Kolit - yoğun bağırsağın iltihabı

Kolit - yoğun bağırsağın iltihabıKolit çox yayılmış xəstəlikdir. Bu xəstəlik zamanı yoğun bağırsağın divarları iltihablaşır.
Kolit kəskin və xroniki formalarda keçə bilər. Kəskin kolitin inkişafına salmonella, streptokokklar, stafilokokklar, dizenteriya  və s. mikroorqanizmlər səbəb ola bilər.
Kəskin kolit zamanı insanı qarında kəskin spazmlar və ya dartıcı ağrılar, meteorizm, qarında qurultu kimi simptomlar narahat edir, hərarət 38 C kimi qalxa bilər, xəstə ümumi zəiflik hiss edir, iştaha ya heç olmur ya da kəskin azalır. Xəstədə ishal ola bilər, ishal zamanı selik və qan ifraz olunur. Kəskin kolit vaxtında müalicə olunmadıqda xroniki formaya keçir. Xroniki kolit müalicəyə çox çətin tabe olur.
Xroniki kolit zamanı simptomlar az ifadə olunmuş olur, kəskinləşmə zamanı meydana çıxır. Xroniki kolitin əsas simptomu qəbizliklə ishalın kəskin növbələşməsidir. Bundan əlavə xəstəni meteorizm (köp), qarının aşağı hissəsində küt ağrılar, ürəkbulanması, ağızda acı dad narahat edir. Xəstədə tez-tez baş ağrıları olur, işləmək qabiliyyəti azalır, insan daha tez yorulur. Nəzərinizə çatdıraq ki, kolitin bir çox simptomları həmçinin duz bağırsağın şişlərinə də xasdır. Bu səbəbdən belə simptomlar meydana çıxdıqdan dərhal sonra vaxt itirmədən həkimə müraciət edin.
Kolitin ikişaf etmə səbəbləri müxtəlif ola bilər:
- bağırsaq infeksiyaları, qurdlar,
- uzun müddət ərzində və xüsusilə nəzarətsiz olaraq dərmanların qəbulu (ilk növbədə antibakterial preparatların),
- disbakterioz (bağırsaqların mikroflorasının pozulması),
- allergiyalar,
- xroniki streslər,
- zəhərləmələr,
- yoğun bağırsaqda qan dövranın pozulması (adətən yaşlı insanlarda inkişaf edir) və s.
Vaxtında və düzgün şəkildə müalicə olunmayan kolit müxtəlif ağırlaşmalara səbəb ola bilər: susuzlaşma və intoksikasiya, avitaminoz, qanazlığı (daxili qanaxmalara görə - xorali kolit zamanı) və s. Xroniki kolit şiş xəstəliklərinin (o cümlədən, xərçəngin) riskini artırır.
Bu səbəbdən kolitin ilk simptomlarında dərhal həkimə müraciət edin, lazım olan müayinələrdən keçin və müalicə alın. Kolitin müalicəsi ilə proktoloq məşğul olur.
Müayinə zamanı həkim xəstənin qarnını əl ilə yoxlayır və orada ağrılı, zədələnmiş  sahələri müəyyən edir.
Bundan əlavə xəstəyə koproqramma (nəcisin analizi) təyin olunur. Kolit zamanı nəcisdə çoxlu miqdarda selik, leykositlər, qan (xoralı kolit zamanı) aşkar olunur.
Lazım olduqda həkim rektoromanoskopiya (düz bağırsağın xüsusi optik cihazla müayinəsi), irriqoskopiya (rentgen müayinəsi), kolonoskopiya (bütün yoğun bağırsağı  müayinə edir) kimi əlavə müayinələr təyin edir. Daha sonra həkim xəstəyə müalicə təyin edir.
Kolit zamanı qidalanma müalicəvi rol oynayır. Kolitdən əziyyət çəkən insanlar üçün yağlı, qızardılmış, duzlu, istiotlu qidalar, ədviyyatlar, süd, spirtli içkilər, qazlı sular, çiy meyvə və tərəvəzlər, göbələk, paxlalılar (noxud, lobya və s.), bulka, piroq, tort, dondurma əks-göstərişdir. Qida gün ərzində 5 dəfə kiçik porsiyalarla qəbul olunmalıdır. Qida isti və ya soyuq olmamalıdır, yumşaq olmalıdır, rasionda yağları miqdarını azaltmaq, zülalların isə artırmaq lazımdır.
Təbii vasitələr arasında kolitin müalicəsində çobanyastığı, adaçayı kimi otların dəmləmələri istifadə olunur.
Saglamolun.Az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1065   Tarix: 30 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

geyim seçimi geyim dəbləri adlarin menasi cennet almasi murebbesi paltarlar 2026 salatlarin hazirlanmasi bezedilmesi dostluq haqqında atalar sözləri kosmetika həmidə cinsi elaqe yemek reseptleri maskalar xanim.az