu hekayələrlə" onu qorxudaraq (3);

ç) şübhəli insanlarla bütün görüşmə ehtimallarının qarşısını almaq (0).

12. "Sevgi ehtirası üçün həmişə bədəl tələb olunur" fikri ilə razısınzımı?

а) tamamilə razıyam (-1);

b) razıyam (0);

c) razı deyiləm (1);

ç) tamamilə razı deyiləm (3).

13. Seksual istəklərinizdən utandığınız vaxt olub?

а) tez-tez (-3);

b) hərdən (0);

c) heç vaxt (3).

14. İntim münasibətdə olma ardıcıllığı:

а) ildə bir neçə dəfə (0);

b) ayda 1-2 dəfə (1);

c) həftədə 1-2 dəfə (2);

ç) həftədə 3 dəfə (3);

d) həftədə 4 dəfə və ya daha artıq (2).

15. Qadın indi tanış olduğu kişi ilə səmimidirsə, onda o:

а) qadını həmin kişi ilə ancaq seks maraqlandırır (-3);

b) o çox güman ki, filrt etməyi sevənlərin sırasına daxildir. (-1);

c) o sadəcə səmimidir (3).

16. Sırf partnyorunuza zövq vermək üçün sekslə məşğul olduğunuz vaxt olub?

а) heç vaxt (3);

b) bir neçə dəfə olub (0);

c) təsadüfən (-1);

ç) kifayət qədər çox(-3).

17. Seksin sağlamlığa və uzun ömürlülüyə təsiri olduğunu düşünürsünüzmü?

а) yox, seksin fiziki sağlamlıqla heç bir əlaqəsi yoxdur (-3);

b) ola bilər, amma elm seksin xeyrini hələ aşkarlamayıb (0);

c) əlbəttə, elm də seksin xeyrini təsdiqləyir (3).

Balınız 35 və 35-dən yuxarıdırsa: sizdə tamamilə kompleks deyilən bir şey yoxdur, siz seksual yeniliklər sevirsiniz, partnyora necə həzz verməyi və həzz almağı bilirsiniz. Çox güman ki, sizinlə intim münasibətdə olmaq istəyən ən azı yarım il qabaqcadan növbəyə yazılmalıdır. Bu formada da davam edin!

Balınız 15 və 35 arasındadırsa: çox yaxşıdır. İstəyinizdən asılı olaraq siz öz partnyorunuza əsl zövqü göstərə bilərsiniz. Əsas odur ki, qətiyyətli olun! Nəyin "ədəbli", nəyin "ədəbsiz" olduğunu unudun və - irəli!

Balınız 15-dən aşağıdırsa: işləriniz çox zəifdir. Görünür siz uşaq olarkən eşitdiyiniz seks çirkinlikdir və onunla məşğul olanlar pozğun insanlardır tipli hekayələri gözünüzü qorxudub. Bu mövzuda kitablar və filmlər alın. 1-2 həftə evə qapanın. Və nə qədər gec deyilsə oxuyun. Hər halda seksin sizi bezdirdiyini və artıq ondan iyrəndiyinizi dememəşdin qabaq, onun dadına baxmaq önəmlidir.

Ailə və Uşaq     Baxılıb: 5856   Tarix: 23 iyun 2014
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

turlar.az

kosmetik vasiteler qis geyimləri 2026 kosmetika mehsullari saç kəsimləri 2026 qadın saglamlig cümə gününün duası kosmetika vətən haqqında atalar sözləri novruz hakışdaları veten qaynana hakista qizliq perdesi