Kahının faydaları

Kahının faydalarıKahı birillik göyərti olub yaz aylarında yetişir və yayın sonun kimi toxumlaya bilir. Kahıdan bütün il boyu mətbəxlərdə istifadə edildiyinə görə soyuq hava tempraturunda kahını istixanalarda da yetişdirirlər. Kahının təzə, yağa və ya sirkəyə qoyulmuş halından istifadə edilir. Ondan tərəvəz, ət salatlarının, balıq yeməklərinin bəzədilməsi və dadlandırılması məqsədilə istifadə olunur. Kahının tərkibi müxtəlif vitamin və minerallarla zəngindir. O ən çox yaz, yay və payız aylarının sevimli göyərtilərindən sayılır. Belə ki, kahıda insanın susuzluğunu azaltmaq qabiliyyəti var. Onun əsasən 4 növündən(yarpaqlı, zoğlu, romen və quşqonmaz) istifadə edildiyinə görə bostançılar ən çox bu növlərin yetişdirlməsi ilə məşğul olurlar. Kahıdan qədim zamanlarda da istifadə edilib. Ondan qədimdə yunanlar, misirlilər istifadə etmişlər. Avropa ölkələrinə kahı XVI əsrin ortalarında gətirilib və sürətlə yetişdirilməsinə başlanılıb.
Kahının vətəninin hara olduğu elmə məlum deyil. Onun müxtəlif ölkələrdə, müxtəlif növləri becərilir və geniş istifadə edilir.
Kahının faydalı xüsusiyyətləri
Kahının tərkibi fol turşusu ilə zəngindir. O maddələr mübadiləsini yaxşılaşdırır, sinir sisteminin və qan dövranının normallaşmasına səbəb olur. Kahının tərkibindəki mineral duzların miqdarı ispanağın tərkibində olan duzların miqdarına çox yaxındır. Kahıda sink, kolbat, marqanes, molibden, titan, bor, yod var. Kahı yarpaqlarının 38%-ni kalium, 15%-ni kalsium, 5%-ni dəmir və maqnium, 9%-ni fosfor və kükürd təşkil edir ki, bunlar qanın miqdarının artmasına səbəb olur. Onun tərkibində olan sükürd və fosfor qarışımı dəridə və saçlarda olan quruluğun aradan qalxmasına səbəb olur.
Kahı yarpaqlarının tərkibi alkoloid, acı maddələr və qətranla zəngindir. Bu maddələr orqanizmə bəlğəmgətirici, sakitləşdirici, sidikqovucu və öskürək əleyhinə təsir göstərir. Kahı zoğlarının tərkibi A və C vitaminləri ilə zəngindir. Kahı lifli qida hesab edilir və onun liflərinin tərkibində azot, kükürd və müxtəlif duz turşuları var. Bunlar da ürək-damar, böyrək və qara ciyərin fəaliffəyinə birbaşa müsbət təsir edir.
Kahı yarpaqlarında olan dəmir, orqanizm üçün ən çox lazım olunan maddələr siyahısındadır. Davamlı olaraq kahı yemək qanitirmə zamanı meydana çıxan qanaxma əlamətlərinin aradan qalxmasına və qanın bərpasına səbəb olur. Mütəmadi olaraq qida rasionuna kahı əlavə eləmək qanın bir çox funksiyalarının normallaşmasına təsir edir.
Onun tərkibindəki maqnium əzələ toxumasının, beyinin və sinirlərin möhkəmlənməsinə səbəb olur. Tərkibindəki təbii duzlar sinir hüceyrələrini möhkəmləndirir.
Kahı uşaqlar, dieta saxlayanlar və diabet xəstələri üçün əla qida vasitəsidir. Mütəxəssislər şəkərli diabet xəstələrinə onun zoğlarından daha çox istifadə eləməyi məsləhət bilir.
Uşaq əmizdirən analar kahı dəmləməsini içmək məsləhət bilinir. Bunun üçün xırdalanmış kahı yarpaqlarının üzərinə qaynar su töküb saxlamaq və ilıq olduqda qəbul etmək lazımdır.
Hər gün kahı yemək yağ mübadiləsini sürətləndirir, qanda xolesterinin miqdarını aşağıl salır, atereskleroz əlamətlərini azaldır, piylənmənin qarşısını alır, təzyiqin normallaşmasına səbəb olur.
Kahının tərkibində 15 cür vitamin və minerallar, çoxlu miqdarda dəmir, kalsium, fol turşusu var. O təbii tərkibli antioksidantdır. Soyuqdəymə, bronxial xəstəliklər, stress, bel ağrıları, artrit,anemiya, qəbizlik və emfizema xəstəliklərindən əziyyət çəkənlərə hər gün kahı yemək məsləhət görülür.
Hər gün kahı yemək DNT- də triqliseridlərin miqdarını azaldır, orqanizmi xərçəng hüceyrələrinə qarşı qoruyur. Hər gün kahı yemək qanda lüteinin və beta-karotinin miqdarının artmasına səbəb olur ki, bu da onların antioksidant təsirinin yüksəlməsinə səbəb olur. Hər gün qida rasionuna kahı daxil eləmək bir çox göz xəstəliklərinin sağalmasına səbəb olur.
Kahının zərərli xüsusiyyətləri
Podaqradan və böyrək daşı xəstəliyindən əziyyət çəkənlərə həddindən çox kahı yemək məsləhət görülmür.
Kəskin və xroniki kolit və enterekolit xəstələrinə də kahı yemək tövsiyə edilmir. İshaldan əziyyət çəkənlərə kahı yemək olmaz.
Böyrəklərində və sidik kisəsində fosfat duzları yığılan adamlara kahı yemək olmaz. Həddindən çox kahı yemək bağırsaqlarda qazın əmələ gəlməsinə səbəb olur. Çoxlu miqdarda kahı qəbul etmək vərəm və astma xəstələrinə də pis təsir edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 947   Tarix: 22 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır.   -a istinadən xəbər verir ki, yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:

.

Uşaqlar niyə valideynlərini eşitmirlər? - 3 əsas səbəb

Bir çox valideynlər uşaqların itaətsizliyi və anlaşılmazlığı problemi ilə üzləşir. Buna məhəl qoyulmasa, hər şey daha da pisləşəcək.   -a istinadən xəbər verir ki, uşağın itaətsizliyinin səbəbini düzgün müəyyən etsəniz, hərəkətləriniz

.

Baş gicəllənməsinə bunlar səbəb olur

Baş gicəllənməsinə 83 müxtəlif vəziyyət səbəb ola bilər ki, bunların da əksəriyyəti qulaq xəstəlikləri ilə bağlıdır. -a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, xroniki başgicəllənmə hallarının 65-70%-i qulaq xəstəliklər

.

Baş nazir qəzəbləndi: Belə uşaqlar "supermarket məhsulu"dur

İtaliyanın baş naziri Corciya Meloni deyib ki, surroqat analıq uşaqlara "supermarket məhsulları" kimi yanaşıldığı "qeyri-insani təcrübə"dir. -a istinadən xəbər verir ki, bu barədə "Reuters" məluma

.

Bu qidaları uşaqlarınıza verməyin - Qızlarda sinə vaxtından tez böyüyür, oğlanlarda isə

Erkən yetkinliyin sürətlə artmasının səbəblərini öyrənmək üçün mütəxəssislər tərəfindən geniş araşdırmalar aparılıb. -a istinadla bildirir ki, araşdırmaların nəticəsinə görə, xüsusilə gənclər tərəfindən çox yeyilən qidaları

.

Hansı çay COVID-19-un qarşısını alır?

Corciya Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, süd və şəkərsiz çay tüpürcəkdə SARS-CoV-2-ni təsirsiz hala sala bilər ki, bu da virusun aşağı tənəffüs sisteminə daxil olmasına qismən mane olur. Bəşəriyyət üçü

.

Səhər, nahar və şam yeməyini nə vaxt yeməlisiniz?

Həyatın müasir ritmi həmişə qida qəbuluna, xüsusilə səhər yeməyinə lazımi diqqət yetirməyə imkan vermir. Bir çoxumuz səhər yeməyini atlayırıq və ya yolda yeyirik. Ancaq bu yanaşmanın sağlamlığımız və çəkimiz üçün mənfi nəticələr

.

Süni ət orqanizmə necə təsir edir? - Sınaqdan keçirildi: ŞOK NƏTİCƏ

Sinqapurlu alimlər bitki mənşəli ət əvəzedicilərinin insan sağlamlığına təsiri ilə bağlı araşdırmalardakı boşluğu doldurmaq üçün klinik sınaq keçiriblər. -a istinadən xəbər verir ki, onlar iki növ pəhrizin kardiometaboli

.

Burun axıntısı və öskürəyi bir gündə yox edir

Son günlər yayılan qrip virusu öskürək, burun axıntısı kimi xoşagəlməz hallarla müşahidə edilir. axşam.az-a istinadən xəbər verir ki, şiddətli və davamlı burun axıntısı insanın gündəlik işlərini yerinə yetirməsinə mane olur

turlar.az

sonxeber.az geyim seçimi donlar 2024 yay geyimləri 2024 pilinqin hazirlanmasi boşanma səbəbləri sepsis xesteliyi paltar modelleri kosmetika masturbasiya layla maya maskasi baldiz bayraq