Koronavirus beyinə necə yayılır? - ARAŞDIRMA
İngilis alimləri koronavirus infeksiyasının xəstələrdə ağırlaşmalara, məsələn, deliriya, beyin iltihabı, insult və sinir zədələnmələrinə səbəb ola biləcəyini aşkar edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər "Brain" jurnalında yayımlanan elmi məqalədə xəstəliyin insan beyninə təhlükəsindən danışıb.
Tədqiqatlar zamanı alimlər yoluxan xəstələrdə kəskin yayılmış ensefalomielitin nadir və ölümcül vəziyyətini tapıb. Koronavirus olan bəzi xəstələrdə respirator əlamətlər olmayıb, lakin xəstəliyin əsas təzahürü nevroloji pozğunluqlar şəklində özünü göstərib. Alimlərin fikrincə, bu, 1918-ci il qrip pandemiyasından sonra keçən əsrin 20-30-cu illərində letargiya ensefalitin yayılmasına bənzəyir.
Həkimlər koronavirusa yoluxmuş 16 yaşdan 85 yaşa qədər 43 xəstənin nevroloji simptomlarını təhlil edərək 10 ensefalopatiya - müvəqqəti beyin disfunksiyası, beyin iltihabının 12, insultun 8, sinir zədələnməsinin 8 hadisəsini müəyyənləşdiriblər.
Eyni zamanda, elm adamları beyin-onurğa mayesində virus aşkar etməyib, bu o deməkdir ki, koronavirus beyinə birbaşa təsir edə bilməz. İnfeksiyanın səbəbi ilə nevroloji pozğunluqların inkişaf mexanizmi naməlum olaraq qalır. Lakin elm adamları güman edir ki, beyindəki fəsadların səbəbi immun sisteminin patogenə cavabıdır.
Aytən Məftun









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
Pis yuxu insan beynini qocaldır?
İkinci dəfə ata oldu
Dünyanın ən gözəl qızının indiki halı — FOTOLAR
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama