Koronavirusdan sağalanlarda gizli ağciyər patologiyaları aşkarlandı
Britaniyalı tədqiqatçılar koronavirusa yoluxan xəstələrdə diaqnoz qoyulması çətin olan ağciyər patologiyalarını aşkar ediblər.
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Oksford Universitetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, xəstələrdə qan dövriyyəsində çətinliklər üzə çıxıb. Ağciyərlərdəki dəyişikliklər isə oksigenin qana çatmasını çətinləşdirib.
Patologiyalar maqnit rezonans tomoqrafiyası (MRT) vasitəsilə müəyyən edilib və prosedur zamanı xəstələr oksigen və ksenon qarışığı ilə nəfəs alıblar.
Son statistikaya görə, Britaniyada koronavirusda sağalan 1,3 milyona qədər insan xəstəliyin fəsadlarından əziyyət çəkir. Buraya nəfəs darlığı, şiddətli yorğunluq, baş ağrıları, yaddaş və diqqətin pozulması, oynaqlarda ağrı, dad və ya qoxuları hiss etmə qabiliyyətinin itirilməsi daxildir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi