Kardioloq yaxınlaşan ölüm əlamətlərini açıqladı
Kardioloq Anatoli Trifonov xəstənin ölüm təhlükəsində olduğunu göstərən əlamətləri açıqlayıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim müsahibəsində ürək və damar sistemi kimi xroniki xəstəliklərin əsas əlamətlərinin ölümdən 10-15 gün əvvəl görünməyə başladığını deyib. Onun sözlərinə görə, xəstədə şiddətli təngənəfəslik, letargiya, naxoşluq, panik atak, dərinin qızarması və ya solğunlaşması, habelə genişlənmiş göz bəbəkləri, tez-tez huşun itirilməsi müşahidə olunur. Sağlamlıqdakı kəskin dəyişikliklər ölümlə nəticələnə biləcək ürək çatışmazlığında da özünü göstərir.
"Ölümdən əvvəl dəri rəngi solmağa, soyumağa, ağızdan köpük gəlməyə başlayır, qıcolma müşahidə olunur. Bu vəziyyətdə ölüm 1,5-2 saat ərzində baş verə bilər", - Trifonov əlavə edib.
Kardioloq xəstədə bədən üzvlərinin şişdiyini və yüksək hərarətin ola biləcəyini qeyd edib.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar