Kişilər və qadınlar üçün ideal idman saatı

Kişilər və qadınlar üçün ideal idman saatıABŞ-ın Nyu-York şəhərindəki Skidmore Kollecində aparılan araşdırmanın nəticələrinə görə, arıqlamaq istəyən qadın və kişilər üçün idman saatları fərqlidir. Alimlərin idmanla bağlı araşdırması "Frontiers in Physiology" jurnalında dərc olunub. 
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər kişilərin və qadınların fərqli saat qurşaqlarına üstünlük verməli olduğunu irəli sürüb. 
Araşdırma müəyyən edib ki, qadınlar səhər idmanı zamanı daha çox bədən yağı, axşam isə kişilər daha çox kalori yandırır. Tədqiqatçılar həmçinin hormonların, fərqli biologiyanın və cinslər arasında yuxu-oyanma dövrlərindəki fərqlərin də bu məsələyə təsir etdiyini açıqlayıb. 
Araşdırmada 25-55 yaş arasında aktiv və sağlam 30 kişi və 26 qadın iştirak edib. Sınaq müddətində dartınma, qaçış, müqavimət və dözümlülük məşqlərini əhatə edən müxtəlif fitnes proqramının təsirləri izlənilib. Bir qrup saat 08:30-a qədər bir saat idman edib, digər qrup isə axşam saat 18:00-20:00 arasında eyni hərəkətləri təkrarlayıb. Bütün iştirakçılara xüsusi hazırlanmış yemək planı təqdim edilib. Tədqiqat boyu araşdırmaçılar bütün iştirakçıların qan təzyiqini və bədən yağını, həmçinin onların elastikliyini və gücünü yoxlayıblar. 
Tədqiqat müəllifi və Nyu-York Skidmore Kollecində sağlamlıq və insan fiziologiyası elmləri professoru Paul Arcerionun sözlərinə görə, məşq üçün ən uyğun vaxt bunu edə biləcəyiniz və cədvəlinizə uyğunlaşdıra biləcəyiniz zamandır. Bununla belə, o, idman etmək üçün günün ideal vaxtının kişilər və qadınlar üçün fərqli olduğunu da ortaya qoyduqlarını vurğulayıb. 
"Qarın yağını azaltmaq və qan təzyiqini aşağı salmaq istəyən qadınlar səhərlər idman etməlidirlər", - professor qeyd edib.
Bununla belə, o vurğulayıb ki, ümumi əhval-ruhiyyəni və qida qəbulunu, eləcə də bədənin əzələ gücünü yaxşılaşdırmağa çalışan qadınlar axşam idmanı etməlidirlər.
Qeyd olunub ki, axşam məşqləri kişilərdə emosional rifahı, həmçinin ürək və metabolik sağlamlığı yaxşılaşdırır. Mütəxəssislər izah ediblər ki, metabolik sağlamlığın yaxşılaşdırılması piylənmə, 2-ci tip diabet, ürək xəstəliyi və insult riskini azaltmaq deməkdir.
Kişilərin və qadınların məşq vaxtı ilə bağlı cavablarının niyə bu qədər fərqli olduğu tam aydın deyil. Ekspertlər bunun üçün daha çox araşdırmaya ehtiyac olduğunu söyləyirlər. Araşdırma boyu sağlam çəkisi olan insanlar izlənsə də, tədqiqatçılar proqramın artıq çəki və ya obez insanlara da təsir edə biləcəyini vurğulayıb. 

Sağlamlıq     Baxılıb: 1888   Tarix: 31 may 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

turlar.az

həkim məsləhəti reseptler yay kolleksiyasi qonaq otagi dizaynlari kesmikli koke sızanaqlara qarşı erroziya nədir kosmetika yutube tapmaca dolça veten haqqinda atalar sozleri saglam qidalanma