Karantin müddətində panik atak halları: öhdəsidən necə gəlmək olar?

Karantin müddətində panik atak halları: öhdəsidən necə gəlmək olar?İndi hamı koronavirus testinin neqativ çıxmasını arzulayaraq əhvali-ruhiyyəsini də neqativə kökləyir. Nəticədə insanların psixoloji durumu gərginləşir, stress, depressiya ilə üzləşir, əsəbi olur.
Bəli, koronavirusun sosial həyatımızda yaratdığı dəyişikliklər psixologiyamızdan da izsiz ötüşmür. Nə qədər çalışsaq da, emosional sağlamlığımızı qoruya bilmir, "birdən mən də koronavirusa yoluxaram" qorxusuna əsir düşürük. Normadan artıq psixoloji təsirin depressiya ilə nəticələnəcəyini diqqətdən qaçırırıq. Halbuki psixoloji təzyiq, stress də elə xəstəlik qədər təhlükəlidir. Çünki stress immunitetin aşağı düşməsinə səbəb olaraq viruslara asanlıqla yoluxmağa, xəstəliyi ağır keçirməyə zəmin yaradır. Üstəlik, viruslar bir müddətdən sonra ölür, amma insanın özündə yaratdığı depressiya, adətən uzunömürlü olur və şəxsin xarakterinə, davranışına təsir göstərir.
Karantin müddətində panik atak halları: öhdəsidən necə gəlmək olar?Bəs psixoloji durumumuzu, əhvalımızı pozitivə necə yükləyək, həyəcanımızı idarə etmək üçün nə edək?
Milli.Az bildirir ki, Psixoloq Əfsanə Rüstəmovanın Lent.az-a açıqlamasına görə, stress hər kəs üçün zərərlidir. Bunun fonunda yarana biləcək xəstəliklərin isə sayı-hesabı yoxdur:
Karantin müddətində panik atak halları: öhdəsidən necə gəlmək olar?"Pandemiya dönəmi bizi həmişəkindən fərqli ruh halına salıb. Buna baxmayaraq, həyat keyfiyyətimizin yaxşılaşması üçün pozitiv olmalıyıq. Təəssüf ki, hər kəsin sinir sistemi eyni dərəcədə güclü deyil. Hər kəs yayılan doğru və ya yalnış xəbərlərə adekvat reaksiya verə bilmir. Psixikası daha həssas olanlar pandemiyadan öncəki dönəmlərdə də virus, xəstəlik, ölüm qorxusu ilə çabalayırdılar. Hazırkı dönəm isə onların bu qorxularının alovlanmasına "ideal" şərait yaradıb.
Sosial mediadakı yalan xəbərlər, televiziyalarda ziddiyyətli məlumatkarın verilməsi həssas qrupun qorxularını daha da artırır ki, bu zaman psixoloji problemin yaşanması qaçılmazdır".
Psixoloqun fikrincə, panik atağın qidalandığı stress faktorunun günümüzdə hökm sürdüyünü unutmayıb, ruhən sakitləşmək üçün "çirkli" informasiyalardan maksimum uzaq durmalıyıq:
Karantin müddətində panik atak halları: öhdəsidən necə gəlmək olar?"Əgər daha əvvəllər də bu vəziyyət yaşanıbsa, onun öhdəsindən gəlməyin üsullarını bilməlisiniz. Amma məhz bu dönəm üçün yaranan qorxu və stress fonundakı atak üçün isə
- sakitləşməyi;
- sizi stressə salan məkan və informasiyalardan uzaqlaşmağı;
- lazım gəldikdə, sosial mediadan istifadəni minimala endirməyi;
- məlumatı ancaq səlahiyyət sahibi qurumların dilindən və sosial mediasından qəbul etməyə çalışın.
Sizə yaxşı təsir göstərən nəfəs texnikası ilə işləyin.
Karantin müddətində panik atak halları: öhdəsidən necə gəlmək olar?Unutmayın ki, panik atak beynimizin uydurduğu bir xəstəlik ruh halıdır. İnsan isə duyğusal yönləndirmələr edərək həmin an başqa ruh halı yarada və ataka qalib gələ bilər.
Atak zamanı ən böyük qorxu olan boğulma, nəbzin artması və ürək döyüntülərinin imitasiya olduğunu və sizin ona başqa bir imitasiya ilə qalib gələ biləcəyinizi də söyləyərək fikrimi yekunlaşdırmaq istərdim.
Gözünüzü yumaraq ruhunuzu sizə rahatlıq gətirəcək məkana aparın. Gülümsədiyinizi və bədəninizdəki gərginliyin azaldığını hiss edəcəksiniz".
Sonda qeyd edək ki, unutmayın, nə karantin dövrü, nə də koronavirus daimidir. Həyatımızdakı bu dəyişikliklər, sadəcə olaraq qısa müddətlidir və başlıca hədəf hamımızın sağlamlığıdır. Odur ki, fiziki sağlamlığınızla yanaşı, psixoloji sağlamlığınızı da qorumağa çalışın.
Koronavirus testinizin neqativ, əhvalınızın pozitiv olması diləyi ilə...
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1855   Tarix: 04 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

yay geyimləri 2026 geyim şəkilləri makiyaj instagram elm haqqında atalar sözleri körpə və ona qulluq qarın yağları döş əmən kişilər kosmetika qurd ve quzu novruz bayramı haxışta salatlar gəncə hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz