Koronavirusdan sağaldıqdan sonra tətilə yollanmaq istəyənlər üçün həkim tövsiyəsi

Koronavirusdan sağaldıqdan sonra tətilə yollanmaq istəyənlər üçün həkim tövsiyəsiKoronavirusdan sağalan insanlar uzaq ölkələrə yollanmaqdan çəkinməlidir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı infeksionist Vladislav Jemçuqov yay mövsümünün gəlişi ilə tətillərin planlaşdırılmasına münasibət bildirərkən tövsiyə verib.
Onun sözlərinə görə, koronavirusa yoluxmuş insanların immunitet sistemi zəiflədiyindən orqanizmləri yalnız yoluxucu və bakterial xəstəliklərə deyil, həm də xərçəngli şişlərin meydana gəlməsinə həssasdır.
"Orqanizmə həddindən artıq stresin qarşısını almaq üçün COVID-19-dan əziyyət çəkənlərə uzun uçuşlardan, saat qurşaqlarını dəyişməkdən və təzyiqdəki ani dəyişikliklərdən imtina etmələri tövsiyə olunur. Məsələn, Taylanda yollansanız sizi doqquz saat yol, sonra saat qurşağını dəyişməsi gözləyir. Bütün bunlar orqanizm üçün yük, stresdir", - deyə immunoloq xəbərdarlıq edib.
Eyni zamanda, immunoloqa görə, çox şey xəstənin koronavirusdan nə qədər əziyyət çəkdiyindən, postkovid sindromunun olub-olmamasından və bir çox digər amillərdən asılıdır. Buna görə səyahət etməzdən əvvəl həkimlə məsləhətləşməyə dəyər.
"Əgər kiminsə təzyiqi varsa..., yaddaş pozulur və ya başqa bir şey varsa, o zaman heç yerə getməmək yaxşıdır. Ancaq regional, yerli sanatoriyaya yollanmaq, reabilitasiya kursundan keçmək tövsiyə olunur", - deyə Jemçuqov əlavə edib.
Qeyd edək ki, statistikaya görə, 50 yaşdan yuxarı olan bütün xəstələrin yarısı koronovirusu keçirdikdən sonra fəsad riski ilə üzləşir. Koronavirusla yanaşı xəstəliklər olduqda isə bu göstərici artır. Buna görə yaxşılaşdıqdan sonra azı bir ay ərzində heç yerə getməmək tövsiyə olunur.
Bu, xüsusilə isti iqlimi və yüksək təzyiqi olan bölgələrə aiddir.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1056   Tarix: 13 iyun 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?

"Diş əti qanaması əksər hallarda diqqətdən kənarda qalsa da, bu hal ciddi sistem xəstəliklərinin erkən əlaməti ola bilər". xəbər verir ki, bunu türkiyəli ağız, diş və çənə cərrahı Ümit Selçuk deyib. Onun sözlərin

.

D vitamininin ziyanı üzə çıxdı

"D vitamininin lazımi testlər və həkimlə məsləhətləşmədən qəbul edilməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər". -a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Terapiya v

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bir porsiya belə təhlükəlidir - Xəbərdarlıq

Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlak

.

Ən faydalı MEYVƏ

"Kivi ən faydalı meyvədir. O, qida dəyəri baxımından alma, qaragilə, avokado və bananı geridə qoyur". qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kardioloq Aurelio Rojas deyib. Onun sözlərinə görə, kivi mədə-bağırsa

.

Hər gün darçınlı su içsəniz

Hər gün nizamlı su istehlak etmək ümumi sağlamlığımızı qorumaqla yanaşı, orqanlarımızın və dərimizin sağlamlığı üçün də böyük əhəmiyyət kəsb edir.  xəbər verir ki, suyu sadə formada içməkdənsə, ona bəzi ədviyyatlar qatın

.

Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün

Menyulardakı bir çox şirniyyat hər zaman təzə və əl işi olmaya bilər. Ekspertlərin fikrincə, bəzi klassik təamlar çox vaxt kütləvi istehsal məhsulu və ya hazır qarışıqlarla hazırlanır.  xəbər verir ki, restoranlarda təqdi

.

Tıxanmış ürək damarları üçün 3 güclü RESEPT

Ürək damarlarının daralması və ya tıxanması (ateroskleroz) müasir dövrdə ən geniş yayılmış problemlərdən biridir. Bu vəziyyət qanda xolesterinin yüksəlməsi və damar divarlarında yığılması nəticəsində yaranır. xəbər veri

turlar.az

yay geyimləri 2026 həkim məsləhəti adlarin menasi terevezler aciq cinsi elaqe yagli saclar ucun meslehetler gavalı salatı kosmetika novruza aid hakista geyim aslan novruz haqistalari toyuq salati