Koronavirusdan sağalandan sonra ən çox hansı problemlər yaranır?

Koronavirusdan sağalandan sonra ən çox hansı problemlər yaranır?Son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalan xəstələrdə sonradan müəyyən fəsadlar yaranması halları müşahidə olunur. Aparılan araşdırmalar göstərir ki, əvvəlki illərlə müqayisədə ürək və qan-damar xəstəliklərindən ölənlərin sayında 26,6 faiz artım olub. Bunun əsas səbəbi koronavirusdan sağalandan sonra orqanizmdə yaranan problemlərdir.
Bunu Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova deyib: "Koronavirus infeksiyası bir neçə orqanı zədələyə bilir. Həmin orqanlara əsasən ağciyər, ürək və böyrəklər aiddir. Lakin əgər alt qatda yatan hər hansı bir narahatlıq varsa, xəstəliklərin artması nəticəsində digər orqanların da zədələnməsi mümkündür. Yoluxma əsasən ürək-damar sistemi xəstəlikləri olanlarda narahatlıq yaradır ki, bu da insanın COVID-19-dan sağalandan sonra da laxtalanma ilə əlaqədar problemlər olduğuna görə damarlarda yaranan laxtalanmaya gətirib çıxarır və bunun nəticəsində insanlar həyatını itirir".
Həkim-kardioloq qeyd edib ki, risk qrupunda olan koronavirus xəstələri sağalandan sonra da vaxtaşırı olaraq müayinədən keçməlidirlər: "Bəzən COVID-19 xəstəliyindən müalicə olunan zaman ikincili bakterial və ya parazitar infeksiyanın qoşulması nəticəsində orqanizmin digər orqanlarına da zərər dəymiş olur və həmin hallar letallığa aparıb çıxarır. Bəzən də elə olur ki, xəstə özünü COVID-19 infeksiyasından sağalmış sayır, orqanizmdə temperaturun yüksəlməməsini və oksigen saturasiyasının 90 üzərində olmasını infeksiyadan sağalma kimi qəbul edir və qanın laxtalanmasını nəzərə almır. Halbuki laxtalanma düzəlməyincə həyat üçün təhlükə ola bilər. İstənilən halda koronavirusdan sağalanların ayda bir dəfə də olsa həkim müayinəsindən keçməsi məsləhətdir".
Həkim onu da bildirib ki, virusun sonrakı bir neçə il ərzində insan orqanizmində yarada biləcəyi problemləri isə gələcəkdə yaşanan təcrübələrlə daha dəqiq öyrənmək mümkündür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1504   Tarix: 08 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

hamiləlik adlarin menasi geyim dəbləri fantaziya almaniya haqqinda melumat qara noqteler ucun uz maskalari şirniyyat kosmetika birlik haqqinda ariqlamaq kəlamlar sekisler zencefil