Koronadan sonrakı yorğunluq və halsızlığın səbəbi tapıldı
Alimlər çox xəstələrdə koviddən sonrakı yorğunluğun səbəbini sinir və vegetativ sinir sisteminin işində pozulmaların baş verməsi ilə izah edib.
Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, postkovid dövrdə xroniki yorğunluğun səbəbi periferik sinir sisteminin işində baş verən bu və ya digər dəyişikliklərdir.
Anna Beykerin rəhbərliyi ilə Nyukaslsk universitetinin alimləri 37 britaniyalı üzərində müşahidələrin nəticəsində belə qərara gəliblər ki, kovidə yoluxub sağalan, lakin uzun müddət tam sağlam olmayan insanların beyninin bəzi hissələrində aktivlik azalıb.
Müşahidələr göstərib ki, xəstələrdə müşahidə olunan yorğunluq, gücsüzlük əzələ, ürək və ağciyərlərlə bağlı deyil. Xəstələr tam sağalmaq üçün bu orqanların müayinələrini aparır, həkimlərə gedir.
Əslində isə beyin kökünün bəzi sahələrində aktivlik azalması və periferik sinir sistemində ötürücülüyün həddən artıq artması baş verib.
Qanda oksigenin kəskin düşməsi nəticəsində ən böyük sinir yolu Azan sinir zədələnir, tonusu pozulur.
Ona görə də bu xəstələri nevroloji olaraq müalicə etmək, beyində gedən prosesləri qaydaya salmaq lazımdır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi