Kişilərdə sidiyə gedəndə ağrı, gücənmə hissi – Artıq problem yaranıb - UROLOQ

 Kişilərdə sidiyə gedəndə ağrı, gücənmə hissi – Artıq problem yaranıb - UROLOQ"Prostat vəzinin böyüməsi normaldır, amma nəzarət edilməlidir. 40-50 yaşından sonra kişilərin əksəriyyətində bu problem üzə çıxır".
Bunu Saglamolun.az-a uzman uroloq Elbəyi Daşdəmirli deyib.
Həkimin sözlərinə görə, prostat vəzi alt sidik yollarında sidik kanalının ətrafında yerləşmiş vəzdir:
"Sağlam prostat vəzi təqribən şabalıd ölçüsündə, yəni 15-25 qram həcmində olur. İnsan yaşlandıqca prostat vəzi də böyüyür, ölçüsü dəyişilir. Əsasən, 40-50 yaşlarında bunu müşahidə etmək mümkündür. Böyüdükdə isə sidiklə bağlı problemlərin meydana gəlməsi mümkündür. Prostat vəzinin böyüməsinə səbəb yalnız yaşlanma deyil, eyni zamanda kişilərdə baş verən hormonal dəyişkliklər də ola bilər. Böyüyən prostat vəzi sidik kanalını sıxmağa başlayır və problem yaradır".
Uroloq qeyd edib ki, yaranmış problemlərin simptomları müxtəlif ola bilər:
"Ən çox müşahidə edilən şikayətlər tez-tez sidiyə getmə, gecələr bir neçə dəfə sidik ifrazı, ani sidikgəlmə hissiyatı, sidiyi saxlaya bilməməkdir. Bundan başqa, prostat vəzinin böyüməsi səbəbindən sidik ifrazı dağınıq və zəif ola bilər. Yaranan problemlərdən biri də sidik ifrazı zamanı ağrı və gücənmə hissinin olmasıdır".
Uzman uroloq Elbəyi Daşdəmirli xəstəliyin diaqnostika və müalicəsinə də toxunub.
"Xəstəyə diaqnoz qoyulması üçün əsasən, barmaq və ultrasəs müayinəsi, sidik analizi, PSA (prostat spesifik antigen) analizi ilə həyata keçirilir. Bu xəstəliyin geniş yayılması, insanlara adi təsir göstərir. Amma prostat vəzinin böyüməsi ciddi problemdir. Problemin vaxtında aşkarlanması üçün 50 yaşdan yuxarı bütün kişilər ildə azı bir dəfə mütləq uroloji müayinədən keçməlidirlər", - deyə həkim bildirib.
Uzman uroloq Elbəyi Daşdəmirli ilə əlaqə: (+994) 50 404 94 48
Həkimin iş yeri: Liv Bona Dea Hospital
 
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2389   Tarix: 30 mart 2023
f Paylaş

Oxşar xəbərlər

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

turlar.az

qis geyimləri 2026 maskalar toy makiyaji sekilleri qidalanma qaydaları xercengden qoruyan qidalar dermanlar boyurtken kompotu kosmetika novruz bayramına aid bakışta narin faydasi yumurta novruz hakıştası seksi