Kağız, tabaşir yeyirsinizsə, kerosin, neft iyini xoşlayırsınızsa... - Səhhət

Kağız, tabaşir yeyirsinizsə, kerosin, neft iyini xoşlayırsınızsa... - SəhhətElxan Nağıyev: "Qan azlığının xərçəngə səbəb olduğunu iddia etmək olmaz"
Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.
Kağız, tabaşir yemək, kerosin, neft iyini xoşlamaq bu problemdən əziyyət çəkənlərin qəribə davranışları sırasındadır. Yaxud onların əl, ayaq barmaqları soyuq olur. Söhbət anemiyadan - qanazlığından gedir. 
"Səhhət" rubrikasında qonağımız olan B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun klinik-diaqnostika laboratoriyasının müdiri Elxan Nağıyevlə bu mövzu ilə bağlı söhbətləşdik.
O, müsahibədən öncə belə bir məlumatı bölüşdü: "İnsan orqanizmi çox mükəmməl qanyaratma sisteminə malikdir. Bir dəqiqə ərzində insan orqanizmində 300 milyona qədər qan hüceyrəsi əmələ gəlir. Həmin miqdarda da qan hüceyrəsi itir. Bunun çox mükəmməl özünütənzimləmə prinsipi var. Bütün qan hüceyrələri sümük iliyi mənşəlidir. Bu o deməkdir ki, bütün qan hüceyrələri sümük iliyində əmələ gəlir. İnsan anadan olduqdan sonra yeganə qanyaradıcı orqan qırmızı sümük iliyidir. 3-4 yaşına kimi qan bütün sümüklərdə, sonrakı dövrlərdə isə məsaməli və borulu sümüklərin epifizində əmələ gəlir.
Eritrositlərin yaşama müddəti 100-120 gündür. Amma trombositlərin (qanı laxtalandıran hüceyrələr) 8-10 gündür. Ağ qan hüceyrələrin yaşama müddəti 8-10 saatdır".
- Həkimlər yox, elə adi adamlar da birinin üzünə baxıb "qanın azdır" deyə diaqnoz qoya bilirlər. Maraqlıdır, üzə baxmaqla bunu nə dərəcədə müəyyənləşdirmək olur?
- Qan azlığı ilə bağlı xəstələr müayinə olunan zaman ilk olaraq, habbitus dediyimiz bir baxış olur. Bu zaman pasientlərin vizual görüntüləri analiz edilir. Elə qanazlığı var ki, xəstənin dırnağının rəngi normal olmur, ağ rəngə çalır. Yaxud gözün selikli qişasının, dodağın rəngi avazıyır. Bunlar qan azlığından xəbər verən ilkin əlamətlərdir. Eyni zamanda saçın, dırnaqların qırılması, təngnəfəslik, ürəkbulanma, bunların hamısı qanazlığından xəbər verən kilinik əlamətlər sayıla bilir. Sırf üzə gəldikdə, dəri və selikli qişaların rəngi önəm kəsb edir. Amma kiminsə dəri rəngi çox ağdırsa, buna əsasən qanazlığı diaqnozu qoymaq da düz deyil. Mütəxəssis üzə baxanda, təbii ki, onda müəyyən fikir formalaşmış olur.
- Bəs əlləri, ayaqları soyuq olanlar necə?
- Qan azlığının klinik əlamətlərindən biri də bunlardır. Qan azlığının əksər növlərində qan təchizatının pozulması nəticəsində qan hüceyrələrinin oksigeni daşıma prosesi zəifləyir. Oksigeni daşımayan toxumalarda - əsasən də periferik orqanlarda soyuqluq hissi əmələ gəlir. Əl və ayaq barmaqlarının ucları da periferik orqanlardır.
- Başqa hansı əlamətləri var?
- Həmin adamlar bəzən kağız, tabaşir yeyir, kerosin, neft iyi onlara çox xoş gəlir.
- Anemiyanın hansı növləri var və bizdə ən çox hansına rast gəlinir?
- Qan azlığının tibdə təsnifatı iki cür aparılır. Birincisi, qanitirmə ilə bağlıdır. Bura kəskin və xroniki qanaxmalardan sonra yaranan qan azlığı aiddir. İkincisi isə, eritropoyezin pozulması (qan əmələ gəlməsinin pozulması) nəticəsində əmələ gələn qan azlığıdır. İkinci qrupun özü də bir neçə yerə bölünür. Dəmir çatışmazlığı olan anemiya var. Dünyanın dörddə biri bundan əziyyət çəkir. Xroniki xəstəliklərin anemiyası var. Talassemiya daşıyıcıları ilə bağlı olan anemiyalar var, onlar hemolitik anemiyalardır. Ümumiyyətlə, anemiyalar ikincili problem kimi, hansısa xəstəliyin səbəbi olaraq ortaya çıxır.
- Burda yaşa və cinsə görə norma necə dəyişir?
- Anemiya qanın vahid həcmində eritrositlərin və hemoqlobinin konsentrasiyasının azalması nəticəsində yaranan prosesdir. Yəni eritrositlər və hemoqlobin qanın vahid həcmində azaldıqda, buna qan azlığı deyirik. Müəyyən yaş qruplarına və cinsə görə qanda bu eritrositlər və hemoqlobinin miqdarı fərqli olur. İnsan anadan olduqdan sonra 3 aylıqdan 5 yaşına kimi orqanizmdə hemoqlobinin miqdarı normalda 110 qram litr olmalıdır. 5-12 yaşa kimi 115 qram litr, 12-15 yaş arası 120 qram litr normaldır. 15 yaşından yuxarı isə bizim regionda - qadınlar üçün 120-140 qram litr, kişilər üçün 130-160 qram litr normal sayılır.
- Bu normada rəqəm dəyişikliyi necə gedəndə, qan azlığı hesab olunur?
- Qan azlığı da təsnifatlaşdırılıb. 90 qram litr yüngül qan azlığı hesab olunur. 70-90 arası orta dərəcə, 70-dən aşağı isə ağır dərəcəlidir. Ümumilikdə isə hemoqlobinin 10 qram litr aşağı olması həm kişilərdə, həm də qadınlarda qanazlığı sayıla bilər.
- Ən çox rast gəlinən dəmir çatışmazlığı olduğunu dediniz. Bunun səbəbi nə ilə bağlıdır?
- Onun da kökündə düzgün qidalanmamaq durur. Sağlam olmayan dietalar da buna gətirib çıxaran səbəblərdəndir. Məsələn, qırmızı ətin tərkibində dəmir var. Bəzən insanlar dieta saxlayanda qırmızı ətdən istifadə etmirlər. Amma bu, əvəzi olmayan amin turşularıdır. Dəmiri, əsasən ətin tərkibindən alırıq. Qarabaşaq yarmasının, müxtəlif meyvələrin də  tərkibində dəmir var. Eyni zamanda mövsümündə təzə meyvə-tərəvəzlərlə qidalanmaq lazımdır. 
- Qan azlığı problemi yaşamamaq üçün ümumilikdə, gündəlik qidalanmada nələrə riayət etməliyik?                                
- Ümumiyyətlə, düzgün qidalanmaq sağlamlığın rəhnidir. Bu sualı daha geniş yayılmış dəmir çatışmazlığı, B12 - Fol turşusu çatışmazlığı anemiyalara aid etsək, bu növ qanazlığının yaranmamağı üçün qida rasionumuzda qırmızı ət, bizim öz coğrafi məkanımızda yetişən təzə meyvə və tərəvəzlərin əksəriyyəti çox vacib qidalardandır.
- Anemiya ümumilikdə necə bir problemdir?
- Anemiya, ümumilikdə, xoşxassəli xəstəlikdir. Kökünə bağlı məsələdir. 
- Qan azlığının xoşxassəli olduğunu dediniz. Yəni orqanizm həmişə bunun öhdəsindən gələ bilir?
- Qan azlığının kompensasiya, subkompensasiya və dekompensasiya kimi növləri var. Birincidə orqanizm özü öhdəsindən gəlir. İkinci orta dərəcədir. Sonuncuda isə orqanizm bacara bilmir. Ürəkgetmə, baş gicəllənmə, yıxılma halları meydana çıxa bilir.
- Burda müalicənin nəticəsi uzunmüddətli dövrdə həll olunur, yoxsa qısa müddətdə də nəticə əldə etmək mümkündür?
- Baxır hansı növdür. Dəmir çatışmazlıqlı anemiyadırsa, burda müalicə ilə bir aya müəyyən nəticə əldə etmək mümkün olur. O qədər də çox müddətə ehtiyac qalmır. Dediyim odur ki, burda önəmli olan qan azlığının səbəbidir.
- Qan azlığı olanlar qan verə bilərlər?
- Qan verməmişdən əvvəl hər bir donor həkim müayinəsindən keçir. Təzyiqi, şəkəri və qanda hemoqlobinin miqdarı ölçülür. 18-65 yaş arası sağlam adam qan verə bilər. Amma qanda hemoqlobinin miqdarına da baxılır. Əgər hemoqlobinin miqdarı müəyyən qədər aşağıdırsa, o adamlardan, demək olar ki, qan götürülmür. Məsələn, qadınlarda 120-140 arası normaldır. Əgər 105-110 qram litrdirsə, qan azlığı sayılır və ondan qan götürülmür. Kişilər üçün də elə. Kişilərdə aşağı hədd 130-dur. 120-dən aşağı göstəricidirsə, onlar qan verə bilməzlər.
- Uşağın gözü ağrıyır, həkimə aparırlar, gözündə problem olmur. Sonra məlum olur ki, gözə ağrını verən qan azlığıdır. Qan azlığından dolayı orqanlarda bu tipli ağrılar olurmu?
- Təbii ki. Qanın funksiyası toxumalara oksigenli və qidalı maddə daşımaqdır. Əgər qanın bir mikrolitrində eritrosit və hemoqlobinin miqdarı normal deyilsə, o, nə kifayət qədər oksigen daşıya biləcək, nə də qidalı maddələr. Qan azlığı yarananda bəzi orqanlarda toxumaların qanla təchizi pozulur, bu zaman isə toxumalarda dəyişiklik baş verir. Ağrı da toxumanın "fəryadıdır". 
- Belə fikirlər səsləndirilir ki, qan azlığı xərçəngə gətirib çıxaran faktorlardandır. Bu fikir doğrudurmu?
- Şiş xəstəliklərinin etiologiyasında, patogenizində toxumaların qan təchizatının pozulması var. Ümumiyyətlə, bütün xəstəliklərdə bunu deyə bilərik. Amma birbaşa qan azlığının xərçəngə səbəb olduğunu demək olmaz. Çünki qan azlığının növləri çoxdur. Qan azlığının xərçəngə səbəb olduğunu iddia etmək doğru olmazdı.
- "Şokolad qan gətirir" deyirlər. Şokoladın burda rolu nə dərəcədədir?
- Şokolad qan artırmır.
- Bəs niyə qan itirən, qan verən adama şokolad verirlər?
- (Gülür) Ümumiyyətlə, belədir ki, qan itirən, qan verən adama şirniyyat verirlər. Çünki beyin toxumalarının qidalanmasında şəkərin böyük əhəmiyyəti var. Həmin müddətdə özündən gedən, qan itirən adama şirniyyat verilir ki, beyin toxumalarının qanla təchizatı yaxşılaşın. Orda qan artırmaqdan söhbət getmir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1396   Tarix: 02 dekabr 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

geyim necə seçməli toy makiyaji sekilleri hamilelikde qidalanma qadın kosmetika döş əmən kişilər xiyar tursusunun hazirlanmasi qaydasi diş ağrısı kosmetika novruza aid hakışda xanim az intim vicdan cinsi əlaqə