Koronafobiya psixoloji metodlarla və müəyyən dərman preparatları ilə müalicə oluna bilir

Koronafobiya psixoloji metodlarla və müəyyən dərman preparatları ilə müalicə oluna bilirDünyada koronavirusa yoluxma statistikası durmadan yenilənir. Deyə bilərik ki, yoluxma sürəti artan templə irəliləyir. Bəşəriyyəti cənginə alan COVID-19-la bağlı Ümumdünya Səhiyyə Təşkilatının verdiyi bəyanat birmənalı qarşılanmayıb. Təşkilatın rəhbərinin "heç vaxt normal həyatımıza qayıda bilməyəcəyik" fikri insanlar arasında böyük təşviş yaradıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının assistenti, psixiatr İkram Rüstəmovun sözlərinə görə, koronavirus pandemiyası həm də psixi pandemiyadır: "Onun orqanik üzvi təsirdən çox psixoloji təsiri daha geniş vüsət aldı. Hətta normalda təşviş problemi olmayan insanlar belə bu hissi yaşadılar. Belə ki, aktiv media istifadəçisi olmayan insanlar pandemiya xəbərlərinə görə mətbuatı ardıcıl izləməyə başladılar. Bu açıqlama insanların həyəcanını daha çox təsirə məruz qoydu. Hər kəs karantin müddətinin bitməsini ümidlə gözləyirdi, çünki onlar sosiallaşmağa can atırdılar. Birdən-birə belə bir açıqlamanın verilməsi insanlarda təşvişi qat-qat artıraraq daha çox problemlər yaradır. Eyni zamanda, qeyri-müəyyənlik təşviş hissini daha pis hala gətirir".
Psixiatr açıqlamasında koronafobiya məsələsinə də toxunub: "Fobiya geniş anlayışdır. Yəni, hər şeyə qarşı fobiya ola bilər. Məsələn, qapalı sahə qorxusu, hörümçək qorxusu və s. Bütün bunlar fobiyanın, təşviş hissinin simptomlarıdır. Koronavirus fobiyasını da təşviş pozuntusu adlandıra bilərik. Bütün fobiyalar kimi koronafobiya da psixoloji metodlarla, bəzən müəyyən dərmanlarla müalicə oluna bilir. Düzgün maarifləndirmə bu təşvişin qarşısını almağa kömək edə bilər.
Şüuraltı faktor ölüm qorxusudur. Təbii ki, bütün psixopatologiyalarda, depressiyalarda əgər yanaşı bir üzvi pozuntu varsa, bu xəstəliyin öldürücülüyü 30-40 faiz artır".
Mütəxəssis reanimasiyada yatan xəstələrin 30 faizdən çoxunda stress pozuntusunun aşkarlanması fonunda postpandemiya dövründə psixi problemlərin artacağı ehtimalına da aydınlıq gətirib. O qeyd edib ki, kəskin stress pozuntusu və posttravmatik stress pozuntusu mövcuddur: "Bu, həyatımızda ciddi sosial travmadır. Əgər bu xəstəliyi keçirmisinizsə, mütləq psixi fəsadları olacaq. Bəzən psixoloji immunitetimizlə buna qalib gələ bilirik. Ancaq posttravmatik stress pozuntusundan sonra bir xəstəlik yaranır və tibbi müdaxilə mütləqdir. Yəni, hər xəstəyə individual yanaşılmalıdır".
İ.Rüstəmov pandemiya böhranı dövründə intiharlarla qarşılaşmamaq üçün ehtiyac duyulan dəstək tədbirlərindən də danışıb: "Bizim sahədə intihar halına təcili yardım məsələsi kimi baxılır. Burada doğru maarifləndirmə və müəyyənlik çox önəmlidir. İnsanı daha çox xaosa sürükləyən şey qeyri-müəyyənlikdir. İnsan başına nə gələcəyini bilməyincə, problemləri dəfələrlə fikirləşdikcə o sferaya yönəlir. Şəxsi konteksdən baxanda isə ilk növbədə problemli, risk daşıyan insan müəyyən edilməli, əvvəllər özündə, ailə üzvlərində intihar cəhdinin olub-olmaması araşdırılmalıdır. Real duruma uyğun müdaxilə və müalicə tədbirləri vacibdir".
Bu məsələdə fərqli cəmiyyətlərin qoruyuculuq funksiyasının xüsusi önəmindən bəhs edən mütəxəssis qərb cəmiyyətində ailə dəstəyinin çox aşağı olmasını vurğulayıb: "Burada sosial münasibətlər zəifdir, insanlar biri-biriləri üçün daha az fədakar davranışlar göstərirlər. Bizim cəmiyyət isə daha istiqanlıdır, ailəcanlıdır və s. Dini inanclarımızın müsbət təsiri də danılmazdır. Bütün bunları zəruri qoruyucu vasitələr kimi dəyərləndirsək, deyə bilərik ki, bizim cəmiyyətdə intihar riski qat-qat azdır".
Vaxtında yatmağın, maye qəbul etməyin sağlamlıq üçün təkcə COVID-19 pandemiyası dövründə deyil, hər zaman xüsusi önəm daşıdığını xatırladan həkim-psixiatr psixoloji rahatlığa görə daim güvənli mənbələrdən məlumat almağı məsləhət görüb: "Hər deyilənə inanmamaq, hər şeyə təşvişli yanaşmamaq faydalıdır. İnsanın həyat standartının bir gedişatı var, biz bu gedişata onsuz da təsir göstərə bilmirik. Bilmədiyimiz bir şeydən qorxmağın isə mənası yoxdur. Hadisələrə adi baxmağı bacarmalıyıq. Daha çox məlumatlanıb özümüzdəki təşviş və gərginliyi artırmağa dəyməz.
Xüsusilə, psixi həssaslığınız varsa, internetə, saytlara çox baxmamaq, maarifləndirmə ilə dezinformasiyaya məruz qalmaq arasındakı xətti düzgün çəkmək lazımdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1213   Tarix: 16 avqust 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

yay kolleksiyasi hamiləlik yemek reseptleri goz altı qırışlar seks pozalari hamilə qala bilmək balqabaq tumu kosmetika google sağlıq sanamalar badambura vətən haqqında bayatılar