Koronavirus qulaq, burun, boğazda bu FƏSADLARI yarada bilir

Koronavirus qulaq, burun, boğazda bu FƏSADLARI yarada bilir"Yaşadığımız zaman və məkan reallığı, COVİD-19 pandemiyası tənəffüs yolları viruslarına açıq qapı olaraq davam etməkdədir. Bu virusların ən başlıca özəlliyi yuxarı və aşağı tənəffüs yollarında iltihabi prosesə yol açmasıdır. Bu iltihaba eyni zamanda digər mikroorqanizmlər də qoşula bilir ki, belə halda fəsadlar müşahidə edilir".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu qulaq, burun, boğaz, baş və boyun cərrahı, uzman həkim Elnur Əkbərov deyib.
Həkim vurğulayıb ki, rast gələn fəsadlar tənəffüs orqanları ilə əlaqəli və ya əlaqəsiz ola bilər. Tənəffüs orqanları ilə əlaqəsi olmayan fəsadlar: otitlər, endokardit, miokardit, meningit və s. Tənəffüs sistemi ilə əlaqəli olanlar isə: bakterial rinit, faringit, sinusitlər, bronxitlər, pnevmoniya, emfizema, pnevmotoraks və sairə".
Virusların qulaq, burun və boğazda rastlanan fəsadlar hansılardır?
Mütəxəssis vurğulayıb ki, təbil (qulaq) pərdəsinin iltihabı-miringit olaraq adlanır və qulaqda kəskin ağrı, eşitmənin azalması, yüksək bədən hərarəti ilə müşahidə olunur: "Adətən, təbil pərdəsinin üzərində mənfəzində qan yığılmış suluq izlənir. Təyin olunmuş müalicə nəticəsində və ya özbaşına bu suluq partladıqda ağrı azalır və qulaqdan az miqdarda qanlı axıntı olur. Xəstəlik, bir qayda olaraq dərmanla müalicə olunur və 3-5 gün ərzində  sağalma mümkündür.
Orta və daxili qulaqda rastlanan fəsadlara otit deyilir. Orta otit, qulaq pərdəsi arxasında seyr edən iltihabi prosessdir. Bu prosess kataral (irinsiz), irinli və eksudativ ola bilir. Hər halda, orta otitlər qulaqda ağrı, dolğunluq hissi, eşitmənin azalması, bəzən başgicəllənməsi ilə müşahidə olunur. Vaxtında başlamış müalicə prosesin 7-10 ərzində geriləməsi ilə nəticələnir. Lakin, dərman müalicəsi effektsiz olduqda cərrahi müalicəyə ehtiyac yarana bilər. Əməliyyat həcmi, təbil pərdəsinə bəsit kəsik icra edilməsindən (parasentez) başlamış-orta qulağın geniş təmizlənməsinə (mastoidektomiya) qədər dəyişə bilər".
E. Əkbərov deyib ki, daxili qulaqda ən çox rastlanan fəsadlar-labirintit və vestibulokoxlear nevritdir: "Labirintit, daxili qulağın əsas anatomik vahidini təşkil edən eşitmə ilbizinin iltihabıdır. Bu iltihabi prosess irinli və irinsiz olmaqla iki şəkildə seyr edir. Hər iki halda şikayətlər şiddətli başgicəllənməsi, ürəkbulanma, qusma, qulaqda küy, eşitmənin zəifləməsi və yüksələn bədən hərarəti ilə səciyyələnir. Müalicə, ən qısa müddət ərzində geniş spektrli antibiotiklər, ağrıkəsicilər, qusmaəleyhinə dərmanlar və s. ilə həyata keçirilir. Müalicənin effektliyi üçün xəstəxana şəraitində aparılması vacib şərtlərdəndir.
Baş beyinin əsas sinirlərindən biri olan vestibulokoxlear sinir-insanın eşitmə və müvazinətini təmin edir. Təbii olaraq, bu sinirin iltihabı zamanı hər iki funksiya pozulmuş olur. Nəticə etibarən şikayətlər hərəkətlə tətiklənən baş gicəllənməsi, ürəkbulanma, qusma, eşitmənin pozulması, şiddətli dayanıqsızlıq, qulaqlarda küy və s. ola bilər. Müalicə, adətən, yataq rejimində dərmanlar və yüksəktəzyiqli oksigen vasitəsilədir".
Həkimin sözlərinə görə, daha çox rastlanan rinitlər (burun boşluğu iltihabı) və sinusitlər (burunətrafı ciblərin iltihabı-haymorit, etmoidit, sfenoidit, frontit)-burun tənəffüsü və iybilmənin pozulması, baş və üz ağrıları, burundan axıntı (şəffaf, irinli, qanlı), yüksələn bədən hərarəti, ümumi zəifliklə xarakterizə olunur. Müalicədə, iltihabəleyhinə dərmanlar, yerli damarbüzücülər və steroidlər, bəzən antibiotiklər və s. istifadə olunur. Lakin, sinusitlərin ağırlaşmış gedişatı cərrahi müdaxilələrə zərurət yarada bilər.
Lor-cərrah qeyd edib ki, tənəffüs yolları virus infeksiyalarının bir digər fəsadı faringitdir: "Faringit, udlağın arxa və yan divarlarının iltihabıdır. Bu patologiya zamanı boğazda quruluq, qıcıqlanma, quru öskürək rastlanır. Xəstəlik yerli antiseptiklər, nadir hallarda antibiotiklər və simptomatik dərmanlarla müalicə olunur".
Həkim vurğulayıb ki, viruslara yoluxduqda vaxtında və düzgün təyin edilmiş müalicə mümkün fəsadlardan qorunmanın ən effektiv yoludur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1888   Tarix: 21 mart 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

aksessuarlar makiyaj instagram yay geyimləri 2026 ayaq sismesi daginiq skleroz mualicesi sirin qiz statuslari dolmalar kosmetika olumu namiq qaraçuxurlu seksual novruz hakısdası badambura