İslamda həkimin xəstə qarşısında məsuliyyəti

İslamda həkimin xəstə qarşısında məsuliyyətiİslam dini həm həkim, həm də xəstənin hüquqlarını qorumaq, tibb sahəsində müvafiq elmi metodların işlənməsini təşviq etmək məqsədilə tibbi məsuliyyətin bünövrəsini qoyaraq bütün müasir qanunları geridə qoyub və bunu təkrar burada söyləməyə lüzum olmadığını hesab edirik.

Muhəmməd Peyğəmbər (s) belə buyurub: "Nə zərər vermək var, nə də zərər görmək".

Rəsulullah (s) "Həkim olmadığı məlum ikən həkimlik edən məsuliyyət daşıyır", - deyib.

Qədim tarixdə ilk dəfə meydana çıxdığı vaxtlarda tibb sahəsi cadu-sehr və əfsanələrlə qarışmışdı. Çünki həmin dövrdə geniş yayılmış inanca görə xəstəliklərin səbəbi bədəni öz təsiri altına alan şeytan idi və bir insan vəfat etdikdə belə güman edilirdi ki, şeytan onun üzərində tam hakim olub və ona görə də həkimin cavabdeh olub-olmadığını araşdırmağa lüzum qalmırdı.

Fironların idarə etdiyi Misirdə tibbi qayda-qanunlar onların müqəddəs kitabında izah edilirdi və həkimlər bu qayda-qanunlara riayət etməli idilər. Həkim bunlara zidd hərəkət edərək nəticədə xəstənin dünyasını dəyişməsinə səbəb olduqda bədəl olaraq öz başını verməli idi, yəni edam olunurdu.

Babildə Xammurapi Məcəlləsinə həkimləri məsuliyyətə cəlb edən olduqca ciddi qayda-qanunlar daxil edilmişdi. Həkim azad bir insanın hər hansı orqanı və ya fiziki üzvünü itirməsinə səbəb olduqda bu, onun əlinin kəsilməsi ilə nəticələnə bilərdi.

Qədim Yunanıstanda Hippokrat tibb sahəsini bir çox əfsanələrdən xilas etdikdən sonra tələbələrinə özünün məşhur andını içdirdi, lakin bu and hər hansı məsuliyyətin yaranması ilə müşayiət olunmurdu. Bu, daha çox mənəvi-əxlaqi öhdəlik xarakteri daşıyırdı, çünki onların fikrincə, həkimə qarşı heç bir cinayət məsuliyyəti yarana bilməzdi.

Qədim Romada həkimin yol verdiyi hər hansı səhv və ya elmsizlik kompensasiya ödənilməsini zəruri edirdi, lakin cəza xəstənin sosial statusuna görə fərqli olurdu. Xəstənin ölümü həkimin edam olunması, yaxud sürgün edilməsi ilə nəticələnə bilərdi.

Orta əsrlər Avropasında pasient həkimin səhlənkarlığı, yaxud savadsızlığı səbəbindən öldükdə həkimi xəstənin ailəsinə təhvil verirdilər. Ailənin həkimi öldürmək, yaxud qul kimi saxlamaq arasında seçim etmək hüquqları vardı.

İslam dininin gəlişi ilə Allah tərəfindən nazil olan ədalətli qayda-qanunlarla tənzimlənən yeni bir dövrə imza atıldı. Muhəmməd sallallahu aleyhi və səlləm həm ədalət, həm də məntiqə söykənən, həkimlə xəstə arasındakı münasibətləri tənzimləyən və günümüzdə ideal olması ilə seçilən prinsiplərin təməlini qoydu.

Burada bunu qeyd etmək yerinə düşər: "Müsəlman hüquqşünasları insanın psixologiyası və hal-vəziyyətinə dair elmi biliklərə yiyələnməyi təbabət elminin əsası hesab edirlər. Bu barədə məşhur müsəlman alimlərdən biri olan İbn əl-Qeyyim belə buyurur: "Həkimin mənəvi və psixoloji problemlər, bunların müalicəsinə dair biliklərə yiyələnməsi vacibdir. Çünki fiziki hərəkətlər, qəlb və ruh arasında əlaqənin olduğu çox yaxşı məlumdur".

Məşhur alimlərdən biri olan İmam əl-Xəttabi deqib: "Təcrübi həkimlə bağlı hər hansı fikir ayrılığının olduğunu bilmirəm; əgər o, həddi aşaraq pasientin ölümünə səbəb olarsa, buna görə məsuliyyət daşıyır və hər kim bu barədə elmi olmadığı halda həkimlik edirsə həddi aşanlardandır".

İmam ibn Rüşd əl-Hafiz (İbn Rüşd, gənc olanı) demişdir: "Alimlərin yekdil rəyinə görə həkim səhvə yol verərsə, məsələn, sünnət əməliyyatını yerinə yetirərkən kişi cinsiyyət üzvünün ucunu və s. kəsərsə qanbahası ödəməlidir. Çünki bu, xətaya yol verərək işlənən cinayətlər başlığına aiddir".

Həkim psixoloji və mənəvi xəstəliklər haqqında biliklərə yiyələnərsə, kamil həkim olar. Bu məsələlərdən bixəbər olan həkim isə fiziki cəsədi müalicə etməkdə yüksək səriştəyə sahib olsa belə, natamam həkim hesab edilir.

Pasientin psixoloji və mənəvi durumunu müayinə etməyə diqqət yetirməyən həkim əslində həkim deyil, daha doğrusu, o, sadəcə həkim olduğunu iddia edir.

Tibb sahəsi vacib və cəmiyyətin buna ehtiyacı olduğundan İslam dinində tibbi öyrənmək və bunu həyata keçirmək fardul kifayə1 hesab edilir. Beləcə, İslam dini dünyəvi qanunlardan öndədir, çünki cəmiyyətə xidmət etmək yolunda istedadını sərf etməyi həkim qarşısında tələb kimi qoyur.

Alim, Muhəmməd Əbu Zəhra deyir: "İnsan həyatının, yaxud bədən üzvünün itirilməsi ilə nəticələnən səhvləri fərqləndirmək, bunun həkimin savadsızlığı, yaxud səhlənkarlığı üzündən baş verdiyini müəyyənləşdirmək və ya heç bir ehtiyat tədbirinin görülməsinin qeyri-mümkün olduğu əvvəlcədən gözlənilməyən bir səbəbdən baş verdiyini müəyyən etmək çətin olduğundan, hüquqşünaslar insanın ölümü, yaxud onun bədən üzvünün itirilməsi ilə nəticələndikdə həkimin maliyyə cəriməsi ödəməli olub-olmadığı ətrafında fikir ayrılığına düşmüşlər. Məsələyə iki aspektdən yanaşma mövcud olduğundan və hər ikisinə diqqət yetirilməsi lazım olduğundan onların fikirləri ziddiyyətlidir.

1. Həkimin yol verdiyi xətaya görə ona maliyyə cəriməsi tətbiq edilməsi həkim müalicənin konkret nəticə verib-verməyəcindən tam əmin olmadıqda cərimələnməmək üçün onları xəstəliyi müalicə etməkdən çəkindirə bilər. Bundan başqa, səhvlərin bir çoxu insanların həyatını xilas etməyə olan güclü istəkdən irəli gəlir, elə isə yaxşı niyyətli olan belə bir insanı necə cəzalandırmaq olar?

Həkim vəzifəsi Şəriətə görə vacib olan işdir və vacib bir vəzifəni yerinə yetirən əsnada xətaya yol verən insan səhlənkarlığa yol vermədikcə sorğu-sual edilməməlidir. Səhlənkarlıq olduqda isə xətasına görə deyil, səhlənkarlığına görə töhmət olunmalıdır. Səhlənkarlıq və xəta iki müxtəlif başlıqdır. Birincisi həddi aşmaq sayılır, ikincisi isə yox.

2. İnsanın ölümünə və ya bədən üzvünün itirilməsinə səbəb olmaq öz-özlüyündə ciddi bir məsələdir. Pul qazanmaq ümidi ilə buna səlahiyyəti və səriştəsi olmadığı halda, fəsadlarının nə ola biləcəyini dərk etmədən, buna təşəbbüs edən həkimin əməli nəticəsində baş verə bilər. Yaxud da həkim buna səlahiyyəti və səriştəsi olmaqla yanaşı pasienti müayinə edərkən səhlənkar davrandıqda, pasient və ya onun qəyyumu ölümü tezləşdirmək deyil, şəfa tapmaq ümidi ilə müalicəyə razılıq verdikdə baş verə bilər. Əgər bir insan ondan yerinə yetirməsi istənilən bir məsələdə xətaya yol verərsə, lazımi qayğı və diqqət göstərmiş olsaydı, bu səhvdən yan keçmək mümkündürsə, bu halda həkim səhlənkar hesab edilir və səhlənkar olub səhlənkarlığı üzündən fiziki zərər yetirən tərəf cəzalandırılmağa layiqdir".

İslam hüquqşünaslarının yekdil rəyinə görə, savadsız həkim və ya həkim olduğunu iddia edərək insanları aldadan və onlara zərər toxunduran şəxs həkim vəzifəsindən kənarlaşdırılmalıdır.

İmam Əhməd demişdir: "Əgər ixtisassız bir şəxs tibbi müalicə təklif edirsə, onun bu əməli haram hesab edilməlidir". Alimlərin yekdil görüşünə əsasən savadsız iddiaçı xəstəyə təbabət sahəsində elmli olduğuna dair yanlış məlumat verərsə və pasient müalicə etməsi üçün ona razılıq verir, bu müalicənin nəticəsində vəfat edərsə, yaxud ona zərər dəyərsə, bu halda dəyən zərərin əvəzi olaraq həkimin qanbahası ödəməsi vacibdir. "Lakin əvvəlcədən razılıq olduğundan qisas tətbiq olunmalıdır" deyə söyləyə bilmərik.

Ancaq xəstə özünü həkim kimi qələmə verənin əslində həkim olmadığını bilibsə, bununla belə özünü onun öhdəsinə buraxıbsa, bu halda heç bir məsuliyyət yaranmır, çünki pasient laqeyd olub və ona qarşı kələk işlənməyib.

Ailə və Uşaq     Baxılıb: 3229   Tarix: 25 yanvar 2015
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

turlar.az

qis geyimləri 2026 sade makiyaj sekilleri kosmetik vasiteler cəlil məmmədquluzadə həyat tərzi oxu zalı gül buketləri kosmetika vətən haqqında atalar sözləri qz eviyçun hakışta efsaneler cekc pornuxa kökəlmək üçün