Koronavirus peyvəndi ABŞ-da uğurla sınaqdan keçirildi
Amerikanın biotexnologiya şirkəti olan "Moderna" koronavirus peyvəndinin insanlar üzərində klinik sınaqlarının ilk mərhələsinin müvəffəqiyyətlə başa çatdığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Dərman aprel ayında bir qrup könüllü üzərində sınaqdan keçirilməyə başlanıb. Nəticədə mRNA-1273 peyvəndi aldıqdan sonra dərmanın dozasından asılı olaraq, test iştirakçılarında antikorların sayı və ya COVID-19 xəstəliyindən müalicə olunan insanların qanında müvafiq göstəricini aşıb ya da eyni səviyyədə olub. İlk mərhələdə dərman təhlükəsiz olduğunu sübut edib, heç bir ağırlaşmalar baş verməyib. Şirkət klinik sınaqların son mərhələsinin iyulda başlamasını gözləyir.
Xatırladaq ki, bu yaxınlarda Çin də 2575 könüllü üzərində beş fərqli koronavirus peyvəndinin uğurlu sınağını elan edib. Hazırda ölkədə adenoviral vektora əsaslanan rekombinant vaksin və dörd aktiv olmayan peyvənd var. Nəticələr etibarlı olaraq tanınır. Alimlər artıq insanlarda antikorların uğurlu inkişafı ilə bağlı məlumatlar alıb.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar