Kiçik və gənc yaşlı uşaqlarda rast gəlinən baş ağrıları

Kiçik və gənc yaşlı uşaqlarda rast gəlinən baş ağrılarıBaş ağrıları - əsasən kiçik və gənc yaşlı uşaqlarda rast gələn nasazlıqdır. Körpələrdə bu çox nadir hallarda rast gəlir. Doğru qurulmamış gün rejimi, yorğunluq, beyinin gərgin fəaliyyəti, havasız yerdə qalma, yuxusuzluq kimi hallar, bir qayda olaraq, baş ağrılarına səbəb olur. Valideynlər uşaqlarda baş ağrılarının nə zaman başladığını, onların intensivliyini, yerləşməsini və baş ağrılarını müşahidə edə biləcək başqa əlamətlərini (qusma, baş gicəllənmə, görmə qabiliyyətinin zəifləməsi, tərləmə) uşağın davranışında və şəxsiyyət baxımından xüsusiyyətlərin dəyişikliklərinin olub olmamasını aydınlaşdırmalıdırlar. Qızlarda baş ağrıları menstrual sikl ilə (aybaşı) bağlı ola bilər.

Kiçik və gənc yaşlı uşaqlarda rast gəlinə baş ağrıları əsasən bu səbəblərdən yaranır.

Görmə qabiliyyətinin pozulması nəticəsində baş ağrıları

Boyun və baş əzələlərinin gərilməsi nəticəsində baş ağrıları

Miqren

Daxili təzyiqinin artması nəticəsində əmələ gələn baş ağrıları

Görmə qabiliyyətinin pozulması ilə əlaqədar baş ağrıları uşaqlarda uzun müddətli gərginlik nəticəsində yaxından görmə, uzaqdan görmə və ya akkomadasiya (kəskin əksi almaq üçün göz almasında işığın sınma bucağının dəyişmə qabiliyyətinin zəyifləşməsi) əmələ gəlir.

Yardım: uşağı tez bir zamanda göz həkiminə göstərmək lazımdır.

Boyun və baş əzələlərinin gərilməsi nəticəsində əmələ gələn baş ağrıları yeniyetmə dövründə daha tez-tez rast gəlir. Adətən bu baş günün sonuna doğru artır və yuxudan sonra isə keçir.
Yardım: valideynlər nəzarət etməlidirlər ki, uşaq məşğələ zamanı (dərslərini edərkən) eyni vəziyyətdə uzun müddət oturmasın. Məşğələlər arası, hər 30-40 dəqiqədən bir fasilə vermək lazımdır. Eyni zamanda uşaqlara boyun əzələlərinin gərginliyini aradan qaldırmaq məqsədi ilə bəzi fiziki hərəkətlər etmək məsləhət görülmür.

Miqren: miqren zamanı baş ağrılarının səbəbi beyinin qidalanmasında mühüm rol oynayan qan damarlarının qeyri-adı genişlənməsi və döyünməsidir. Bir çox ailələrdə miqren xəstəliyindən ailə üzvlərinin bir neçəsi əziyyət çəkir. Baş ağrıları başlamazdan əvvəl "aura" olur: uşaq gözünün qabağına ləng hərəkətdə olan ziqzaqa bənzər xəttlər və ikiləşmiş şəkildə görünən əşyalardan şikayət edir. Eyni zamanda uşaqda hərəkətlərin kordinasiyasının pozulması və ya ona müraciət edənlərin nitqini başa düşməməsi kimi hallar müşahidə olunur. Auradan sonra ürək bulanması və qusma ilə müşayət olunan baş ağrısı tutması baş verir. Tutma 1-2 saatdan çox müddətinə qədər davam edə bilər. Bir çox hallarda baş ağrıları aura olmadan başlayır. Belə hallarda "hissə-hissə miqren" tutmaları olur. Belə tutmalar zamanı qusma olmur. Tez-tez müşahidə olunan baş ağrıları beyin damarlarının sıxılması və qan təzyiqin artması (hipertenziya) nəticəsində baş verir.
Yardım: uşaq mütləq nevropatoloq tərəfindən müayinə olunmalıdır.

Kəllə daxili təzyiqin artması, ürəkbulanma və qusma kimi əlamətlərlə müşahidə edilən baş ağrıları bir çox xəstəliklərdə rast gəlir. Beyin şişləri zamanı da baş ağrıları tez-tez rast gələn əlamətdir.
Yardım: mütləq uşaq nevropatoloq və neyrocərrah tərəfindən müayinə olunmalıdır.

Baş ağrıları həçinin kəskin respirator infeksiya ("Zökəm" bölməsinə bax), ac qalma, diabet, qulağın iltihabı və s. kimi hallarda da meydana çıxa bilər.

Ailə və Uşaq     Baxılıb: 9812   Tarix: 21 dekabr 2014
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

turlar.az

gözəllik məhsulları kosmetik vasiteler geyim və ayaqqabılar tüklərin təmizlənməsi normal yuxu yay paltarlari 2026 qadın saytı kosmetika baldiza aid haxisda gozellik veten haqqinda atalar sozu novruz bayramına aid hakıştalar maska