Koronavirusa daha dayanıqlı ola bilmək üçün nə etməliyik? - EKSPERT tövsiyələri

Koronavirusa daha dayanıqlı ola bilmək üçün nə etməliyik? - EKSPERT tövsiyələri"Azot 2 oksid və ya sadəcə N2O güclü antibakterial, antiviral təsirə malik qazdır. O bədənimizdə daha çox həm dəridə - tərdə, həm də burun boşluğunda - nasal sinuslarda əmələ gəlir. Xüsusən burun sinuslarında azot oksidin əmələ gəlməsinə diqqət yetirməliyik. Burunla tənəffüs etmək olduqca vacibdir. Təəssüf ki, insanların 80%-i tam burun tənəffüslü deyil. Ağızla nəfəs alan insanlar çoxdur. Həm danışdıqca ağız tənəffüsü icra edirlər, həm çox adam yatanda ağızla nəfəs alır.
Burun tənəffüsünün pozulması həmçinin hipertenziyaya, ürək xəstəliklərinə, baş-beyin oksigenizasiyasının pozulmasına, yuxusuzluq, insult və miokard infarktına gətirib çıxarır. Bütün bunlar azot oksidin nəfəs alınan havada az olmasına görədir".
Publika.az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O qeyd edib ki, NO antiviral aktivliyə malikdir:
"Burunla nəfəs alsanız, NO sizin nəfəsinizdə çox olacaq və karonavirusa yoluxma ehtimalınız, virus yükünüz az olacaq. Həmçinin burunla nəfəs alsanız NO bronxları genişlədəcək, pulmonar kapillyarları genişlədəcək, beləliklə ağciyər hipertenziyasını, arterial hipertenziyanı azaldacaq. Bütün bunlardan əlavə NO yuxarı tənəffüs yollarındakı epitelin kirpiklərinin hərəkətini artırır, həmçinin antibakterial effektinə görə COVID-19 xəstələrinin bakterial superinfeksiya ilə ağırlaşma riskini azaldır.
Qeyd edim ki, NO nəfəsdə olması üçün burun ciblərində təbii olaraq əmələ gəlir və bizim anadangəlmə immunitetimizdir, qoruyucumuzdur. Bu qazın nasal sinuslarda istehsalını artırsaq, COVID-19-a yoluxmaq şansımız azalar, yoluxmuş xəstələrin isə virus yükünün azalmasına, yuxarıda qeyd etdiyim faydalarına görə daha sürətlə sağalmasına nail olarıq".
Ekspert daha sonra reanimatoloqların COVID-19-u ağır keçirməsinin səbəblərini izah edib:
"NO bədənimizdə nasal sinuslarda L-arginin amin turşusundan NO sintaza fermentinin köməkliyi ilə əmələ gəlir. Nəfəsimizdə NO qazını artırmaq üçün tərkibində nitrat və arginin olan, həmçinin NO sintazanın aktivliyini artıran qidalar yeməliyik".
Mütəxəssis qidaları və faydalarını belə sadalayıb:
1. Qoz ləpəsi- tərkibində arginin çoxdur.
2. Çuğundur soku- tərkibində nitrat çoxdur. Gündə 100 ml için.
3. Sarımsaq- NO sintazanın aktivliyini artırır.
4. Nar- çoxsaylı faydalarından başqa, bizi bu gün maraqlandıran onda nitratların çox olmasıdır.
5. Tərkibində vitamin C saxlayan qidalar (kələm, pomidor, sitrus). Vitamin C azot 2 oksidin bədəndə biomənimsənilməsini artırır.
6. Bostan kələminin tərkibində bədəndə azot 2 oksidə çevrilən nitrat çoxdur.
7. İspanaq göyərtisində kələmdə olduğu kimi nitrat çoxdur.
8. Tünd şokolad. Gündə 30 qram. Nitrat çoxdur.
9. Yemiş. Tərkibində bədəndə L-argininə çevrilən sitrullin var.
10. Ət- qırmızı, toyuq, balıq. Tərkibində çoxlu koenzim Q10 var ki, bu maddə nitrik oksidin bədənimizdə uzun müddət qalmasına səbəb olur.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1732   Tarix: 20 iyul 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

turlar.az

qis geyimləri 2026 donlar 2026 hamilelikde qidalanma yuxu yozmalar hicablı xanımlar maraqli sekiller cins salvar 2026 kosmetika novruz hakistalari novruza aid hakışda aysel badambura həmidə