Kolbasa siqaret və içkidən də zərərlidir - HƏKİM

Kolbasa siqaret və içkidən də zərərlidir - HƏKİMÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, kolbasa sağlamlığa spirt və siqaretdən az təsir etmir. Səhiyyə təşkilatı artıq kolbasa, spirt və tütünün sağlamlıq üçün demək olar ki, eyni dərəcədə zərərli olduğu qənaətinə gəlib.
Milli.Az xəbər verir ki, yoluxucu xəstəliklər üzrə mütəxəssis, pediatr Həmid Hacıağayev bu barədə məlumat verib.
Həkimin sözlərinə görə, ilk növbədə, yüksək miqdarda duz, yağ, istiot və digər ədviyyatlar uşaqların bədəninə əlavə yük verir. Hazırda ət sənayesində bir çox əlavələrdən istifadə olunur ki, bu da hazır məhsulun orqanoleptik xüsusiyyətlərini (görünüşünü, dadını, ətrini, teksturasını) yaxşılaşdırmaqla yanaşı, həm də hazır məhsulun məhsuldarlığını artırır.
Bu problem sənayenin işləməyə məcbur olduğu dondurulmuş ət xammalından istifadə edərkən xüsusilə aktualdır, bu da uşağın bədəninə mənfi təsir göstərə bilər. Uşaqların qida rasionunda bu məhsulların mövcud olması bir sıra metabolik dəyişikliklərə və nəticədə ciddi xəstəliklərin inkişafına səbəb olur.
Qeyd etmək lazımdır ki, lazımsız inqridiyentlər piylənməyə səbəb ola bilər. Bu məhsulların istifadəsi həm mədə-bağırsaq traktında, dayaq-hərəkət aparatında patologiyaların artmasına birbaşa səbəb olur. Erkən yaşdan uşaqda duzlu və ədviyyatlı yeməklərə vərdiş yaranır. Bu da normal qidalanma və inkişaf üçün böyük əngəllər yaradır.
Uşaqlar üçün nəzərdə tutulan ət məhsullarında hansı inqridiyentlər olmamalıdır?
İlk növbədə buraya fosfatlar, dadlandırıcılar - qlutamatlar, süni rənglər, konservantlar (benzoik və sorbin turşuları və onların duzları) və digər kimyəvi maddələr aiddir. Qeyd olunan bu zərərli maddələr olmadan kolbasa (sosis, sardel və s.) istehsalı mümkün deyil.
"Əziz valideynlər, ehtiyatlı olun, sağlam kolbasa və ya uşaqlar üçün xüsusi hazırlanmış, zərərsiz kolbasa anlayışı yoxdur. Ümumiyyətlə, kolbasa və bu kimi məhsullardan böyüklərin də istifadəsi məsləhət görülmür", - deyə, həkim hər kəsi bu mövzuya həssas yanaşmağa dəvət çağırıb. /aztibb.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 966   Tarix: 19 fevral 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

toy gecesi toy makiyajlari aksessuarlar xina ucun hakistalar hamileliyin elametleri sevinc tofiqqızı dondurmalar kosmetika kondom webnem tovuzlu novruza aid hakistalar eqreb sanama