Kolbasada ət əvəzinə toyuq başı istifadə ediblər - Nazirlik yeni siyahı yaydı

Kolbasada ət əvəzinə toyuq başı istifadə ediblər - Nazirlik yeni siyahı yaydıBəzi kolbasalarda ət əvəzinə toyuq başına rast gəlinib.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı nazirliyinin qida saxtakarlığı ilə bağlı yeni məlumatında qeyd olunub.
Türkiyənin kənd təsərrüfatı nazirliyi apardığı yoxlamalar nəticəsində müəyyən etdiyi saxtalaşdırılmış və standartlara uyğun olmayan məhsulların siyahısını yeniləyib. Yoxlamalarda kolbasada toyuq başı, köftədə toyuq ürəyi və qıymalı pide içliyində quş əti aşkarlanıb.
Nazirliyin açıqladığı 04.02.2025 tarixli siyahıya əsasən bəzi sucuq nümunələrində toyuq başı tapılıb, köftələrdə isə ürəkdən istifadə edildiyi müəyyən edilib. Bundan əlavə, qıymalı pide içliklərində quş əti olduğu üzə çıxıb. Ən çox saxtakarlıq edilən məhsullardan biri olan zeytun yağında da əlavə qatqılar aşkarlanıb. Bundan başqa paxlavada da fıstıq əvəzinə günəbaxan tumundan da istifadə edildiyi üzə çıxıb.
Kərə yağı və qatıq məhsullarında da ciddi pozuntular qeydə alınıb. Bu məhsullarda yağ nisbətinin aşağı olduğu və bitki yağları ilə qarışdırıldığı bildirilib. Eyni zamanda qatığın tərkibinə nişasta qatıldığı aşkar edilib. Nazirlik istehlakçıları diqqətli olmağa və qida məhsullarını etibarlı mənbələrdən almağa çağırıb.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1838   Tarix: 05 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

hamilelikde qidalanma qadin dunyasi gelinlikler məlhəmlər korpelere qulluq xinayaxdi haxista qizliq perdesinin berpasi kosmetika lakonizm qiz evi baliq xeyanet sağlamlıq