Kişilərin qadınlarda sevmədiyi on cəhət - SİYAHI

Kişilərin qadınlarda sevmədiyi on cəhət - SİYAHIQadınlar... Yenə qadınlar... Şairin dediyi kimi, yeməyi süfrəmizdə öküzlərdən sonra gələn və uğrunda həbsə düşdüyümüz qadınlar. Hər bir cəmiyyətin səviyyəsi onun qadına münasibəti ilə ölçülür. Amma bununla belə hər zaman qadınlar və kişilər arasında narazılıqlar var. Bu narazılıqlar ölkədən-ölkəyə, əsrdən-əsrə belə dəyişmir.

Qadınsaytı.az lent.az-a istinadən kişilərin qadınlarda sevmədiyi on əlaməti təqdim edir.

Deyinmək
Başqa sözə hacət varmı? Kişilər daim deyinməkdən şikayətçidir. Qadının məmnuniyyətsizliyindən şikayətçidir. Sadəcə olaraq bunu adi qəbul etmək gərək. Yoxsa problem olur. Amma burda yaxşı bir şey də var. Bəli, deyinməkdə yaxşı bir şey. Şair deyir ki, qadın susubsa hər şey bitib, o münasibətə nöqtə qoyulub. Dünyanın bütün qadınları, deyinin! Biz sizi dinləyirik.
Çox gözlətmələri
Zaman nisbidir. Bunu Eynşteyn kəşf edib. Buna görə Nobel də alıb. Amma Eynşteyn belə zamanın kişi və qadınlarda başqa cür qavranıldığını sübut edə bilmədi. Di gəl ki, faktdır, beş dəqiqə qadın və kişi üçün çox fərqli şeyləri ifadə edir. Bunu da bəri başdan bu cür bilmək lazımdır. Nə olsun ki, Eynşteyn zamanın nisbiliyi deyəndə başqa qalaktikalardakı zamanı nəzərdə tuturdu. Dahilər səhv edə bilməzmi?
Dostlarla görüşünə qarışmaq
Hə, burda artıq məsələ başqa cürdür. Qadınlar adətən kişilərini dostlarına qısqanırlar. Dostların arasında qadın varsa onu daha çox qısqanırlar. Söhbət qadın dostla aranızdakı səmimi dostluq hisslərindən gedir, ha. Qısqanırlar sadəcə. Elm bu problem qarşısında acizdir. Bəlkə qadın həm də kişinin dostlarının da funksiyalarını özəlləşdirmək istəyir. Mən varkən dosta nə hacət deyir? Ola bilər.
Anası və bacısı haqda neqativ şeylər
Kişiləri ən çox qıcıqlandıran şeylərin əvvəlində gəlir. İzahata ehtiyaca yoxdur məncə.
Öz qohumları ilə ünsiyyət
"Xalam qızının uşağı olub, ora gedək" cümləsinin bir kişi üçün nə ifadə etdiyini izah etmək mümkünsüzdür, əziz qadınlar. Kişilər belə şeylərə qarşı həddən artıq həvəssizdirlər. Həvəsli olanları nadir istisnadır və kişilər öz aralarında belələrini daim lağa qoyarlar.
Maşın sürməyi
Qadından sürücü olmaz. Kişilərin ümumi fikri belədir. Desən ki, Valentina Tereşkova kosmosa çıxıb, dünyada iki dəfə Nobel alan yeganə alim Mariya Küridir, fərq etmir. Kişilər maşın sürmək imtiyazının qadınlara keçməsi ilə barışa bilmirlər.
Alış-veriş marağı
Bu zülm sənin sayəndədir, qadın. Sən açdın başımıza kapitalizmi, sənə görə İraqı bombaladı Buş, sənə görə Qəddafini devirdi Amerika. Çünki sənaye daha çox yanacaq tələb edir. Ona görə ki, sən hər şeyi alırsan, kamil bir istehlakçısan, sənin istəklərinə görə dünyada bu qədər adam qırılır, Ərəb baharının da səbəbi sənsən, qadın.
Çox sərt olmadı ki? Kişilərin çoxu bu qədər nəzəri düşünə bilməsə də onların qadınların şoppinq həvəsi haqqında fikirləri üç aşağı, beş yuxarı budur.
Başqalarını nümunə gətirməyi
"Başqasının kişisi" cümləsinin ardını gətirə bilmir qadınlar. Qadına zorakılıq halları da adətən bu sehrli cümlədən sonra baş verir. Bu zarafatdır, əlbəttə. Sözün doğrusu deyilən bir zarafat.
Diqqətsizlikdən şikayət
Dedik, axı qadınları məmnun etmək çətindir. Amma guya kişilər çoxmu yaxşıdır. Amma istənilən halda qadına diqqət göstərmək vacibdir. Xətti çox keçmək də olmaz. Ancaq bir tərəf müntəzəm şəkildə digər tərəfi məmnun etməklə məşğul olursa bir tərəf digərinin köləsinə çevrilir. Orta yol həmişəki kimi ən yaxşı yoldur. Diqqət göstər amma əvəzində də gözlə. Belə...

Seçə bilməmək
Qadınların hər hansı bir məsələdə, tutaq ki, restoranda yemək seçəndə, geyim seçəndə göstərdiyi tərəddüdlər kişiləri sadəcə əsəbiləşdirir. Həm də çox əsəbiləşdirir. Etməyin, eləməyin..

Xəbərlər     Baxılıb: 2190   Tarix: 18 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

yaz geyimleri 2026 qis geyimləri 2026 adlarin menasi qısa saç düzümləri tanınmış qadın simalar ayaqqabi ve cantalar üz maskaları kosmetika şirin qoğal nizami gəncəvi toy gecesi sağlamlığa aid atalar sözləri xanim az