Koronavirusdan müalicə alanlara VACİB MƏSLƏHƏT
Koronavirus keçirmiş xəstələrdə orqanizmin möhkəmlənməsi və ağciyərlərin bərpası vacibdir.
Milli.Az xəbər verir ki, bu barədə terapevt Olqa Zmanovskaya danışıb.
O bildirib ki, sağalma prosesi zamanı görülən fiziki işlər yüngül olmalıdır. Həkimin sözlərinə görə, sağalma prosesində aerobika ilə məşğul olmaq və oturaq vəziyyətdə gimnastik hərəkətlər etmək faydalıdır. Bununla yanaşı, ağciyərlərin bərpası üçün tənəffüs gimnastikası ilə də məşğul olmaq lazımdır.
"Qida rasionunda daha çox zülallara üstünlük vermək önəmlidir. Bunun üçün ət, balıq, yumurta və süd qəbul etmək lazımdır. Antibiotik qəbulundan sonra süd içmək və ya kəsmik yemək məsləhət görülür. Duzlu, qızarmış və şirniyyatdan uzaq olmaq tövsiyə edilir. Tərkibində vitamin C olan məhsullar, limon, bibər, kivi və itburnu məsləhətlidir. Çay və kofedən imtina etmək lazımdır", - deyən həkim vurğulayıb ki, koronavirusla mübarizə prosesində gün ərzində bir saat gəzmək və 8 saat yatmaq lazımdır. (publika.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Rəvan Qarayev: "Həyat yoldaşım buna icazə vermir
Mədəniyyətimiz bazar olub, kim nə istəyir, satır' - Xalq artisti
Ecenin öldüyü gecə yaşananları - Anası açıqladı
Yumurtadan qat-qat çox protein bərpa edir: Yaşıl mərcini yeyən xəstəlik nədir bilmir
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Məşhur aktyor ürəyindən əməliyyat oldu
Rusiyalı sənətçi Polşada güllələndi
"Sevdam Karadeniz" serialında ard-arda ayrılıq: Aslıhan Malbora da layihədən getdi
Aysel zəhərlənib, vəziyyəti yaxşı deyil' - FOTO
Taşacak bu deniz'də ayrılıq: 'Gezep' yeni mövsümdə olmayacaq
Zəng' qorxu filminin aktrisası gənc yaşda vəfat etdi - FOTO