Kişilər COVID-19-u daha ağır keçirirlər

Kişilər COVID-19-u daha ağır keçirirlərÜç milyondan çox insana dair məlumatı əhatə edən ən yeni metaanaliz yeni növ koronavirus (COVID-19) ağırlaşması və həmin infeksiyadan ölüm riskinin kişilərdə əhəmiyyətli dərəcədə yüksək olduğunu təsdiqləyib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlər pandemiyanın ilk aylarından COVID-19-un ağır formasına daha çox kişilərdə rast gəlindiyinə diqqət yetiriblər. Bununla belə yeni metaanalizin müəllifləri bildirirlər ki, əldə edilən məlumatlar koronavirus infeksiyasından kişilərin daha çox ölməsinə onların daha çox xəstələnməsinin, yoxsa həqiqətən xəstəliyi ağır keçirməsinin səbəb olduğunu anlamağa imkan vermir.
Əvvəllər aparılmış tədqiqatların daha bir yetərsizliyi budur ki, həmin tədqiqatlarda SARS-CoV-2 infeksiyalarının qlobal statistikası, adətən, təhlil olunmurdu. Alimlər hesab edirlər ki, COVID-19-un ağırlaşmış gedişinin kişilər və qadınlar arasındakı fərqliliyinin təsdiq olunması həmin problemə münasibəti dəyişə bilər. Metaanalizin müəlliflərin fikrincə, COVID-19-un ağırlaşmasında kişi cinsi amili lazımınca dəyərləndirilməyib.
Yeni metaanaliz üçün alimlər 46 ölkədən və ABŞ-ın 44 ştatından ümumilikdə 90 hesabatı təhlil ediblər. Hesabatlarda SARS-CoV-2-yə yoluxmuş üç milyondan çox xəstə barədə məlumatlar olub.
Aşkarlanıb ki, kişilər və qadınların SARS-CoV-2-yə yoluxma riski eynidir. Ancaq bu infeksiya ilə intensiv müalicə palatasına yerləşdirilən kişilərin sayı qadınlardan 2,84 dəfə çoxdur. Ölüm riski isə 1,39 dəfədən yüksəkdir.
Alimlər hesab edirlər ki, COVID-19-un ağırlaşmış gedişindəki fərq müxtəlif cinslərə mənsub adamların immunitet xüsusiyyətləri ilə əlaqədardır. Bundan başqa, qadınlara nisbətən kişilərdə yanaşı xəstəliklərin daha çox yayılmasının və digər bioloji amillərin də ciddi rolu var.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1465   Tarix: 01 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

hamilelikde qidalanma adlarin menasi kosmetik vasiteler tutun xeyri cinsi mövzular kicik biznes qurmagin yollari qadın müdafiəsi kosmetika ekizler hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz ariqlamaq novruza aid hakistalar tanisliq