Kişilərin yalanları

Kişilərin yalanlarıHəyatda hər birimiz bir dəfə də olsa, yalan danışmışıq. Bəziləri kimsəyə ziyanı olmayan yalanlar olsa da, bəziləri həqiqi yalanlar olub. Xüsusilə qarşı cinslə olan münasibətlərimizdə bu münasibəti qorumaq və davam etdirmək üçün kiçik yalanlar söyləyə bilirik.
Görəsən, qadınlar daha çox yalan deyir ya kişilər? Bu sualın cavabı mübahisəlidir. Ya da kişilər hansı yalanları deyir deyə bir sual verək. Bəlkə bu yalanları bilmək münasibətlərinizdə köməkçi olar. Bu da kişilərin daha çox dedikləri yalanlar.

Üç dəqiqə qaldı
Kişilər üçün zaman anlayışı sadəcə sizi gözləyəndə yavaş olar. Əks təqdirdə onlar üçün saat problemi yoxdur. Siz onu hər hansı bir yerdə gözləyin, o harada olursa olsun, əmin olun ki, zəng etdiyinizdə 3 dəqiqə qaldığını deyəcəkdir. Özləri isə gözləməkdən xoşları gəlməz. Buna görə də danışarlar. Ancaq özü gözlətdirərsə "Nə olub ki, tıxacda qalmışdım" deyər.

Dəyişəcəyəm
Münasibətinizdə problemlər yaşaya bilər, hətta ayrıla bilərsiniz. Kişilər barışmaq istədikləri qadınlara bir çox vədlər verərlər. Dəyişəcəklərini, bir daha etməyəcəklərini söz verərlər. Ancaq söz verdikləri o dəyişmə heç vaxt gerçəkləşməz. Necə olsa, elə davam edəcəkdir və durumu qəbul etməsi lazım olan adam siz olacaqsınız.

Bilirəm təbii ki
Kişilər "bilirəm təbii ki" deyərək cavabladığı sualların yarısını bilirlər. Məsələn " X-yerə getməyi bilirsən?" deyə soruşduğunuzda "bilmirəm" cavabını almağınız mümkün deyildir. Amma getdiyiniz zaman necə gedilməsini düşünəcək və birindən soruşmamaqda inad edəcəkdir.

Oxumuşdum, amma xatırlamıram

Kişilər qarşılarındakı xanımla özünü bərabər və ya üstün görmək istəyər. Bu səbəbdən çox vaxt sizinlə yarışarlar. Elmi, mədəni, intellektual baxımdan sizdən üstün olmağa çalışarlar. "X-kitabı oxudunmu?" deyərək soruşduğun hər suala "Oxumuşdum, amma xatırlamıram." cavabını verəcəklər. Oxumuşdum deyərək mədəni zənginliyini göstərərkən "amma xatırlamıram" deyərkən kitab haqqında verdiyiniz suallara cavab verməmək şansı əldə edərlər. Eyni şey filmlər üçündə keçərlidir.
Ən çox səni sevdim
Qadınlar da kişilər kimi sevgililərinin, həyat yoldaşlarının ilk məhəbbəti olmaq istəyərlər. Buna görə tez-tez "Kimi çox sevdin, mənimi?" kimi suallar yönəldərlər kişilərə. "Xeyr, sevgilim, bir Şəhla var idi, onu dəlicəsinə sevirdim." deyən bir kişi ilə qarşılaşmaq qeyri-mümkündür. Sizdən əvvəl başqasını çox sevmiş olsalar da, "Təbii ki, ən çox səni sevdim, sevgilim." deyəcəklər.

Beş il sonra mən
Kişilər hər zaman gələcəklərinin çox parlaq olacağına inanarlar. Zəkalarına və qabiliyyətlərinə güvənən kişilərə görə həyat o qədər də çətin deyildir. Evlilikdən, işdən, puldan bəhs etdiyiniz zaman verəcəyi cavab mütləq "Beş il sonra ehh mən haralarda olacam." tərzdə olacaqdır. İş burasındadır ki, beş il sonra da dəyişən bir şey olmur.

Maraqlı     Baxılıb: 4233   Tarix: 22 oktyabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

turlar.az

qadin sayti kosmetika mehsullari yay geyimləri 2026 mimoza salatinin hazirlanma qaydasi şəkillər xorionik qonadotropin payiz haqqinda insa kosmetika sirniyatlar vusale elizade nizami gencevi qadin saglamlig buga burcu