İş tapmağa mane olan sağlamlıq durumları

İş tapmağa mane olan sağlamlıq durumlarıIş görüşmələrində müraciət edən insanın xarici görünüşündə bir problem olduğu təxmin edildiyində elə ilk mərhələdə bəzən namizəddən imtina oluna bilər.
Bu problemlər hansılar ola bilər?
Artıq çəki
Həddən artıq piylənmə belə hallarda iık nəzərə çarpan problemdir. Artıq çəkili insanların işə müraciətinə imtina cavabının verilməsinin səbəbləri stereotiplər ola bilər. Kilolu insanların tənbəl, astagəl, darıxdırıcı, qeyri- iddialı olması qəbul edilir. Belə insanlarda tez-tez yarana biləcək sağlamlıq problemləri ehtimalı üzündən xəstəlik məzuniyyətinə çıxma halları nəzərə alınır. İşə götürənin ağlında intizamsız, rejimini düzgün qurmayan, özünə tələbkar olmayan, evdən kənarda maraq çevrəsi sıfırlanan, sadəcə şirniyyatlı çayla televizoru olan şəxs kimi canlanır. Piylənməsi artıq olan adamın şirkət geyimi koduna riayət etməkdə çətinlik çəkəcəcəyi, yəni XXXL ölçüdə yaxşı tikiliş və keyfiyyətdə iş üslubuna uyğun paltar seçimi problem yaradacağı düşünülür.
Belə halda nə etməli?
İşə götürən mütəxəssisin motivasiyasını anlamağa çalışmaq gərəkir. Onun artıq çəkilərin arxasında görəcəyi zəif nöqtələr üzərində işləmək lazımdır. Kilo itkisinin yolu çox vaxt özünü inkişaf etdirmək, məsuliyyət və intizam artıran stimullaşdırıcı və praqmat fəaliyyət axtarışında olmaqdır.
Hiperhidroz və ya aşırı tərləmə
Yaş köynək və ya bluz, tər qoxusu, yapışmış saçlar, alından axan damcıları izləmək, duymaq, əlbəttə ki, xoşagəlməz hisslərdir.
Hiperhidroz bədənin fizioloji xüsusiyyəti və ya hər hansı xəstəliyin (sinir sistemi, endokrin sistemi) əlaməti fonunda inkişaf edə bilər. Artan tərləmə stress zamanı adrenalinin qana ifrazının artmasına verilən cavabdır və iş müsahibəsində belə hal yaşana bilər.
Belə bir situasiya işə götürəndə hansı fikirlər formalaşdırır?
Təcrübəsiz işəgötürən qarşısındakı yuyunmadan gəldiyini və ümumiyyətlə, gigiyena qaydalarından bixəbər olduğunu düşünür. Təbii ki, əksər hallarda bu, belə deyil.
Təcrübəli mütəxəssis - çox güman ki, xroniki xəstəliyi səbəbindən yarandığını fikirləşsə də, belə işçinin komandada işləməsini münasib bilmir, belə ki, 8-9 saat xoşagəlməz qoxuya dözməyin ətrafdakılar üçün çətinlik və narazılıq yaradacağını göz önünə gətirir.
Nə etməli?
Həkim hiperhidrozun səbəbini təyin etməli və müvafiq müalicə seçməlidir. Problemi yalnız gigiyena və kosmetik vasitələr həll etməyə bilər. Müasir təbabət hiperhidrozun müalicəsində kifayət qədər üsullar kəşf etmişdir.
Kəpək
Bir çox səbəblərdən meydana çıxır:dəri xəstəlikləri, hormonal pozulmalar. Şiddətli kəpəyin olması işə götürmədə ciddi əngəl olmasa da, tünd rəngli geyimin üzərindən sezilən ağ kəpək mənzərəsi diqqət çəkir. Sadəcə saçların yuyulmadığını və ya pintilik düşüncəsini verir.
Kəpək səbəbini əlbəttə ki, həkim müəyyən etməlidir. Atopik dermatit və ya seborreyadırsa, insanı həyatı boyu təqib edəcək. Bu səbəbdən müsahibəyə düzgün seçilmiş şampun və qarderob şərtdir.
Ağız qoxusu və ya hiatoz
Hiatozun bir sıra səbəbləri ola bilər: diş və diş əti, boğaz xəstəlikləri, mədə-bağırsaq traktı problemləri.
İşə götürən hiatozlu insanla ünsiyyəti tez bitirmək istəyir. Eyni şəkildə gələcək həmkarlar, müştərilər və b. da buna can atırlar. Hiatozlu insanla yaxın məsafədə bir ortamda işləmək çoxunda qıcıq və narazılıq yaradır.
Nə etməli?
Yuxarıda sadalanan səbəblərdən hər hansı varsa, həkimlə məsləhətləşmə aparılmalı və aradan qaldırılmalıdır. Saqqız çeynəmək işi çözmür. Nəzərə alınmalıdır ki, hiatoz çox ciddi xəstəliklərin başlanğıc simptomu ola bilər. Müalicə vacibdir.
Psixoloqların dedikləri
İşə qəbulda iştirak edən psixoloqların dediklərindən: "İşə qəbul qərarı yalnız namizədin görünüşünə görə verilməməlidir. Həyatda hər insan mürəkkəb bir təəssürat yaradır. Lakin avtomobilə çətin sığan piyli bir namizəd müsahibədə canlı təəssüratla iş qazana bilər.
Yaxud iki ön dişi olmayan şəxs qışda qar sata biləcəyini müsahibədə nümayiş etdirir. İxtisasca proqramist olan, lakin antiperspirant istifadə etməyən insan öz tərcümeyi-halı ilə yüksək maaşlı işə qəbul edilir. Kəpəyi olan şəxs digər namizədlərə nisbətən iki dəfə artıq sürətlə kompyuterdə yazma bacarığl ilə seçilir".
Belə nəticəyə gəlmək olur ki, mütəxəssislər çatışmazlıqların üzərində dayanmamalı və müsahibə zamanı güclü tərəfləri göstərməyi məsləhət görməlidirlər. Namizədin lazımi peşəkar keyfiyyətə malik olması, güvən və rəğbət bəxş edə bilməsi sadalanan problemləri kölgədə qoya bilər. Lakin işə qəbulda caziblik də əhəmiyyətli rol oynayır, bu səbəbdən namizəd işə götürəni hərtərəfli razı salmağı bacarmalıdır.
Hira Abbey
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1018   Tarix: 24 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?

"Diş əti qanaması əksər hallarda diqqətdən kənarda qalsa da, bu hal ciddi sistem xəstəliklərinin erkən əlaməti ola bilər". xəbər verir ki, bunu türkiyəli ağız, diş və çənə cərrahı Ümit Selçuk deyib. Onun sözlərin

.

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Göbələk yeməyini ikinci dəfə isidib yemək olmaz.  xəbər verir ki, göbələk isidildikdə zülal quruluşu pozulur: İlk bişirmədə sabitləşən zülal bağları ikinci dəfə qızdırıldıqda parçalanır. Bu dəyişiklik həzm sistemində "ya

.

Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept

süfrələrinizə təravət və rəng qatacaq, müxtəlif ədviyyatlarla zənginləşdirilmiş 5 asan və fərqli cəfəri suyu reseptini təqdim edir. Limonlu cəfəri suyu: Limonun canlandırıcı təsiri ilə cəfərinin xarakterik dadını balanslaşdıra

.

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Alimlərin yeni kəşfi düzgün yuxu rejimi haqqında təsəvvürləri dəyişə bilər. 23 mindən çox yetkin insanın iştirak etdiyi genişmiqyaslı araşdırma göstərib ki, optimal yuxu müddəti gündə təxminən 7 saat 18 dəqiqə ola bilər

.

Tıxanmış ürək damarları üçün 3 güclü RESEPT

Ürək damarlarının daralması və ya tıxanması (ateroskleroz) müasir dövrdə ən geniş yayılmış problemlərdən biridir. Bu vəziyyət qanda xolesterinin yüksəlməsi və damar divarlarında yığılması nəticəsində yaranır. xəbər veri

.

Bağırsaq xərçəngi riskini azaldan gözlənilməz məhsul

150 min nəfərin iştirak etdiyi genişmiqyaslı araşdırma adi səhər yeməyi ilə onkoloji xəstəlik riski arasında əlaqə olduğunu göstərib. Məlum olub ki, həftədə cəmi iki porsiya yoqurt bəzi ən aqressiv xərçəng formalarından qorumağ

.

Bu şəxslər bayram şirniyyatlarından uzaq durmalıdır - Həkimdən XƏBƏRDARLIQ

Bayram süfrələrinin bəzəyi olan şəkərbura və paxlava hər kəs üçün eyni dərəcədə faydalı deyil. Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi insanlar bu şirniyyatları ehtiyatla, hətta bəzən ümumiyyətlə istifadə etməməlidir. Bə

.

Bu vərdiş narahatlıq riskini artırır

Gənclərin gündəlik həyatında geniş yayılmış bəzi vərdişlər, fərqində olmadan onların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə şəkərli içkilərin müntəzəm qəbulu yeniyetmələrdə narahatlıq səviyyəsinin artmas

.

Hamının sevərək yediyi balıq ZƏRƏRLİ İMİŞ

Tuna balığı sağlamlıq üçün ən zərərli balıq növlərindən biri hesab olunur. -a istinadən xəbər verir ki, bunu rusiyalı terapevt və dietoloq Marqarita Korolyova deyib. Mütəxəssis bildirib ki, qida üçün istifadə olunan tun

turlar.az

makiyaj etmek qaydalari reseptler toy makiyaji sekilleri azerbaycan xalq mahnilari adlari saç hörükləri badimcan salati zirinc faydalari kosmetika dolça insan haxisda pizza dostluq