Kardioloqların təyin etdiyi bu dərman zərərlidirmi?
Kardioloqların çox təyin etdiyi bu dərmanlar təhlükədirmi?
Xolesterini salmaq üçün ürək-damar xəstələrinə çox təyin edilər, kardioloqların sevimli dərmanı statinlərin orqanizmə ziyanları barədə illərdir müzakirə gedir.
Milli.Az xəbər verir ki, bir çox elmi araşdırmalar statinlərin hər orqanizmə düşərli olmadığını və risk daşıdığını sübut edib.
Lakin European Heart Journal-da dərc olunan son elmi məruzədə beynəlxalq qrup statinlərin ürəyə faydasının riskindən dəfələrlə çox olduğunu açıqlayıb.
Statistikaya əsasən, hər ikinci statin qəbul edən xəstə risklər barədə eşidib özü həkimə demədən ya dərmanı dayandırır, ya da qorxusundan dozanı azaldır. Bu da əlavə təsirləri artırır və ya xəstəyə faydalı olmur. Xəstələrdə qorxudan bəzi əzələ ağrıları baş verir.
Alimlər statinlərin əks təsirləri barədə 176 elmi araşdırmanın meta analizini aparıblar.
Bu araşdırmalar dünya üzrə statin qəbul edən 4 milyon insanı əhatə edib.
Nəticələr göstərib ki, bütün statin qəbul edənlər arasında statinlərə qarşı uyğunsuzluq və əks təsir olan pasiyentlərin sayı ümumi sayda 6-9%- i keçmir.
Bu da onu göstərir ki, statin təyin olunan xəstələr arxayınlıqla onu içə bilər, əsk təsirdən narahat olmamalıdır. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi