Koronavirus yaşlanmanı sürətləndirir?
Bioloq COVID-19-dan sağalanların erkən yaşlanması barədə xəbərdarlıq edib.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Corc Meyson Universitetinin Sistemli Biologiya Məktəbinin professoru Ança Baranova, COVID-19 keçirən insanların tez yaşlanması barədə danışıb.
Onun sözlərinə görə, bədənin erkən yaşlanması, yüngül infeksiya keçirənləri belə təhdid edir. O, bir qrup həkim tərəfindən aparılan araşdırmanın müvafiq nəticələrindən bəhs edərək deyib ki, mütəxəssislər orta və yüngül dərəcəli COVID-19 xəstələrini müayinə ediblər:
"Bu xəstələrin hamısı ambulator şəraitdə müayinə olunublar. O zaman hamını müalicə etməyə cəlb etdikləri üçün bəziləri hətta xəstəxanalarda yerləşdirilmişdi. Hətta çox yüngül xəstələnmiş adamların 70 faizidə bəzi daxili orqanların patologiyası müşahidə edilirdi. Əsas patologiya yalnız ürəklə bağlı deyildi, əsasən yağ hepatozu (qaraciyərin əziyyət çəkdiyi hal) və pankreas (mədəaltı vəzi) toxumasının yağ degenerasiyası idi. Adətən belə diaqnozlar 60 yaşında, postkovid qrupda isə artıq 40 yaşda qoyulur".
Professor, həmçinin koronavirusun "qocalığı yaxınlaşdırdığı" və "resursları xərclədiyi"qənaətinə gəlib. Onun fikrincə, infeksiyanın bütün nəticələrini ətraflı öyrənmək üçün daha çox oxşar araşdırma aparmaq lazımdır. A.Baranova xəstəxanadan çıxan koronavirus xəstələrindən daha çox analiz toplamağı və onları ətraflı öyrənməyi təklif edib.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röya Aygünün mahnısını oxuyacaq
Mənim daşım yaman ağırdır
İsveçli müğənni Avroviziyanı boykot etdi
Konsert məni qocaldır
Mumiya'nın dördüncü sezonu çəkiləcək
"Avroviziya Asiya" keçiriləcək
Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq
Aysel plastik əməliyyat etdirdi
Miri Yusifin "Üzbəüz"ü trend oldu
Coninin səsi batdı - Konsertlər dayandırıldı
2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA