Koronavirusdan ölüm riskini artıran əsas amillər AÇIQLANDI
İngiltərədəki Oksford Universitetinin alimləri koronavirusun hansı hallarda ölüm riskini artırdığını açıqlayıb.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub. Tədqiqatçılar Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin nəzarətində olan xəstələrin və ölənlərin məlumatlarını təhlil edib.
Alimlər müəyyənləşdiriblər ki, kişilər, yaşlılar və tək yaşayan insanlar COVID-19-dan 1,59 qat daha çox ölürlər. Bundan əlavə, Afrika və Asiya əsilli insanlar da artan risk altındadır. 80 yaşdan yuxarı insanlarda koronavirus infeksiyası nəticəsində ölüm riski 50-59 yaş arası insanlara nisbətən 20 dəfə daha yüksəkdir.
Təhlükəli amillər arasında piylənmə, diabet, ağır astma və digər tənəffüs xəstəlikləri, ürək, qaraciyər, nevroloji və otoimmün xəstəliklər də var.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar