"Kor edir, parkinson, alzheimer yaradır..." - Fastfudlara qatılan sintetik maddənin ZƏRƏRLƏRİ

Dünyada və təəssüf ki, Azərbaycanda da fastfudlara maraq gündən-günə daha da artır. Axına qoşulanlar isə əsasən, uşaqlar və gənclərdir. Bu statistika getdikcə ciddi problemə çevrilir. Çünki davamlı fastfud yeyən uşaqlar və gənclər başqa yemək yeyə bilmir, məcburi yesələr belə, dad ala bilmirlər. Artıq Azərbaycan ailələrində də fastfudlarla bağlı valideyn uşaq "müharibə"si başlayıb. Hətta bununla bağlı sosial şəbəkələrdə gənclərin özləri, azyaşlıların isə valideynləri şikayət xarakterli postlar paylaşırlar. Gənclər çox çalışdıqları halda başqa yeməklərdə dad görməyib ancaq fastfud yemək istədiklərini, valideynlər isə uşaqlarının başqa yeməklərin, hətta meyvələrin də dadsız olduğunu bildirib fastfud tələb etdiklərini yazıb çarələr axtarırlar.
Bunun əsas səbəblərindən biri tənbəl insanların bu yemək çeşidlərini bir zəng və ya bir sifarişlə asan əldə etməsidirsə, digər səbəbi ona qatılan dadlandırıcılardır. Araşdırmalara görə, Çin duzu dünyada ən çox istifadə edilən dadlandırıcılardan biridir. "KFC", "Burger King" və digər nəhəng fastfud brendlərinin insanlarda bağlılıq yaratmasının əsas səbəbi məhz Çin duzudur.  
Bəs Çin duzunun zərərləri nədir və bu dadlandırıcını fastfudların tərkibindən çıxarmaq olarmı?
Milli.Az bildirir ki, mövzu ilə bağlı sfera.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının (QTH) rəhbəri Məhsəti Hüseynova bildirib ki,istər paketlənmiş, istərsə də ictimai-iaşə obyektlərində təqdim edilən fastfudların tərkibində çin duzu adı ilə tanınan sintetik mənşəli monosodium qlutamatdan istifadə olunur:
"Çin duzuna Y621 adı da verilib. Bu maddə sintetik mənşəli olduğuna görə, insan orqanizmi üçün çox zərərlidir. Bu qida uşaqlar, yeniyetmələr və 20-25 yaşına qədər olan insanlar üçün daha çox zərərlidir. Çin duzu vaxt keçdikcə ağızda dad reseptorlarını məhv edərək "umamı" adı verilən yeni dad reseptorunu yaradır. Həmin dad reseptoru da təbii, ənənəvi qidalardan zövq almağa mane olur. Çin duzu insan orqanizmində doyma hissini də məhv edir. Doyumluluq olmadığına görə, davamlı aclıq hissi olur". 
Məhsəti Hüseynova diqqətə çatdırıb ki, bu maddə daxili orqanların funksiyasını pozur:
"Gənclərdə xromosom balansını pozduğuna görə, gələcəkdə təhlükəli xəstəliklərin yaranmasına səbəb olur. Eyni zamanda xəstəliyi olan insanların vəziyyəti sürətlə ağırlaşır. Çin duzuna əsasən fastfudların, çipsilərin, suxariklərin, hazır kotletlərin, ət suyu tabletlərinin, hazır şorbaların, rəngli yoqurtların tərkibində rast gəlinir.
Mütəmadi olaraq bu qidalardan istifadə edən insanların gözlərinin ağ təbəqəsi zədələnir. Bu da zamanla görmə qabiliyyətinin itməsinə səbəb olur. Bu maddə insanlarda sinir sisteminin funksiyasını pozduğuna görə yorğunluq, diqqətsizlik, qavrama qabiliyətinin aşağı düşməsi və gələcəkdə parkinson, alzheimer kimi xəstəliklərin yaranmasına gətirib çıxarır. Doyumzusluq hissi də özlüyündə piylənmə və şəkərli diabet yaradır.
Buna görə Çin duzu bir çox ölkələrdə qadağan edilib. Qadağan olunsa belə, bu maddə paketlənmiş qidaların tərkibində qarşımıza çıxır.
Mütəxəssis son olaraq əlavə edib ki, insanlar mənşəyi bəlli olmayan qidalardan uzaq durmalı və umami dad reseptorunu aradan qaldırmaq üçün Himalay duzlarından istifadə etməlidirlər.
Milli.Az

Xəbərlər     Baxılıb: 972   Tarix: 23 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

adlarin menasi sac duzumleri toy makiyaji sekilleri zaur gunay gozlerin bezedilmesi 2026 payiz geyimleri hicab ortukleri kosmetika rus dili haqisda haxisda intim munasibetler novruza aid hakistalar