İynənin ayağa batması nə ilə təhlükəlidir?

İynənin ayağa batması nə ilə təhlükəlidir?Uşaqlıqdan bizi iynələrdən ehtiyat etməyi öyrədiblər - "bax, iynə ayağına batacaq, qanla ürəyə qədər gedəcək".
Biz buna həqiqətən inanırdıq. Maraqlıdır ki, bunu deyən böyüklərin bir hissəsi d belə fikirləşirdi.
Həkimləri belə qeyri-elmi fikirlər güldürür və təəccübləndirir. Təbii ki, ayağa batan iynə heç bir halda ürəyə çata bilməz. Ən pis halda iynə bir qədər dərin girə bilər və burada ilişib qala bilər.
Lakin bu vəziyyət də müəyyən təhlükələr  yarada bilər. Belə ki, əgər insanın ayağına üzərində torpaq hissəcikləri olan köhnə paslanmış iynə batarsa, bu çox təhlükəli infeksion xəstəliyi olan tetanusun inkişafına səbəb ola bilər. Tetanus infeksiyası insanın ölümünə səbəb ola bilər.  Tetanus xəstəliyinin törədiciləri torpaqda spor şəklində uzun illər ərzində yaşaya bilər və insan orqanizminə düşdükdə bu ağır xəstəliyin inkişafına səbəb ola bilər.
Bu səbəbdən ayağınıza üzərində torpaq olan paslanmış iynə batıbsa, mütləq həkimə müraciət edin (hətta siz bu iynəni özünüz çıxarda bilmisinizsə).
Ayağınıza şpris iynəsi batıbsa, bu da müəyyən təhlükə yaradır, xüsusilə də iynə şprisin üzərində olduqda və şprisdə maye qalıqları müşahidə olunduqda. Adətən belə iynələri və şprisləri istifadə etdikdən sonra narkomanlar atır. Bu kateqoriya insanlarda B,C hepatitləri, QİÇS kimi infeksiyaların olması riski adi insanlarla müqayisədə daha çoxdur. Əgər insanın ayağına belə iynə batıbsa, hepatit B və QİÇS infeksiyasına yoluxma  təhlükəsi cüzi da olsa var.
Ayağınıza iynə batıbsa və onun ucu görünmürsə, dərhal həkimə müraciət edin. İynəni müstəqil şəkildə çıxartmağa cəhd etməyin, bu halda iynə daha dərin girəcək və pəncədə olan qan damarları, sinirləri, bağları zədələyəcək.
Həkim zədələnmiş pəncənin rentgen şəkilini çəkəcək və daha sonra iynəni pəncədən xaric edəcək. Bunun üçün kiçik cərrahi əməliyyat tətbiq olunur. Daha sonra tetanusun riski müəyyənləşdiriləcək və lazım olduqda xəstəyə xüsusi profilaktik terapiya təyin olunacaq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1075   Tarix: 21 noyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

donlar 2026 qadin sayti kosmetoloq qaraciyər tənəffüs orqanları baş gicəllənməsi sobada toyuq qizartmasi kosmetika fitat oğlan evine aid hakisda yuxuda qara ilan gormek novruz hakistasi ariqlamaq