Kişilərin koronavirusa yoluxma səbəbi BİLİNDİ
Dünyanın demək olar ki, bütün ölkələrində kişilər qadınlara nisbətən COVID-19 səbəbilə daha tez ölür və bunda siqaretin böyük rolunun olması mümkündür.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ispaniyalı neyroloq Dieqo Redolar məlumat verib. O qeyd edib ki, hər iki cinsin nümayəndələri virusa İspaniyada və digər ölkələrdə təxminən eyni dərəcədə yoluxur:
"Lakin ağırlaşmalar və ölümcül nəticələr kişilərdə daha çox müşahidə olunur - dünyada son həftənin nəticələrinə əsasən, bu göstərici orta hesabla 2,5 dəfə çoxdur və yaşla əlaqəsi yoxdur. Bu rəqəmlər bəzi kişilərin daha çox siqaret çəkməsi ilə əlaqəli olduğunu düşünməyə əsas yaradır. İspaniyada kişilərin təqribən 25% -i, qadınların isə 18% -i siqaret çəkir".
O da məlum olub ki, koronavirusdan ölən xəstələrin 30% -i siqaret çəkib.
Xatırladaq ki, elm adamları kişilərin koronavirus qurbanı olma ehtimalının yüksək olması sualları ətrafında araşdırmalar aparır. Tədqiqatçılar kişilərin daha çox COVID-19-un qurbanı olma səbəblərini anlamadıqlarını, ancaq qadınların daha güclü immun sisteminə sahib olduqlarını və xəstələri daha həssas edən xroniki xəstəliklərə tutulma ehtimalının az olduğunu söyləyib.
Buna baxmayaraq, siqaret çəkənlərin koronavirus infeksiyasını daha ağır keçirmələri barədə məlumatlar olduqca mübahisəlidir. Fransanın Pasteur İnstitutu tərəfindən yayımlanan statistikaya görə, ağır vəziyyətdə olan 350 xəstədən ibarət qrupda yalnız 4.4 faizi siqaret çəkib.
Redolar fransız tədqiqatçıların nəticələrinin onun gəldiyi fikirlərlə zidd olmadığını düşünür. İspan mütəxəssis nikotinin virusla mübarizədə müəyyən dərəcədə təsirli ola biləcəyini qəbul edib, lakin qeyd edib ki, siqaretin heç bir şəkildə faydası ola bilməz:
"İnsanlar başa düşməlidir siqaret COVID-19-dan qoruya bilməz, əksinə bu bir riskdir".
Aytən Məftun









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
Pis yuxu insan beynini qocaldır?
İkinci dəfə ata oldu
Dünyanın ən gözəl qızının indiki halı — FOTOLAR
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama