Koronavirus uşaqlarda təhlükəli xəstəlik yaradır

Koronavirus uşaqlarda təhlükəli xəstəlik yaradırABŞ-ın yalnız Nyu-York ştatında 100 uşaqda Kavasaki xəstəliyinə xas olan simptomlar aşkar olunub, bir neçə uşaq həlak olub.
Publika.az xəbər verir ki, mütəxəssislər bunu koronavirusla əlaqələndirirlər. Uşaqların əksəriyyətində koronavirus infeksiyası və ya koronavirusa qarşı anticismlər aşkar olunub.
Həmçinin oxşar hallar Böyük Britaniya, Fransa və bir çox digər Avropa ölkələrində yaşayan uşaqlarda qeydə alınıb.
Kavasaki sindromu nədir və onu koronavirusla nə bağlayır?
Kavasaki sindromu və ya Kavasaki xəstəliyi yalnız uşaqlarda inkişaf edən kifayət qədər nadir autoimmun xəstəlikdir. Əsasən bu xəstəliyə 5 yaşına qədər uşaqlar tutulur. Oğlanlar arasında bu xəstəliyə qızlarla müqayisədə 2 dəfə çox təsadüf edilir.
Xəstəlik zamanı qan damarlarında iltihab yaranır və damarlar zədələnir. Əksər hallarda xəstəliyin simptomları çox tez yox olur və uşağın həyatı üçün təhlükə yaranmır. Lakin nadir hallarda olsa da ürək və koronar damarların çox ağır zədələnməsi baş verir ki, nəticədə uşaq həlak ola bilər. Xoşbəxtlikdən vaxtında aşkar olunduqda bu xəstəlik uğurla müalicə olunur.
Xəstəliyin səbəbi sona qədər məlum deyil. Lakin məlumdur ki, virus infeksiyaları onun inkişafına təkan verir. Hazırda mütəxəssislər bu xəstəliyin uşaqlar arasında artmasını koronavirusla əlaqələndirirlər.
Xəstəliyin simptomları:
- yüksək qızdırma
- dəridə səpkilər
- əl və ayaq pəncələrinin şışməsi, qızarması
- gözlərin qızarması və iltihablaşması
- dil və dodaqların qızarması və ağrılı olması
- boyun limfatik düyünlərinin şişməsi
- əl və ayaq barmaqlarının dərisinin soyulması.
Ağır hallarda xəstəlik yalnız xəstəxana şəraitində müalicə olunur. Müalicə zamanı insan immunoqlobulini və aspirindən istifadə olunur. Diaqnoz erkən (ilk 10 gün ərzində) qoyulduqda və müalicə vaxtında başladıqda uşaq tam sağalır. Kavasaki sindromunu ağır keçirmiş uşaq bir neçə il ərzində kardioloqun nəzarətində qalmalıdır.
Uşaqları koronavirusdan qoruyun, onlara maska taxın, əl gigiyenasına diqqət edin, insanların kütləvi toplaşdığı yerlərə aparmayın! Koronavirus çox hiyləgar infeksiyadır və onun orqanizmə olan təsiri hələ ki tam məlum deyil. / Saglamolun.az

Sağlamlıq     Baxılıb: 2172   Tarix: 13 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

turlar.az

donlar 2026 hamiləlik qadın geyimi gözəllik xəbərləri hakisda suni mayalanma ziyani geyim 2026 kosmetika qaynana hakista fitat ziyafet geyimleri ariqlamaq kahfe fali