Kapron corabları cırılmağa qoymayan FƏRQLİ ÜSUL

Kapron corabları cırılmağa qoymayan FƏRQLİ ÜSULElə bir ev tapmazsan ki, orada soyuducu olmasın. Meyvə-tərəvəzlərin, süd, ət məhsullarının təzə qalması üçün soyuduculardan istifadə edirik. Amma soyuducudan başqa məqsədlər üçün də istifadə olunur. Xanim.az ailem.az-a istinadən soyuducunun buzxanasından başqa məqsədlər üçün yararlanmağın yollarını göstərir.
Corabların cırılmasının qarşısını alır
Nazik kapron corabların ən böyük problemi tez cırılmasıdır. Bu problemin olmaması üçün yeni aldığınız kapron corabları isladıb, suyunu sıxın və 12 saat boyunca buzxanada bir paketin içində saxlayın. 12 saatdan sonra otaq temperaturunda qurudun.
Saqqız ləkələrini təmizləyir
Ayaqqabınıza saqqız yapışarsa, heç narahat olmayın. Saqqızı təmizləməyin asan bir yolu var. Saqqızın üzərinə bir kağız qoyun və ayaqqabınızı 2 saat buzxanada saxlayın. Beləcə, saqqız ayaqqabınızdan asanlıqla çıxacaq.
Ayaqqabı qoxularını aparır
Pis qoxu yayan ayaqqabılarınızı bir sellofan torbaya qoyub buzxanada saxladıqdan sonra, qoxunun getdiyini hiss edəcəksiniz.
Paltarların tiftiklənməsinin qarşısını alır
Toxunma, yun koftaların, jaketlərin, paltarların tiftiklənməməsi üçün bir gecə boyu sellofan torbaya qoyaraq buzxanada saxlayın.
Dodaq boyasını tündləşdirir
Dodaq boyasının rənginin daha kəskin və gözəçarpan olmasını istəyirsinizsə, mütləq buzxanada saxlayın. Beləliklə, pomadalarınız daha gözəl və təzə qalacaq.
Göz boyalarını kəskinləşdirir
Göz karandaşlarınızı istifadə etməzdən əvvəl 15 dəqiqə buzxanada saxlasanız, karandaşınızın daha kəskin rəng aldığını görəcəksiniz.
Günəş yanıqlarını aparır
Günəş yanıqlarını aparmağın ən gözəl yolu buz küpləridir. O qorxunc yanıqları yumşaltmaq üçün buz küpləri içərisinə aloe vera gelini qoyaraq dondurun. Donan aloe veranı yanıqlarınızın üzərində gəzdirin. Bu, ağrını azaltmağın ən təsirli yoludur.
Təbii gözəllik vasitələrinin ömrünü uzadır
Təbii gözəllik vasitələrinin içərisində qoruyucu və qatqı maddələri olmadığından soyuducuda saxlayaraq, ömürlərini uzada bilərsiniz.
Şamların ömrünü uzadır
Şamları istifadə etməzdən qabaq dondurmaq onların ömrünü uzada bilir. Şamın yanma müddəti iki qat artır.

Maraqlı     Baxılıb: 3991   Tarix: 29 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

turlar.az

makiyaj instagram yemek reseptleri qadin dunyasi kök suyu aroma və fitoterapiya hamilelik xiyarın faydaları kosmetika bayatılar baldiza aid hakışta vicdan vətənə aid bayatılar