Koronavirus bizi nə vaxt tərk edəcək?
Koronavirus mövsümi xəstəlik halına gəldikdən sonra insanları tərk edəcək və daşıyıcı olaraq hər hansı növ heyvan seçəcək.
Milli.Az xəbər verir ki, bu barədə rusiyalı immunoloq, təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov danışıb.
"Koronavirus yeni təbii lokal infeksiyaya çevriləcək. İmmunitet səviyyəsi 70 faizə çatdıqda virus təbiətə qarışacaq və bir heyvanı özünə sahib seçəcək. İnsanları tərk edəcək. Yeni nəsil insanlarda kütləvi immunitet olmayanda mutasiya edib geri dönə bilər", - infeksionist bildirib.
Virusoloq Sergey Netyosov isə qeyd edib ki, bunun reallaşması üçün bəşəriyyətin ən azı 70 faizi xəstəliyə qarşı immunitetə sahib olmalıdır və biz hələ bu rəqəmdən çox uzaqdayıq : "Kütləvi immunitetin dünyada ən azı 25 faizi keçdiyi təxminən 20 ölkə var. Dünyanın ciddi rəqəmə çatması üçün aylar lazımdır".
Qeyd edək ki, dünya üzrə vaksinasiya göstəricisi 1 milyardı ötüb. (publika.az)
Milli.Az /news.milli.az









Məşhur bitki dərinin qocalmasını dayandıra bilər
Sağlam beyin üçün səhər rutini - Oyanan kimi edin
Tromb ola biləcəyini göstərən əsas narahatedici ƏLAMƏTLƏR
Hande Erçel sərbəst buraxıldı
Məşhur müğənni xəstəxanaya yerləşdirildi - Təcili əməliyyat olundu
Cansever əməliyyat olundu
Nanə əməliyyat olundu
Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz
Mədə xərçəngi xəstələrinin 5 ortaq xüsusiyyəti aşkarlandı
Türkandan iddialı plan: Dilarə ilə dünya səviyyəli duet
Aralıqlı orucla bağlı mif dağıdıldı
Konsertini buna görə təxirə saldı