Kəklikotunun faydaları haqqında

Kəklikotunun faydaları haqqında"Kəklikotulu çay iç" - bu ifadəni adətən nənə-babaların çox yorğun olan insanlara gördüyü məsləhət kimi qəbul etmişik. Bəzilərimiz də bunu çaydan zövq almanın xüsusi sirri kimi bilirik. Amma kəklikotunun əsl hikməti başqadır. Elə buna görə də ondan 3 sahədə, yeyinti, ətriyyat və əczaçılıqda istifadə olunur.
KƏKLİKOTU MƏTBƏXDƏ
Əvvəla onu deyək ki, kəklikotuna el arasında qısaca "kəkotu" da deyirlər. Onun 400-ə qədər növü var. Azərbaycanda isə bir neçə növü yayılıb. Yığım qaydası da növə görə dəyişə bilir. Elə vaxt olur ki, kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəkləyəndə, bəzən isə bu prosesdən əvvəl yığırlar.
Kulinariyada isifadəsinə gəldikdə isə bu otun işi təkcə çaya ətir vermək qabiliyyəti ilə bitmir. Ət və balıq yeməklərində kəklikotunun xüsusi rolu var. Bunun üçün xüsusi resept lazım deyil. Qurudularaq döyülən və ya döyülməyən, əlinizin altında olan kəklikotunu doğranmış ətə qatmağınız kifayətdir. Balıq yeməklərindədə kəklikotundan istifadə xüsusi tam gətirir. Siz onu yağlı və yağsız bütün növ balıqlarda istifadə edə bilərsiniz. Bir sözlə zövqə görə bir çox yeməyə bu otu ədviyyat kimi qatmaq olar.
MÜALİCƏVİ ƏHƏMİYYƏTİ
Bu bitki sinir sisteminə çox müsbət təsir edir. Beyində qan dövranını və mübadilə proseslərini yaxşılaşdırır, əsəbləri sakitləşdirir, əhval-ruhiyyəni yüksəldir, baş ağrılarını yügülləşdirir, yuxunu bərpa edir, yaddaşı gücləndirir. Nədə necə isifadə olunmasına gəlincə:
İmmun sistemini gücləndirir - kəklikotu çayı soyuqdəymə xəstəliklərinin profilaktikasında xeyirlidir. Çaya bal, limon da əlavə etmək olar. Bu çay xəstəliyin inkişafını dayandırır.
SPAZMALARI YOX EDİR - kəklikotunun köməyi ilə spazma ağrılarını (baş ağrısı, bağırsaq spazmı və s.) azaltmaq və ya tam yox etmək mümkündür.
BƏLĞƏMGƏTİRİCİ - kəklikotu respirator xəstəliklər (öskürək, bronxit və s.) zamanı nəfəs yollarında yığılan bəlğəmi durulaşdırır və onun çıxmasını asanlaşdırır.
Antiseptik xüsusiyyətlərə malik olan kəklikotu bağırsaqlarda yaşayan ziyanlı mikroorqanizmləri yox edir, qurdqovucu təsir edir. Kəklikotu həmçinin sistit, nefrit zamanı antiseptik və iltihab əleyhinə təsir edir, təbii sidikqovucu vasitə kimi istifadə etmək olar.
Kəklikotunun qəbulu bəzi xəstəliklər zamanı tövsiyə edilmir. Bu ot hamilə qadınlar üçün ziyanlı ola bilər. Əmizdirmədə isə kəklikotu laktasiyanı gücləndirir. Ciddi proseslərdə həkimlə məsləhətləşmədən istifadə etməyin.
Milli.Az

Xəbərlər     Baxılıb: 1355   Tarix: 19 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

turlar.az

qadın geyimi sade makiyaj sekilleri yaz geyimleri 2026 yay donları röya ayxan sabir haciyev aysel elizade sevgilisi kosmetika ana haqqinda bayati kahfe kali nizami gəncəvi qiz adlari novruz bayramına aid hakışda