Kedra yağının orqanizmə inanılmaz faydaları

Kedra yağının orqanizmə inanılmaz faydalarıKedra yağı ən unikal və ekoloji təmiz tərkibə malik olan yağlardandır. Onun süni və ya sintetik yollarla əldə etmək mümkün olmur. Çünki, süni yollarla əldə olunan kedra yağının ətri, qidalandırıcılığ və müalicəvi xüsusiyyətləri təbii kedra yağınınkı qədər keyfiyyətli olmur. Kedra yağı sibir kedrasından soyuq üsulla sıxılma yolu ilə əldə edilir və sarı-kəhrəba rəngində olur. Kedra yağı alarkən onun rənginə, qoxusuna və hansı üsulla əldə edilməsinə diqqət yetirmək lazımdır. Ən keyfiyyətli kedra yağı isə soyuq üsulla sıxılaraq əldə edilən yağdır. Bu zaman yağ kedra ləpəsinin qoxusunu və dadını özündə saxlaya bilir. Kedra yağını sərin, qaranlıq yerdə və şüşəni ağzı qapalı şəkildə saxlamaq lazımdır. Bu zaman yağ öz keyfiyyətini itirmir və ya az itirir. Qida sənayesində kedra yağından şorbaların, tərəvəz yeməklərinin, sıyıqların, qarnirlərin, salatların hazırlanması üçün istifadə edilir. Kedra yağı şirniyyatlara və desertlərə xüsusi dad verir.Dəmir qablaşdırmada satılan kedra yağını almaq məsləhət bilinmir. Bu tərkibində olan doymamış yağ turşularının antioksidant təsirinin azalmasına səbəb ola bilir. Kedra yağının tərkibi bioloji aktiv maddələrlə zəngindir. Onun tərkibində linolen turşusu, Omeqa6, olein turşusu, Omeqa9 yağı və yağ turşuları (palmit, eykozan, stearin və s.) var. Kedra yağının tərkibi  həmçinin fitosterol, efir yağları, lesitin, karotinoidlər, makro və mikro elementlər, E, B2, B1, B3, D vitaminləri, maqnium, kalium, fosfor, sink, kalsium, marqanez, yod və s. minerallarla zəngindir.
Müalicəvi və faydalı xüsusiyyətləri
Kedra yağı dəridən asan sorulur və onun yarasağaldıcı xüsusiyyətləıri var. O tərkibinə və qidalandırıcılıq qabiliyyətinə görə vegeteryanlar üçün əla qida vasitəsidir. Ondan bir çox xəstəliklərin profilaktikası zamanı istifadə olunur.
Kedra yağının göbələk əleyhinə, antiseptik, iltihab əleyhinə, bakteriasid, virus əleyhinə, regenerasiyaedici, bəlğəmgətirici və bərpaedici xüsusiyyətləri var.
Tərkibində E vitamininin çox olması onun çox faydalı olduğunun göstəricisidir. Onun tərkibində olan E vitamininin miqdarı orqanizmdə sərbəst radikallara qarşı mübarizə aparmasını, sonsuzluğun qarşısını aldığını, hormonal fonu normqallaşdırdığlını təsdiq edir. Mütəxəssislər kedra yağının istənilən bitki yağını əvəz edə biləcəyini söyləyirlər. Kedra yağı mədənin turşuluğunun azalmasına səbəb olur. Mədə və onikibarmaq bağırsağın yara xəstəliyi zamanı kedra yağı içməkdə fayda var. Kedra yağı poliartritin müalicə və profilaktikasında mühüm rol oynayan təbii qidalardandır. Bu yağ podaqra, revmatizm və raxit xəstəliklərinin əlamətlərinin aradan qalxmasına səbəb olur. Hamilə qadınlara və uşaqlara kedra yağından istifadə etməkdə fayda var. Bu onlarda immunitetin yüksəlməsinə, yuxularının normallşmasına səbəb olur.
Hər günlük qida rasionuna kedra yağı əlavə etmək dərinin elastikləşməsinə və gənc qalmasına səbəb olur. Bu yağdan istifadə eləmək dəridə aşağıdakılara səbəb ola bilir:
* yumşaldır, tonuslandırır, qulluq edir və təravətləndirir
* rəngini yaxşılaşdırır, möhkəmliyini və elastikliyini artırır
* üst təbəqədə toplanan ölü toxumaların təmizlənməsinə və yeniləri ilə əvəz olunmasına səbəb olur
* dərini sakitləşdirir, qaşınmaları aradan qaldırır, allergiyadan sonra əmələ gələn qızartıları aradan qaldırır
* kosmetikanın təmizlənməsinə, dəri səpgilərinin təmizlənməsinə səbəb olur
* saçları qidalandırır, möhkəmliliyini bərpa edir, saçqıranların və kəpəyin aradan qalxmasına səbəb olur
* dəridə qoruyucu funksiya rolu oynayır
* uşaq dərisini qoruyur və ona qulluq edir
* aromaterapiyada ətirli yağ kimi istifadə edilir.
Kedra yağının zərərli xüsusiyyətləri
Dəmrov xəstəliyi zamanı kedra yağından sürtmək məsləhət görülmür. Onun zərərləri barədə  başqa qeydlərə rast gəlinməyib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1170   Tarix: 27 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

kosmetika mehsullari gelinlikler qaşların formalari 2026 gəlinliklər ciyer qovurmasi avto qadın türk şirniyyatları kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır yemek reseptleri dolça opusme sağlamlığın sirleri