Koronavirusu gizli keçirənlərdə...
Britaniyada Kraliça Mariya Universitetinin alimləri yüngül və ya gizli formada koronavirusa yoluxanlarda uzun müddətli immunitet yarandığını sübut ediblər.
Bu barədə "Science Immunology" jurnalında dərc olunan məqalədə bildirilir.
Milli.Az oxu.az-a istinadən məlumat verir ki, tədqiqatçılar anticism və T-limfositlər üçün 136 səhiyyə işçisindən götürülən qan nümunələrini analiz ediblər. Analiz götürülən şəxslər 2020-ci ilin martından bəri koronavirusa yüngül yoluxanlar və ya simptomsuz keçirən insanlar olub.
Səhiyyə işçilərinin 89 faizində yoluxmadan 16-18 həftə sonra virusu zərərsizləşdirən anticismlərə sahib olduqları ortaya çıxdı. Onların əksəriyyətində virusun fərqli hissələrini hədəf alan T-hüceyrələri görünüb.
Bəzi insanlarda T-limfositləri olub, lakin anticismlər olmayıb, bəzilərində isə əksinə.
Bununla birlikdə, səhiyyə işçilərinin 66 faizində yüksək səviyyədə qoruyucu anticismlər qeydə alınıb.
T-hüceyrə reaksiyaları klassik COVID-19 simptomları olan insanlarda daha çox özünü göstərməyə meyillidir. Simptomsuz yoluxma isə daha zəif T-hüceyrə immuniteti ilə nəticələnib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq