Kişi su pərisinə AŞİQ OLDU -Gördüyünüzə İNANMAYACAQSIZ - VİDEO

Kişi su pərisinə AŞİQ OLDU -Gördüyünüzə İNANMAYACAQSIZ - VİDEODünyaca məşhur "Animal Planet"in okean və dənizlərdə yarı insan - yarı balıq formasında yaşayan su pəriləri ilə bağlı sənədli filmi suyun altında qeyri-adi varlıqların olub-olmaması mövzusunu yenidən müzakirə mövzusuna çevirib.
xanim.az xəbər verir ki, Beynəlxalq Okean və Atmosfer Tədqiqatları üzrə Milli İdarə okean və dənizlərdə qeyri-adi canlının – su pərisinin olması barədə iddiaları rədd edib. Amma ayrı-ayrı vaxtlarda dənizçilərin aşkarladıqları faktlar, üzləşdikləri hadisələr bunun əksini deyir.
Məsələ burasındadır ki, su pərilərinin olması haqda iddialar əsrlər əvvəl ortaya çıxıb. Bu iddialardan ən məşhuru Amerika qitəsini kəşf edən ilk səyyah, tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətdən biri olan Kristofor Kolumbla (1451-1506) bağlıdır. O, hələ 1493-cü ildə Haiti adası yaxınlığında su pərilərinin olduğunu bildirib. Lakin Kolumb və onun dənizçilərinin sularda gördükləri qeyri-adi canlılar rəvayətlərdə və nağıllarda deyildiyinin əksinə olaraq gözəl simalı, cəlbedici su pəriləri deyildi. Hətta qızdan daha çox oğlana bənzəyirdilər.
Kolumbun söylədikləri bir yana, "Amerikanın Təbii Tarix Muzeyi"ndə də "dəniz qızları", başqa sözlə desək, su pərilərinin mövcudluğu haqda faktlar mövcuddur. Amerikalı kapitan Con Smit dəniz səyahəti zamanı gördüyü su pəriləri haqda bunları deyib: "Kanadada, Nyufaundland ("Newfoundland"- A.T.) adası yaxınlığında göy gözlü, yaşıl saçlı bir dəniz qızı gördüm. Hətta onun belinin aşağı hissəsini balıq olduğunu görənə qədər o qıza aşiq olmuşdum".
ABŞ-la yanaşı, Yunanıstanda mənbələrində su pəriləri haqqında müəyyən qeydlər var. Yunan dənizçilərinin xatirələrinə əsasən yazılan mənbələrdə onlar iki quyruğu olan dəniz varlıqları kimi qeyd olunurlar.
Su pəriləri ilə bağlı iddialara və faktlara yaxın zamanlara qədər rast gəlinir. Məsələn, 2004-cü ildə Hindistanın Çennai kəndində baş vermiş sunamidən sonra qəribə varlığın sümükləri ortaya çıxdı. Bəziləri bunun su pərisi olduğunu iddia etdi. Sunami zamanı özünü sahilə atmış bu canlının sümükləri hazırda da "Egmore" muzeyində sərgilənir.
Bu siyahıya 2012-ci ildə Zimbabvedə baş vermiş növbəti hadisəni də qatmaq olar. Belə ki, depo inşasını həyata keçirən işçilər su pərilərini gördüklərini deyərək tikinti işlərini yarımçıq saxladılar. Əgər bu, bir işçi tərəfindən deyilsəydi, ona qarabasma, vahimə, qorxu-filan bəhanələri ilə don geydirmək olardı. Məsələ burasındadır ki, bütün işçilər su pərilərini gördüklərini iddia edirdilər.
Sadalanan faktlardan müxtəlif suallar ortaya çıxır: Su pəriləri, bəşəriyyətin varlığından xəbəri olmadığı dəniz qızları doğrudanmı mövcuddurmu? Əgər onlar mövcud deyildirsə, bəs onda ayrı-ayrı vaxtlarda, dünyanın müxtəlif ölkələrinin dəniz sahillərində aşkar edilən, hətta qalıqları muzeylərdə sərgilənən qeyri-adi varlıqlar hardandır?

Mətbəx     Baxılıb: 3901   Tarix: 02 noyabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

Tərkibi:. 3-4 dilim iri balqabaq. 2,5 stəkan şəkər tozu. 1 litr süd. 3 xörək qaşığı un. 1 xörək qaşığı nişasta. 1/2 paket marqarin. 1 paket vanil. 200 qram qoz ləpəsi. 100 qram fındıq. 3 paket biskvit (peçenye). Hazırlanması:

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Yumurtalı ət ruleti (foto resept)

Tərkibi:. Farş- 500 q. Soğan- 1 ədəd. Sarımsaq- 1 diş. "Best cow" kərə yağı- 50 q. Şüyüd- 1 dəstə. Yumurta- 3 ədəd. Duz-istiot. Hazırlanması:. Soğanı xırda-xırda doğrayıb kərə yağında ızarana qədər bişiririk. Soğanı

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Ənənəvi bolognese və parmigiano ilə Tagliatelle Salumeri aşbazın resepti Casale Luciano

Tərkibi (xidmət başına. Tagliatelle pastası (sarı) - 100 q. Bolonya sousu - 150 qr. Kərə yağı - 20 q. Əlavə zeytun yağı - 10 q. Parmesan pendir - 10 q. Yeməli duz - 0,2 q. Qara bibər qarğıdalı - 1 q. Toyuq suyu - 150 ml

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

turlar.az

yay kolleksiyasi hamilelikde qidalanma makiyaj instagram usaq otagi dizaynlari ərzaqlar asan sizanaqlara qarsi vasite kosmetika bayatılar gözellik novruza aid hakisda maraqli hakistalar laylalar