Koronavirus beyini belə məhv edir - ARAŞDIRMA
Liverpul Universiteti, London Universitetinin Kolleci, Yale Universiti və İkon Tibb Fakültəsinin mütəxəssisləri koronavirus infeksiyasının insan beyni üçün dağıdıcı nəticələrə səbəb ola biləcəyini iddia edib.
Publika.az xəbər verir ki, bu barədə alimlərin araşdırmaları "Nature" jurnalında yayımlanıb.
COVID-19-a yoluxmuş nevroloji və psixiatrik ağırlaşmaları olan xəstələrin 62 faizində beyinə qan axınının zədələndiyi bildirilir. Eyni zamanda 31 faizində zehni pozğunluq və uzunsürən huşsuzluq kimi əlamətlər qeydə alınıb.
London Universiteti Kollecinin tədqiqatçılarının sözlərinə görə, koronavirusun ən çox görülən nevroloji nəticələri insult və ensefalit ola bilər. Bu ağır xəstələrin bəzilərində tənəffüs simptomları çox açıq olmasa da, əsas xəstəlik fəsadlar beyin zədəsi olub. Mütəxəssislər nevroloji simptomların fərqli populyasiyalarda meydana gələ biləcəyini iddia edib.
"Adi risk faktorları olmayan nisbətən gənc yaş qrupunda izah edilə bilməyən ağır zehni dəyişikliklər gördük", - Liverpul Universitetinin nevroloqu Benedikt Maykl vurğulayıb.
Rio-de-Janeyro Federal Universitetinin həkimi Fernanda de Feliçenin sözlərinə görə, COVID-19-un ağır formada olduğu xəstələrin yarısından çoxu nevroloji ağırlaşmalarla qarşılaşa bilər. Bununla yanaşı, məlumat çatışmazlığı səbəbindən simptomları olmayan və ya yüngül formada infeksiya keçirmiş insanlarda nevroloji simptomların yayılmasını təyin etmək çətindir.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar