Kişi və qadın cinslərinin yaranması

Kişi və qadın cinslərinin yaranmasıİlk baxışda elə görünə bilər ki, alimlər insanda cinsiyyət fərqlərinin necə yarandığını artıq qəti təyin etmişlər. İstənilən insanın cinsi mayalanma zamanı müəyyən olunur və bu spermatozoidin hansı yumurta hüceyrəsini mayalandırmasından asılıdır. Artıq məlumdur ki, özlərində Y və ya X xromosomlarını daşıyan "kişi" və "qadın" spermatozoidləri mövcuddur. Qadınlarda bütün hüceyrələr iki X xromosomundan ibarətdir.

Buradan belə nəticə çıxır ki, yumurta hüceyrəsindən qız və ya oğlan yaranacağı onun X və ya Y - xromosomu tərəfindən mayalanmasından asılıdır. Alimlərin müşahidəsinə görə bir insan öz başlanğıcı­nı diametri 0,2 mm.-ə bərabər olan yumurta hüceyrəsindən alır. Bu yumurta öz forma və fiziologiyasına görə orqanizmin heç bir hüceyrəsinə oxşamır.
Yumurta hüceyrəsi öz inkişaf prosesində bir sıra ardıcıl dəyişikliklərə məruz qalır ki, bunun sayəsində toxumalar və xüsusi funksiyalı orqanlar əmələ gəlir. Son nəticədə isə insan orqanizmi yaranır.

Lakin əsl həqiqətdə bu məsələ alimlərin izah etdiyi kimi sadə və aydın deyildir. Alimlərin bu təliminə əsasən yumurta hüceyrəsinin mayalanması üçün bir spermatozoid kifayətdir və eyni zamanda belə məlum olur ki, əgər sper­mada müəyyən qatılıqda (özü də xeyli yüksək) spermatozoidlər yoxdursa, mayalanma baş tuta bilməz. Döl bağla­manın effektliyinə qadın orqanizminin hərarətinin əsaslı təsiri olur, əgər o, kifayət deyilsə, mayalanma da ola bil­məz. Lakin ən böyük anlaşılmazlıq insan orqanizminin quruluşu ilə bağlıdır. Əslinə qalanda, dezoksiribonuklein tur­şusunun ikili spiralının (DNT) kəşfi də bu məsələyə tam aydınlıq gətirə bilməyib. 80-ci illərdə alimlər kəşf etdilər ki, DNT spiralvarındakı genlər yalnız zülalların quruluşu haqqında informasiyanı daşıyır. Lakin, zülallar hələ orqanizm demək deyildir. Bunlar yalnız orqanizmin "tikildiyi" kərpiclərdir. Orqaniz­mi müəyyən şəkildə qurmaq üçün hansı kərpici hara qoymaq lazım gəldiyini göstərən plan lazımdır. Başqa sözlərlə desək, orqanizmin məkan və zaman daxilində inkişaf proqramı olmalıdır. Bu cür "proqram" isə genlərdə yoxdur. Ən başlıcası isə bəlli oldu ki, genetik kodun özü DNT-nin uzunluğunun vur-tut bir faizini təşkil edir. Bəs onda qalan 99 faizin rolu nədən ibarətdir?
Bu sualın cavabı 90-cı illərin əvvəllərində adi eksperiment sayəsində tapıldı. Qurbağa embrionu xüsusi metal futlyarda yerləşdirildi və onun inkişafı üçün hər cür şərait yaradıldı. Lakin metal qilaf bü­tün xarici şüalanmaları əks etdirdiyinə görə embrion lazım olduğu şəkildə inkişaf etmədi, qurbağaya oxşamayan bir eybəcərə çevrildi və tezliklə məhv oldu. Sonrakı tədqiqatlar göstərdi ki, DNT silsiləsinin 99 faizi özündə xüsusi elektromaqnit dalğalarını daşıyan xüsusi proqramı qəbul edir. Bu proqramın əsasında insan orqanizmi qurulur, yəni hər bir hüceyrəyə harada və necə inkişaf etmək, orqanizmdə hansı funksiyaları daşımaq göstərişi verilir. İnkişaf proqramının mənbəyi Vakuum, Kosmik fəzadır. Alimlər müəyyən etmişlər ki, insanın qoloqrafik modeli fiziki cis­min (bədənin) yaranışından əvvəl əmələ gəlir. Xarici mühitdən daxil olan informasiya xromosomları məcbur edir ki, hər bir konkret insanın proqramının spesifik obrazını yarat­sın. İnsan embrionunun bölünən hüceyrələri yalnız qoloqrafık nüsxənin həcmini doldurur (tökmə qəlib maddə ilə doldurulduğu kimi). Yuxarıda göstərilənlər qədim Tibetdə, "Mavi beril" adlı elmi əsərdə tam dəqiqliyi ilə təsvir edilmişdir. Bu qədim tibb dərsliyində müalicə üsulllarından savayı kişi və qadın cinslərinin necə əmələ gəlməsindən ətraflı danışılır. Bədənin formalaşdırılması cinsi əlaqə prosesində ata spermasının, ana yumurta hüceyrəsinin və şüurun - gələcək insanın qoloqramını verən informasion-energetik özülün eyni bir vaxtda uşaqlığın daxilində qovuşması nəticəsində embrionun əmələ gəlməsi ilə başlanır. "Fəzanın rezonans axınları" (yeri, karma ilə hərəkətə gətirilən şüur kişi orqazmı (nəfəsin artması) sayəsin­də onun bədəninə daxil olur və oradan qadın uşaqlığına dü­şür, yumurta hüceyrəsinin DNT spiralını öz informasiyası ilə şüalandırır. Beləliklə, orqanizmin fərdi cizgiləri: toxu­maların mövcud insana xas spesifikliyi, fizioloji proseslərin xüsusiyyətləri, fiziki cismin zahiri xüsusiyyətləri (boy, proporsiyalar) yaranmış olur.Şüuru hərəkətə gətirən "Fəzanın rezonans axınları" (yəni, karma) şüuru onun öz informasion-energetik göstəricilərinə görə öz valideynlərinin normasına uyğun gəldiyi nöqtəyə yönəldir, Embrionu canlandıran şüur (yeri, informasion-ener­getik mənbə) cinsi mənsubiyyətdən məhrumdur. O, embri­onun qadın uşaqlığmda inkişaf etməsi prosesində yaranır. Əgər "alın yazısı" səbəbindən (karmanın əvvəlcədən müəyyən etdiyi taleyə əsasən) oğlan doğulmalıdırsa, bu za­man şüur ataya ədavət və anaya məhəbbət duyaraq, özünü ata toxumu ilə eyniləşdirir və ata şüuruna çevrilir. Əks halda şüur anaya ədavət və ataya məhəbbət duyaraq, ananın yu­murta hüceyrəsi ilə özünü eyniləşdirir və ana şüuruna çevri­lir. Belə seçim nəticəsində şüur (informasion - energetik mənbə) özünü qadın, yaxud kişi tipi (cinsi) üzrə qurub ya­radır.

Əgər seçim dəqiq aparılırsa, o zaman yüz faizli (xalis) kişi və ya qadın yaranır. Əgər gələcək insanın şüuru karma səbəbindən özünü bu və ya digər cinslə qeyri - dəqiq, yay­ğın şəkildə eyniləşdirirsə, yaxud hər iki valideyinə eyni dərəcədə meyl göstərirsə, o zaman, cinsi fərqləri aydın seçil­məyən insanlar (interseklər), yaxud hər iki cinsi əlamətə malik adamlar (hermafroditlər) dünyaya gəlir.

Kişi və qadın cinslərinin yaranmasıKişi və qadın cinslərinin yaranması

Ailə və Uşaq     Baxılıb: 3300   Tarix: 03 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

turlar.az

toy makiyajlari geyim və ayaqqabılar hamilelikde qidalanma sağlamlığa aid atalar sözləri 2026 yaz yay kolleksiyasi sufle hazirlanmasi sekis kosmetika janrlar burclerin uygunlugu pomidor vətənə aid oxu az