"Koronavirusdan qorunmaq üçün əlimizdə olan ən güclü silah..."
Türkiyəli könüllülər Çində istehsal olunan "Sinovac" vaksinindən razıdırlar. Belə könüllülərdən biri də Akdeniz Universitetinin rektoru, professor Özlənən Özkandır. Xanım rektor öz istəyi ilə prosedura uyğun olaraq "Sinovac" vaksinindən iki doza vurdurub.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, professor Özlənən Özkan Türkiyə mediasına açıqlamasında "Sinovac"ın əks təsirini görməyini bildirib. Sadəcə olaraq, birinci dozanın qəbulundan sonra azacaq baş və əzələ ağrısı, ikincidən sonra isə bir qədər halsızlıq hiss edib. Lakin bunlar qısa zamanda keçib gedib.
Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan bəzi qohumlarının bu xəstəlikdən çox əziyyət çəkdiklərini və bu acı mənzərəni sıxıntı ilə seyr etdiyini söyləyən rektor Özlənən Özkan bildirib ki, xəstəlikdən qorunmaq üçün əlimizdə olan ən güclü silah peyvənd olunmaqdır.
Qeyd edək ki, Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə aparmaq üçün Çində istehsal olunan "Sinovac" vaksinindən 50 milyon doza sifariş edib. Bu peyvəndin ilk partiyasının dekabrın 28-də Türkiyəyə gətirilməsi gözlənilir. Səhiyyə işçiləri başda olmaqla yaxın günlərdə kütləvi peyvəndləmə başlanacaq.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röya Aygünün mahnısını oxuyacaq
Mənim daşım yaman ağırdır
İsveçli müğənni Avroviziyanı boykot etdi
Konsert məni qocaldır
Mumiya'nın dördüncü sezonu çəkiləcək
"Avroviziya Asiya" keçiriləcək
Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq
Aysel plastik əməliyyat etdirdi
Miri Yusifin "Üzbəüz"ü trend oldu
Coninin səsi batdı - Konsertlər dayandırıldı
2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA