Köpü aradan qaldıran XÜSUSİ RESEPTLƏR

Köpü aradan qaldıran XÜSUSİ RESEPTLƏRBağırsaqlarda qazların əmələ gəlməsi normal fizioloji prosesdir və normada bu insana heç bir narahatçılıq vermir.
Saglamolun.az sherg.az-a istinadla xəbər verir ki, köpün yaranma səbəbi qida və ya maye qəbulu zamanı udduğumuz hava və bağırsaqlarda yaşayan mikroorqanizmlərin fəaliyyəti nəticəsində əmələ gələn qazlardır.
Adətən bu halda qazlar çox olmur, insana heç bir narahatçılıq vermir, ağızdan (gəyirmə zamanı) və düz bağırsaqdan xaric olunur və ya qana sovrulur.
Lakin qazların həddən artıq əmələ gəlməsi patoloji prosesdir. Bu zaman insanda müxtəlif pozulmalar inkişaf edir: qarın nahiyyəsində ağrılar və ağırlıq, qarında qurultu, tez-tez baş verən gəyirmə, süstlük, hal-əhvalın pozulması və s.
Qida və ya mayenin tez-tez qəbul olunması nəticəsində havanın həddən artıq miqdarlarda mədə-bağırsaqlara dolması da köp yaradır. Bu səbəbdən köpün əmələ gəlməməsi üçün qidanı asta-asta çeynəmək lazımdır.
İnsan qida qəbulu zamanı danışdıqda, saqqız çeynədikdə, çubuq vasitəsilə maye içdikdə artıq miqdarlarda havanın udmasına səbəb olur ki, nəticədə  bağırsaqlarda köp əmələ gəlir.
Kələm, noxud, lobya, alma, balqabaq, qarğıdalı, kartof, qoyun əti, qara çörək, süd, mayonez, qazlı içkilər, pivə, kvas kimi qida və mayelər də qazın yaranmasına səbəb olur. Lakin bunu da nəzərə almaq lazımdır ki, bu məhsullar bütün insanlarda köpməyə səbəb olmur, bu çox fərdi prosesdir.
Bağırsaqlarda olan mexaniki maneələr - şişlər, poliplər, bitişmələr köpün əmələ gəlməsinə səbəb olur.
Köpü aradan qaldıran xüsusi reseptlər:
1. Şüyüd toxumu dəmləməsi - 1 xörək qaşığı şüyüd toxumunu yarım litr qaynar suda dəmləyin. 3 saat saxlayın, sonra süzün. Gündə 3 dəfə yeməkdən öncə 100 ml qəbul edin.
2. Cəfəri kökü - Narın edilmiş 1 çay qaşığı cəfəri kökünü 1 stəkan ilıq suda 20 dəqiqə saxlayın. Sonra odun üzərində qızdırın. Qaynatmayın. Süzüb, hər 2 saatdan bir bir iki qurtum için. Gün ərzində bunu bitirin.
4. Zəncəfil - Hər yeməkdən sonra təzə zəncəfildən bir az kəsib, saqqız kimi çeynəyin və ya çayını için.
5. Çobanyastığı dəmləməsi - 1 stəkan isti suda 1 xörək qaşığı aptek çobanyastığı dəmləyib için.
6. Təzə kartof şirəsi - Səhər və axşam yarım stəkan təzə çəkilmiş çiy kartof şirəsi için. Kurs 1 həftədir. Sonra 1 ay fasilə.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1436   Tarix: 19 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

toy gecesi toy makiyajlari aksessuarlar xina ucun hakistalar hamileliyin elametleri sevinc tofiqqızı dondurmalar kosmetika kondom webnem tovuzlu novruza aid hakistalar eqreb sanama