Kişi beyni seksə, qadın beyni sevgiyə işləyirmiş

Kişi beyni seksə, qadın beyni sevgiyə işləyirmişAdətən qadınlar söylədiklərinin kişilər tərəfindən yanlış anlaşıldığından və ya ümumiyyətlə heç başa düşülmədiyindən şikayətlənirlər. Əslində bu fikir həqiqətdən o qədər də uzaq deyil, amma burda kişiləri günahlandırmaq da düzgün deyil. Çünki bu onların əlində olmayan, tamamilə zehni quruluşlarından asılı olan məsələdir.

Kişi və qadın beyni fərqli ölçülərdə olduğu kimi, həmçinin, onların işləmə mexanizmləri də fərqlidir. Aparılan araşdırmalar bu fikri təsdiqləməyə əsas verir. Buna görə də, əziz qadınlar, əgər tərəf müqabilinizə nəyisə izah etməyə çalşırsınızsa, bu zaman o, sizin söylədiklərinizi fərqli anlayan zaman əsəbiləşməyin. Sadəcə, demək istədiklərinizi ona heç dolaşdırmadan, birbaşa izah edin.

"Beynimizdəki Cinsəllik" kitabının yazarları Anne Moir və David Jessela görə qadın və kişi tamamilə fərqli yaradılışlardır. Onların beyninin yalnız bir deyil, bir neçə funksiyası bir-birindən fərqlənir. Qadınların hər hansısa bir olay haqqında fikirləri ilə kişilərin bu barədəki fikirləri uyğun gəlmir. Bu, tamamilə normal haldır. Axı fərqli beyinə sahib insanlar məsələlərə necə eyni cür reaksiya verə bilərlər?

New Yorkdakı Rockefeller Universitetinin professoru Donald Pfaff da uzun illər ərzində davam edən araşdırmalar nəticəsində belə qənaətə gəlib ki, qadın və kişi beyni bir-birindən fərqlənir. O, gen, hormon və yaxın çevrəni bu fərqə səbəb olan əsas vasitələr kimi göstərib.

Araşdırmalar nəticəsində həmçinin, o da məlum olub ki, kişi beyni qadın beyni ilə müqayisədə hesab məsələlərində daha yaxşı işləyir. Bunun əsas səbəblərindən biri isə odur ki, kişi beyni qadın beyni ilə müqayisədə 500 qram daha ağırdır. Kişi beyninin qadın beynindən digər bir fərqi isə kişilərdə qoxu, aqressiya kimi hisslərin daha çox inkişaf etməsidir. Həmçinin, kişilərin beyninin quruluşu elədir ki, onlar seksə və şiddətə qarşı daha həssas olurlar. Qadınların beyninin böyük hissəsi isə əsasən yaddaş, hisslər, problemlər mövzusunda aktivdir.

Qadınların kişilərə nisbətən daha həssas, duyğusal olması da, sən demə, beyindən qaynaqlanan məsələ imiş. Belə ki, kişilərdə beynin duyğusal yaddaş ilə məşğul olan hissəsi əslində daha böyükdür, lakin o sağda yerləşir. Qadınlarda isə əksinə, yaddaşla məşğul olan hissə beynin sol yarımkürəsində yerləşir. Buna görə də onlar daha duyğusal olurlar.

Ailə və Uşaq     Baxılıb: 3459   Tarix: 19 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

turlar.az

hamiləlik sade makiyaj sekilleri kosmetik vasiteler sağlamlıq göz xəstəlikləri goyemin faydalari salatlar kosmetika novruz bayramına aid hakışda paxlava sac modelleri qizliq perdesi hakışda